SEVGİ

is.
1. Məhəbbət, eşq.
Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. M.Müşfiq.
Sevgi əzəl gündən sevir baharı; Baharda insanlar arzuya çatır. N.Xəzri.

2. klas. Sevgili.
Bir belə cavanın əqli kəm olsa; Baxırsan ki, sevgisinə naz eylər. M.P.Vaqif.
Adətdir ki, olur xubruların; Sevgisinin yadigarı yanında. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEVGİ sevgi bax məhəbbət 1
  • SEVGİ sevda — məhəbbət — eşq

Antonimlər (əks mənalı sözlər)

  • SEVGİ SEVGİ – ƏDAVƏT Sevgi küçəsi ilə gəzdiyin yerdir (S.Vəliyev); Tökün dənizlərə, tökün çaylara; Axı insan hara, ədavət hara?! (C
...SEVƏR
SEVGİLİ
OBASTAN VİKİ
Sevgi, sevgi, sevgi
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. == Film haqqında == Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Sevgi
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Sevgi, sevgi, sevgi (film, 1989)
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. == Film haqqında == Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Qarşılıqsız sevgi
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər. Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur. Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz. Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər.
Romantik sevgi
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Sevgi (pyes)
Sevgi — M. Seyidzadə tərəfindən 1940-cı ildə, Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında yazılmış beş pərdəli dramdır. Dramın əsas qəhrəmanları Fərhad, Şirin, Xosrov, Məryəm, Məhinbanu və Şapurdur. == Tarixi == İkinci Dünya Müharibəsi ərəfəsində geniş xalq kütləsi içərisində vətənpərvərlik ruhunu qüvvətləndirmək üçün qəhrəmanlıq mövzusunda dram əsərinin yazılması lazım idi. Azərbaycan şairi Mirmehdi Seyidzadə dövrün tələbini dərk edib “Sevgi” adlı dram əsərini yazmış, lakin bu əsər o zaman səhnələşdirilməmiş, 1957-ci ildə şairin “Seçilmiş əsərləri”nə daxil edilmişdir. == Filoloji təhlili == M. Seyidzadə əsərindəki obrazlar, əsasən, Nizaminin “Xosrov və Şirin” poemasındakı obrazların xüsusiyyətlərini daşıyırlar. Onun Şirini çox həyalı və utancaqdır, hər deyilən sözə inanır. Şapurla ilk görüşdə Xosrovun təsvirinə vurulan Şirin Xosrovu görən kimi qəlbini ona verir. Ölkəsini Bəhramdan geri alandan sonra ona ərə gedəcəyini vəd edir. M. Seyidzadənin əsərində Şirin səhayətə çıxdığı zaman memar Fərhadla görüşür. Şair onları çox səmimi danışdırır.
Sevgi 101
Sevgi 101 (ing. Love 101, türk. Aşk 101) — ilk mövsümü 24 aprel 2020-ci ildə Netflix platformasında yayımlanan, ssenarisi Meriç Acəmiyə məxsus və rejissoru Əhməd Katıksız və Dəniz Yorulmazər olan Türkiyə istehsalı internet serialı. İkinci mövsüm çəkilişləri ilk mövsümlə birlikdə çəkildi. == Məzmun == === Mövsüm 1 === 4 nadinc və 1 nümunəvi şagirdin əziyyətli yaşayışı 1988-ci ildə baş verən hekayəsindən bəhs edilir. Hekayəni rəvayət edən İşıq (Badə İşcil) artıq böyümüş, illər sonra təkrar görüşmək üçün lisey dostlarına məktub göndərmişdir. Böyük yaşlı Eda (Tuba Ünsal) ona qoşulmuş və digərləri gözlənilməkdədir. Böyük yaşlı İşığın rəvayətinə 2000 və əvvəlinin musiqiləridə kömək edir. Birbirindən fərqli səbəblərdən ötrü məktəb idarəsiylə problem yaşayan Sinan (Mərd Yazıçıoğlu), Kərəm (Kubilay Aka), Eda (Alina Boz) və Osman (Səlahaddin Paşalı) daha əvvəl dəfələrlə məktəbdən atılma təhlükəsi yaşamış və təxminən bütün müəllimləri bezdirmişdir. Məktəbin müdirü Necdət (Müfit Qayacan) məktəbdən atılmaları üçün fürsət axtararkən onların məktəbdən atılmamaları üçün əlindən gələni əsirgəməyən tək müəllim Burcu (Pınar Dəniz) müəllimədir.
