SET

set1

n I 1. dəst, komplekt; a ~ of tools bir dəst / komplekt alət; 2. külliyyat; complete ~ of Dicken’s novels Dikkensin romanlarının tam külliyyatı; 3. cərgə, sıra, seriya; a ~ of questions bir sıra suallar; 4. qrup; a ~ of men bir qrup adam; 5. dairələr; the political / the literary ~ siyasi / ədəbi dairələr; 6. radioqəbuledici apparat, radio aparatı; 7. id. bir partiya / əl / oyun; to win the first ~ birinci partiyanı udmaq

n II 1. (ancaq təkdə işlənir) xətt; ümumi şəkil / təsəvvür; the ~ of the hills dağların ümumi şəkli; 2. quruluş; bədən quruluşu; of a manly ~kişi bədənli adam; 3. (ancaq təkdə işlənir) istiqamət, the ~ of a tide / of a current / of wind qabarmanın / axının / küləyin istiqaməti; 4. meyl; təmayül, tendensiya; the ~ of public opinion ictimai fikrin meyli / tendensiyası; 5. (ancaq təkdə işlənir) batma (günəş haq. ); at ~ of the sun güneş batanda

set2

adj 1. durğun, tərpənməyən, hərəkətsiz; donuq, sabit; ~ smile donuq təbəssüm; ~ phrase sabit fraza; 2. qəti, qəti müəyyənləşmiş, həmişəlik; ~ wage qəti müəyyənləşmiş maaş; 3. sabit; dəyişməyən; ~ price sabit qiymət; ~ rules sabit / dəyişməyən qaydalar; 4. əvvəlcə şərtləşdirilmiş / təyin edilmiş; ~ arrangements əvvəlcə şərtləşdirilmiş öhdəliklər; at a ~ time təyin edilmiş vaxtda; ~ speech 1) əvvəlcədən hazırlanmış nitq, 2) rəsmi nitq; 5. inadlı, inadcıl, qətiyyətli; a man of ~ opinion fikrində qətiyyətli olan adam; 6. qəsdən, qəsdlə / qərəzlə edilən; on ~ purpose qəsdən, bilə-bilə;

◊ ~ dinner ziyafət; ~ fair yaxşı, açıq (hava haq.); The weather is now set fair Hava indi yaxşılaşıb; to be hard ~ for money pula çox ehtiyacı olmaq

