SƏYAHƏTNAMƏ

is. [ ər. səyahət və fars. …namə] Səyahət zamanı səyahətçinin görüb, gözdən keçirdiyi şeylərə dair yazdığı kitab və s.
[Mozalanbəy:] İranda da bir səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Ə.Haqverdiyev.
Əski səyahətnamələrlə indikilər arasında çox ayrılıqlar var. Qantəmir.

SƏYAHƏTÇİ
SƏYİRMƏ
OBASTAN VİKİ
Səyahətnamə
Səyahətnamə (ər. səyahət və fars. namə — səyahət kitabı) — nəsr janrı. Nasir Xosrov, İbn Bəttutə və Övliya Çələbinin səyahətnamələri onlara şöhrət qazandırıb.
Səyahətnamə (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Səyahətnamə (Övliya Çələbi)
Səyahətnamə və ya Övliya Çələbi Səyahətnaməsi— Övliya Çələbinin XVII əsrdə yazdığı bir səyahət kitabıdır. On cilddən ibarətdir. Səyahətnamə ilk dəfə 1848-ci ildə "Müntehâbat-ı Evliya Çelebi" adı ilə Qahirə Bulak çap evində nəşr edilmişdir. İkdam qəzetinin sahibi Əhməd Cövdət bəy və Nəcib Asim bəy 1896-cı ildə İstanbulda Pertev Paşa Kitabxanasındakı nüsxəyə əsaslanaraq çap etməyə başladılar. 1902-ci ilə qədər yalnız ilk altı cild nəşr olunurdu. Yeddinci və səkkizinci cildlər Türk Tarix Komitəsi tərəfindən 1928-ci ildə, doqquzuncu və onuncu cildlər isə 1935-1938-ci illərdə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi tərəfindən yeni hərflərlə nəşr edildi. Səyahətnamə 1814-cü ildə Hammer tərəfindən kəşf edildikdən sonra bir çox əcnəbi alim Çələbi haqqında araşdırma apardı və əsərləri bir çox dilə tərcümə edilərək nəşr olundu. Orxan Şaiq Gökyay 1996-cı ildə "Səyahətnamə"nin ilk cildini Latın əlifbasına çevirdi və bu tarixdən sonra əsər daha çox insan tərəfindən öyrənilməyə başlandı 2013-cü ilin iyun ayında UNESCO-nun Dünya Yaddaşı Siyahısına daxil edilmişdir. Realist bir gözlə izlənilən hadisələr sadə və aydın, bəzən də fantastik bir povestlə, xalqın anlaya biləcəyi şəkildə yazılmış və xalqın anlaya biləcəyi deyimlərdən çox istifadə edilmişdir. Övliya Çələbi, Səyahətnaməsində gəzdiyi və gördüyü yerləri öz üslubunda təsvir edən 17-ci əsrin nadir yazıçılarından biridir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.

Digər lüğətlərdə