Sevgi Soysal
Sevgi Soysal (türk. Sevgi Soysal 30 sentyabr 1936[…], İstanbul – 22 noyabr 1976, İstanbul) — Türk yazıçısı. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Həmçinin 1970 -ci illərin ən görkəmli üç qadın yazıçısından biri olaraq Sevgi Soysal Füruzan və Ədalət Ağaoğlu ilə adı birlikdə çəkilir. == Həyatı == 30 sentyabr 1936-cı ildə İstanbulda, türk Mithat Cenen və milliyətcə alman həyat yoldaşı Anneliza Ruppun ailəsində anadan olmuşdur. Anası türk adı Aliyəni özünə ad kimi götürmüşdür. Sevgi bu ailədə altı uşaqdan üçüncüsü idi. O, əvvəlcə Ankarada litseyi bitirmiş, sonra isə Ankara Universitetinə daxil olmuşdur. Lakin müəyyən səbəblərdən ordan məzum olmamışdır.
Sevgi divarı
"Sevgi divarı" — Parisin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə. 40 m² sahəsi olan divarda, hətta Brayl şriftlərinin köməyilə korlar üçün də eyni məzmunlu sözlər yazılmışdır. == İdeya və onun həyata keçirilməsi == İdeyanın təşəbbüsü Frederik Barondur. O, həmin sözləri əvvəlcə kiçik qardaşına yazdırmış, sonra həmin yazını ərəb, rus, portuqal və ilaxır qonşularından öz dillərinə çevirməyi rica etmişdi. Frederik başqa dillər üçün bir neçə səfirliyə də müraciət etmişdi. Bu işi yerinə yetirərkən 3 böyük qeyd kitabçası 300-dən çox dildə 1000-ə qədər "Səni sevirəm" mətnli yazılarla dolmuşdu artıq. Sonda o, bu yazıları ahəngdar şəkildə bir araya gətirmək üçün Kler Kito adlı gözəl yazı xəttinə malik incəsənət xadiminə (kalliqraf) müraciət edir. Kalliqraf işi layiqincə yerinə yetirir və hal-hazırda divarda sərgilənən yazılı abidə ərsəyə gəlir. Hər biri 21x29.7 sm ölçüdə olan 612 ədəd şirli lavadan hazırlanmış kirəmit üzərində həkk olunan yazılar Frederik Baronun qeyd dəftərindəki vərəqləri xatırladır. Yazılar arasında rast gəlinən böyük bir ürəyin qırıntıları şəklində qırmızı rəngli çıxıntıların həkk olunması isə bu "sevgi divarı"nın dünyadakı sınıq qəlbləri yenidən bir araya gətirmək niyyətini canlandırır.
Sevgi kordur
Amor caecus — latın dilində məşhur ifadə "sevgi kordur" ya "eşqin közü kordur", sevən, eşqə düşən insanın gözü kor olar mənasını daşıyır. Buna bənzər ifadə azərb. "Sən ona Məcnunun gözlərilə bax"‎, rus dilində isə rus. "Любовь зла, полюбишь и козла" — sevgi kordur, keçini də sevə bilərsən və s.
Azərbaycan Sevgi Poeziyası
Bütün dövrlərdə yaşamış Azərbaycan şairlərinin sevgiyə həsr olunmuş şeirlərindən ibarət çoxcildli kitab (külliyyat). Xəzər Universiteti Nəşriyyatında 2008-ci ildən başlayaraq çap olunan bu toplunun tərtibçisi Hamlet İsaxanlıdır. == Məqsəd == "Azərbaycan Sevgi Poeziyası" ensiklopedik toplusunun artıq ilk üç kitabı işıq üzü görmüşdür. Hamlet İsaxanlının "Yaxşı sevgi şeirlərimiz..." sərlövhəli ön sözündə kitabın tərtib olunması ilə bağlı məsələlər haqqında yazılmışdır: "Azərbaycan poeziyasının zəngin tarixində sevgi aparıcı mövzulardan biridir və şübhəsiz ki, sevgiyə həsr olunan şeirlər ən çox əzbərlənən və sevilən poetik nümunələr arasındadır. Böyük-kiçik hökmdarların, müxtəlif dini, siyasi ideologiyaların hakim olduğu zamanlarda yazıb-yaradan, sarayla dil tapan, ona xidmət edən və ya saraylarla əlaqəsi olmayan şairlərimiz könlünü eşq aləminə vermiş, ədəbiyyatımızı yaşadan şah əsərlər qoyub getmişlər. Klassiklərimizlə yanaşı bir çox orta əsr və çağdaş dövr şairlərimiz də ağızda gəzən, ürəkləri oynadan, musiqiyə dönən gözəl sevgi şeirləri yazmışlar. Bu şeirləri seçib, bir yerə toplayıb bütöv şəkildə oxuculara təqdim etmək çoxdankı arzum idi". == Tərtib prinsipləri == "Şairlərimizin ən yaxşı sevgi şeirlərinin hamısını, yaxşı sevgi şeirlərinin isə çox böyük qismini kitaba daxil etmək istədim. Adətən ən yaxşı şeirlərin seçimi poeziya həvəskarları və biliciləri, şeir yazan və şeir sevənlər arasında böyük fikir ayrılığı doğurmur, "sadəcə yaxşı" şeirlər barədə isə fikir müxtəlifliyi olması mümkündür (və bu təbiidir –zövqlər müxtəlifdir, "yaxşı nədir, pis nədir?" sualına hərənin öz cavabı var). Seçimimi tələsmədən, yüz ölçüb bir biçərək, şeirlərin bədii və estetik dəyəri, fikir yükü, orijinallığı kimi əlamətlərə dayanaraq etdim.