set3

v 1. qoymaq, düzmək, yerləşdirmək; to ~ a cup / a glass / a plate / a fork / a knife on the table stolun üstünə fincan / stəkan / boşqab / çəngəl / bıçaq qoymaq; to ~ a chair at / by the table stulu stolun arxasına / yanına qoymaq; to ~ one’s hand on smb.’s shoulder əlini bir kəsin çiyninə qoymaq; 2. oturtmaq, əyləşdirmək; mindirmək; to ~ smb. by the fire bir kəsi ocağın yanında oturtmaq; to ~ smb. on horseback bir kəsi ata mindirmək; 3. taxmaq, keçirmək; to ~ the wheel on the axe təkəri oxa taxmaq / keçirmək; 4. salmaq; to ~ glass in a window pəncərəyə şüşə salmaq; 5. çevirmək, döndərmək; to ~ one’s face towards the sun üzünü günəşə çevilmək / döndərmək; 6. hazırlamaq; kökləmək; to ~ a piano pianonu kökləmək; 7. təyin / müəyyən etmək; qoymaq; to ~ a boundary sərhədi təyin / müəyyən etmək; to ~ limit to smth. bir şeyə hədd / sərhəd qoymaq; to ~ a wedding day toy günü təyin etmək; to ~ a price on smb.’s head bir kəsin başına qiymət qoymaq; to ~ a fine cəriməni təyin / müəyyən etmək; 8. tutmaq, durmaq (paltar haq.); to ~ well / badly yaxşı / pis tutmaq / durmaq (paltar haq.); 9. batmaq (göy cisimləri haq.); The sun is setting Günəş batır; 10. qurmaq (saatı); düzəltmək (saatın əqrəbini və s.); to ~ a watch / a clock saatı düzəltmək; 11. qoymaq (məqsəd və s.); to ~ a goal məqsəd qoymaq; 12. vermək (tapşırıq, sual, dərs və s.); to ~ a task tapşırıq vermək; to ~ the lesson for tomorrow sabaha dərs vermək; 13. göstərmək (nümunə); to ~ a good / bad example yaxşı / pis nümunə göstərmək; 14. salmaq (dəb); to ~ the fashion dəb salmaq, dəbə mindirmək; 15. qıcamaq, sıxmaq (dişi); to ~ one’s teeth dişlərini qıcamaq; 16. büzülmək (dodaqlar haq.); His lips set Onun dodaqları büzüldü; 17. donmaq, hərəkətsiz olmaq (göz, sifət haq.); He was sitting his face set O, sifəti donmuş halda oturmuşdu; 18. bərkimək (sement və s. haq.); 19. qatılaşmaq, laxtalaşmaq (qan, zülal); 20. kəskinləşmək, çürümək (süd); 21. formalaşmaq (xasiyyət, bədən quruluşu); 22. rekord vurmaq; 23. sağanağa salmaq (qiymətli daşı); to ~ diamonds brilyantları sağanağa salmaq; 24. açmaq (stol); to ~ out the table süfrə açmaq, stol açmaq; 25. yerinə salmaq (sümüyü); to ~ a broken leg / arm sınmış ayağı / qolu yerinə salmaq; 26. düzəltmək (şlyapanı, qalstuku və s.); to ~ one’s cap papağını düzəltmək; 27. yığmaq (saçı); to ~ one’s hair saçını yığmaq; 28. itiləmək (bıçağı və s.); to ~ a knife bıçağı itiləmək; 29. qoymaq (növbətçi, keşikçi); to ~ the guard hərb. keşikçi qoymaq; 30. çıxartmaq (sahilə, adaya və s.); to ~ troops on shore sahilə qoşun çıxartmaq; 31. ümid olmaq, bel bağlamaq; to ~ one’s hope on smb. bir kəsə bel bağlamaq / ümid olmaq; 32. qoymaq (qadağa və s.); to ~ a veto on smth. bir şey üzərinə qadağa qoymaq; to ~ a fine cərimə qoymaq; 33. vurmaq, basmaq (möhür); to ~ a seal 1) möhür vurmaq / basmaq; 2) iz buraxmaq / qoymaq; It set a seal on his life Bu onun həyatında iz buraxdı; 34. əkmək, basdırmaq (bitki, toxum); to ~ fruit-trees meyvə ağacı əkmək / basdırmaq; 35. tərtib etmək, yoxlamaq (imtahan materiallarını); to ~ an examination paper imtahan üçün yazı işi tərtib etmək; to ~ questions in an examination imtahan üçün suallar tərtib etmək; to ~ about doing smth. bir şeyi etməyə başlamaq / girişmək; He set about writing a letter to his family O, ailəsinə məktub yazmağa başladı; to ~ smb. about (doing) smth. bir kəsi bir şey etməyə məcbur / təhrik