SARALTI is. Uzaqdan sarı rəngdə görünən şey. Uzaqda saraltı görünür. – Qalmışdı buludda azca saraltı; Aşırdı dağları iki qaraltı. H.K.Sanılı. Səməd gözlərini kəndin üzərindən o tərəfə, saraltıları çəkilməkdə olan üfüqə dikdi. İ.Hüseynov.