SAKİTCƏSİNƏ zərf Sakit, sakit-sakit, səssiz, astaca, səs salmadan. Sakitcə çıxıb getmək. – İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır… axır… bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Pazıxın əlindən geri dartınan at bu dəfə Nisə xalanın əlində sakitcəsinə gedirdi. Qantəmir.