SARIMSAQOTU

is. bot. Meşəlik yerlərdə bitən ikiillik yabanı bitki.
Sarımsaqotu … meşəlik yerlərdə bitən və 20-100 sm hündürlükdə olan ikiillik qollu-budaqlı bitkidir. M.Qasımov.

SARIMSAQLI
SARIMSOV
OBASTAN VİKİ
Sarımsaqotu
Sarımsaqotu (lat. Alliaria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Pallavicinia Cocc. Sisymbrion St.-Lag. Dərman sarımsaqotu (Alliaria petiolata (M.Bieb.) Cavara & Grande) Alliaria taurica (Adam) V.I.Dorof.
Dərman sarımsaqotu
Dərman sarımsaqotu (lat. Alliaria petiolata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarımsaqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. Aprel-may aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.

Digər lüğətlərdə