1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq.
Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Mən gözüm dikən gülə. ( ).
Dəmirov Əlisanın yay otağını gözdən keçirib: – Doğrudan da gözəldir, – dedi, – sarmaşıqlar qəribə sarmaşıbdır.
2. Qucaqlaşmaq, bir-birinə sarılmaq.
Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar.
Ana ilə bala bir-birinə sarmaşdılar.