SÜRMƏK₁

f.
1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək.
– Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət.

// Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq.
Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. C.Məmmədquluzadə.
Novruz istəyirdi atları sürsün. N.Nərimanov.
Qatırı sürən ( f.sif. ) kişi dəstəni saxladı. S.Vəliyev.

2. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək.
– Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn.
[Xala Yunisə:] Deyirlər, Yaqut əyriplan sürür, göydə uçur. Ə.Məmmədxanlı.

3. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək.
[Paşa bəy xana:] A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür… Çəmənzəminli.

4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ömür sürmək, həyat sürmək, dövran sürmək, cəfa sürmək və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRMƏK 1. SÜRMƏK, İDARƏ ETMƏK (maşın və s.) 2. sürmək bax şumlamaq
  • SÜRMƏK yollamaq — göndərmək
  • SÜRMƏK şumlamaq — əkmək
  • SÜRMƏK uzadılmaq — artırılmaq
  • SÜRMƏK qovmaq — çapmaq — səyirtmək

Omonimlər

  • SÜRMƏK SÜRMƏK I f. Çapmaq. Nəbigil atlarını minib iki boy sürməmişdilər, Şəfi bəyi Çay Tumasda gördülər (“Qaçaq Nəbi”)

Etimologiya

  • SÜRMƏK Mənalarından biri “itələmək”, “hərəkət etdirmək” deməkdir. Buğa inəyi sürür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SÜRMƏK₃
SÜRMƏK₂

Digər lüğətlərdə

зараще́ние карау́льщик ковро́вщик му́льча обвали́ть поляро́идный стриго́льник удале́ние уломи́ть грабарь коме́та сты́лость темноли́ственный хи́щный cavil electricize forfeitable limacon organo- plumbing vigour вот-вот оползать погодки подполье