SƏHİFƏLƏMƏK

f.
1. Kitabın, jurnalın, dəftərin və s.-nin səhifələrini bir-bir çevirmək, gözdən keçirmək. Kitabı səhifələmək. Lüğəti səhifələmək.
2. Mətbəədə yığılmış mətni səhifələrə ayırmaq, səhifə bağlamaq. Kitabı səhifələmək. Qəzeti səhifələmək.
3. Yazılı mətnin səhifələrini sıra ilə nömrələmək. Məqaləni səhifələmək. Qrankaları səhifələmək.
SƏHİFƏLƏMƏ
SƏHİFƏLƏNMƏ

Digər lüğətlərdə