etmək; to ~ oneself to smth., to ~ oneself to do / doing smth. bir şeyi etməyə ciddiyyətlə girişmək; to ~ to work işə girişmək / başlamaq; to ~ smb. to saw wood bir kəsi ağac mişarlamağa məcbur etmək; to be ~ to do smth. bir şeyi etməyə hazır olmaq, We are set to go Biz getməyə hazırıq; to be ~ upon / on smth. bir şeyi etməyi çox istəmək, bir şeyə nail olmağı qarşısına məqsəd qoymaq; to ~ free azad etmək; to ~ a prisoner free / at liberty dustağı azad etmək; to ~ smb.’s mind at rest bir kəsi sakitləşdirmək; to ~ one’s mind at rest sakitləşmək; to ~ about yaymaq; toi ~ about gossip dedi-qodu yaymaq; to ~ apart 1) yığmaq / toplamaq (pul): to ~ apart out of one’s savings əmanətin bir hissəsini yığmaq; 2) ayırmaq, fərqləndirmək; to ~ the dogs apart itləri ayırmaq; to ~ smth. ashore bir şeyi sahilə çıxartmaq; to ~ aside 1) yığmaq, toplamaq, kənara qoymaq; to ~ aside money pul toplamaq / yığmaq; 2) nəzərə almamaq; to ~ aside one’s own interests öz şəxsi maraqlarını nəzərə almamaq; 3) rədd / etiraz etmək; He set all their offers aside O onların bütün təkliflərini rədd etdi; 4) hüq. ləğv etmək; to ~ aside a sentence hökmü ləğv etmək; to ~ back 1) əvvəlki yerinə qoymaq; to ~ the books back kitabları əvvəlki yerinə qoymaq; 2) geri çəkmək; to ~ the chairs back stulları gen çəkmək; 3) geri döndərmək / çəkmək; to ~ back the clock saatı geri çəkmək; to ~ down 1) yerə qoymaq; He set his load down O, yükünü yerə qoydu; 2) düşürmək; to ~ down passengers sərnişinləri düşürmək; 3) yazmaq, qeyd etmək; to ~ down smb.’s name and address bir kəsin adını və ünvanını yazmaq; 4) (for) təyin etmək; The meeting is set down for Friday İclas cümə gününə təyin edilib; to ~ forth 1) yola düşmək (səyahətə və s.): to ~ forth on a journey / travel səyahətə yola düşmək; 2) izah / bəyan / şərh etmək; to ~ scientific results elmi nəticələri bəyan etmək; to ~ forward yola düşmək; irəli getmək; 3) irəli sürmək; to ~ in gəlmək, düşmək; Night was setting in Gecə düşürdü; 4) əkmək, basdırmaq (bitki və s.); to ~ off yola düşmək; 1) to ~ off on a journey səyahətə yola düşmək; 2) ayırmaq; to ~ off a clause by a comma budaq cümləni vergüllə ayırmaq; 3) ödəmək, kompensasiya vermək; to ~ off a loss / a debt itkini / borcu ödəmək; 4) bəzəmək; to ~ off a dress with gold braid paltarı qızıl tesma ilə bəzəmək; to ~ out 1) bayıra / çölə qoymaq; to ~ out the empty’ milk-can boş süd bidonunu çölə / bayıra qoymaq; 2) qoymaq, nümayiş etdirmək: to ~ out vegetables for sale tərəvəzi satışa qoymaq; 3) düzmək, yerləşdirmək, to ~ out books on the table kitabları stolun üstünə düzmək; 4) yola düşmək; to ~out on an expedition ekspedisiyaya yola düşmək; 5) hazırlaşmaq, fikrinə düşmək; to ~ out to write a novel roman yazmaq fikrinə düşmək; 6) ətraflı şərh / izah etmək; to ~ out one’s ideas clearly öz fikirlərini / mülahizələrini ətraflı şəkildə izah / şərh etmək; to ~ up 1) qoymaq, yerləşdirmək; to ~ up a picture on the settle şəkli divanın üstünə qoymaq, 2) götürmək; to ~ up a book kitabı götürmək; 3) asmaq; to ~ up a notice elan asmaq; 4) ucaltmaq, qoymaq; to ~ up a monument abidə ucaltmaq / qoymaq; 5) əsasını / binasını qoymaq, təsis / təşkil etmək, to ~ up a laboratory laboratoriya təşkil etmək; 6) qoymaq, müəyyən etmək; to ~ up new order yeni qayda-qanun qoymaq, 7) açmaq; to ~ up a new shop yeni mağaza açmaq; 8) qaldırmaq; salmaq; to ~ up a hullabaloo hay-haray / səs-küy qaldırmaq

