Sarı rododendron
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.
== Yayılması ==
Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış .
Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.