SESSION
SETTEE
OBASTAN VİKİ
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Qızıl set
Qızıl set — voleybolda ikimatçlı oyunlarda qalibi müəyyən etmək üçün oynanılan əlavə hissə.
Set Karri
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Şarlott Hornets komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar. == İlk vaxtlar == Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Set Korantenq
Set Korantenq — Qananın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Set Makfarleyn
Set Vudberi Makfarleyn (26 oktyabr, 1973, Konnektikut, ABŞ) — Amerika aktyoru və prodüseri.
Set Qodin
Set Qodin (ing. Seth Godin; 10 iyul 1960) — Amerikalı yazıçı və sabiq dot-com biznes icraçısıdır. Dünyanın hər bir yerində yayılan ən çox satılanlar siyahısında yer alan kitablara sahib olan yazıçı Qodin, adətən marketinq, iş dünyası, şəxsi-inkişafa dair kitabların müəllifidir. 33’lər qrupu adlı kitabı, bir çox menecerin və iş adamlarının ortaq düşüncələrindən meydana gəlmiş olan, yazıçının günümüzədək ən çox satmış olan kitabıdır. == Həyatı == Qodinin keçmişinə baxıldığı zaman, yazıçının ən sevdiyi əyləncəsinin babasının ona aldığı radio olduğu görünməkdədir. Qodin, simsiz rabitə ilə əlaqə qura bilmənin “imkansız” olduğunu fikirləşirdi. Qodin 1982-ci ildə Tufts universitetinin kompüter və fəlsəfə sahəsindən məzun oldu. Bu tarixdən sonra davamlı olaraq vacib təşəbbüslərə addım atan Qodin bir müddət sonra kitablarını yazmağa başladı. == Biznes fəaliyyəti == 1986-cı ildə Spinnaker-dən ayrıldıqdan sonra o, Nyu-Yorkda Seth Qodin Productions-ı 20.000 dollar dəyərində yatırım ilə əvvəlcə kitab paketləmə biznesinə başladı. Sonra Mark Hurst ilə birlikdə Yoyodyne'yi qurdu.
Set Rollins
Colby Lopez (28 may 1986) — bilinən rinq adı ilə Seth Rollins WWE müqaviləli peşəkar güləşçi. 29 mart 2015 tarixində keçirilən WrestleMania 31 şousunda WWE kəmərini qazanmışdır.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Heracleum setosum
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Heracleum setosum var. granatense
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Hydrangea bretschneideri var. setchuenensis
Hydrangea heteromalla (lat. Hydrangea heteromalla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Hydrangea xanthoneura var. setchuenensis
Hydrangea heteromalla (lat. Hydrangea heteromalla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
II Seti
II Seti (e. ə. XIII əsr – ən geci e.ə. 1193) — Misir fironu.
I Seti
I Seti (təq. e.ə. 1323 – təq. e.ə.
Iphiseiodes setillus
Iphiseiodes setillus (lat. Iphiseiodes setillus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin iphiseiodes cinsinə aid heyvan növü.
Ixora setchellii
Ixora setchellii (lat. Ixora setchellii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir. == Həyatı == Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. == Klara Setkin Azərbaycanda == 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Mentha pulegium f. setuligera
Giləmərzə (lat. Mentha pulegium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Makroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır. == Botaniki xarakteristikası == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur.
Miconia seticaulis
Miconia seticaulis (lat. Miconia seticaulis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Miconia setulosa
Miconia setulosa (lat. Miconia setulosa) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania setigera
Mikania setigera (lat. Mikania setigera) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Neoseiulus setulus
Neoseiulus setulus (lat. Neoseiulus setulus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Pavel Setin
Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.
Piqueria setifera
Pyrethrum setaceum
SETI@Home
SETI@home və ya "SETI at home" (azərb. SETİ evdə‎) — SETI-yə (ing. Search for Extraterrestrial Intelligence) aid bir elmi layihənin adıdır. Bu layihə kainatda — kosmosda zəkalı varlıqların axtarmasıdır. SETI@home yerdənxaric sivilizasiyaların radiosiqnallarının axtarılması məqsədilə könüllülərin kompüterlərinin sərbəst resurslarından istifadə edən elmi qeyri-kommersiya layihəsidir. Güman edilir ki, Yerdənxaric sivilizasiyalar radiorabitədən istifadə edəcəklər və yaxşı qəbuledicilər olsa, Yerdəki radiostansiyalar yaxın ulduz sistemlərindən gələn radiosiqnalları tuta bilər. Əgər radiosiqnallarda periodik təkrarlanan elementlər olarsa, çox güman ki, onlar süni təbiətə malik olmalıdır və, deməli, onların aşkarlanması Yerdənxaric texnologiyaların olmasını dolayısıyla təsdiqləmiş olacaq. Belə radiosiqnalların emalı üçün inanılmaz dərəcədə çoxlu hesablama gücləri (aparat və proqram təminatı) tələb olunur. Müştəri proqram təminatının ilkin kodu açıqdır (GNU General Public License) və layihənin iştirakçısı olan hər kəs istəyərsə, öz töhfəsini təkcə hesablamalara deyil, həm də proqram təminatının işlənib hazırlanması və testlənməsinə verərdi. Layihədə süni hesab edilə bilən siqnalların aşkarlanması üçün Aresibo (Puerto-Riko) rəsədxanasının radioteleskopundan alınan verilənlər emal olunur.
Set Me Free (Eden Alene mahnısı)
Set Me Free — İsrailin 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eden Alene 2021 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Set Me Free" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 17-ci pillədə qərarlaşmışdır.

Digər lüğətlərdə