Bu sevgi (mahnı)
Sevgi gülləri (albom)
Sevgi gülləri – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 14 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Eldar Mansurova aiddir. Aygün Kazımova albomdakı "Bir daha" mahnısını Samir Bağırovla, "Niyə danırsan ?" mahnısını Səməd Səmədovla duet şəklində ifa etmişdir.
Oyaq sevgi
Oyaq sevgi (fr. Amour a l'affut) — fransız akademik rəssamı Vilyam Buqronun 1890 – cı ildə işlədiyi rəsm əsəri.
Platonik sevgi
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Sevgi tuneli
Sevgi tuneli (ukr. Туне́ль Коха́ння) — yerli əhəmiyyətli dəmiryol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmiryol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir. == Ümumi məlumat == Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir. Tunelin belə şəkil almasında həm təbiətin, həm də, insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi.
Sevgi utancaqlığı
Sevgi utancaqlığı (ing. Love shyness). Bu termin ilk dəfə psixoloq Brian G. Gilmartin tərəfindən xroniki utancaqlığın müəyyən bir növünü təsvir etmək üçün istifadə edilmişdir. 1979-cu ildə bu tezis üzərində işləmək üçün Obern Universitetindən maliyyə dəstəyi aldı. Shyness & Love: Causes, Consequences, and Treatments - Sevgi və utancaqlıq: səbəbləri, nəticələri və müalicə formaları adlı kitabında verdiyi izahata görə sevgidən xəcalət çəkən insanlar, potensial romantik və ya cinsi tərəfdaşlarla gündəlik münasibətlərdə özlərini iddialı hiss etməkdə çətinlik çəkirlər. Məsələn, eşqdən utanan bir heteroseksual kişi narahatlıqlarına görə qadınlarla dostluq etməkdə çətinlik çəkə bilər. Dr. Gilmartin bu fenomeni yalnız heteroseksual kişilərdə tədqiq etmişdir. Gilmartinin kitabı 1987-ci ildə University Books (Universitet Kitabları) tərəfindən nəşr edilmişdir. == Gilmartinin şkalası == Gilmartin müəyyənləşdirdiyi 7 meyara görə sevgidən utanan insanları aşağıdakı kimi təsvir edir; O bir kişidir; Subaydır.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü. Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır. Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. == Qorunması == Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi.
Hüdudsuz sevgi
Hüdudsuz sevgi — türk dram və aksiyon filmi.
Obsessiv sevgi
Obsessiv sevgi və ya obsessiv sevgi pozğunluğu bir insanın başqa bir insana sahib olmaq və onu qorumaq üçün həddindən artıq obsessiv istək hiss etdiyi vəziyyətdir. Simptomları odur ki, həmin insan sevdiyi insansız keçirdiyi hər hansı vaxta dözə bilmir, insanı əhatə edən obsessiv fantaziyalar və həmin şəxsin şəkillərini axtarmaq, yaratmaq və ya ona baxmaq üçün hədsiz çox vaxt sərf etmək daxildir. == Xüsusiyyətləri == Obsessiv sevginin bəzən uşaqlıq travmalarından qaynaqlandığı və ilk baxışdan başlaya biləcəyi düşünülür; o, qeyri-müəyyən müddətə qədər davam edə bilər, bəzən psixoterapiya tələb olunur. Obsessiv sevgi ilə ən çox əlaqəli pozğunluq sərhəd şəxsiyyət pozuqluğudur. Obsessiv sevgi ilə ən çox əlaqəli olan digər pozğunluqlara aldadıcılıq pozğunluğu, obsessiv-kompulsiv nevroz və digər şəxsiyyət pozğunluqları daxildir. == Psixologiyada == Ziqmund Freyd hesab edirdi ki, obsessiv sevgi şüursuz bir nifrət hissi ilə əsaslandırıla bilər ki, bu da onu həddindən artıq kompensasiya edir - bununla da əziyyət çəkənin sevgi obyektini qorumaq ehtiyacı hissini izah edir. Sonrakı analitiklər obsessiv sevginin daha çox narsisistik ehtiyac, narahatlıq və depressiv hisslərə qarşı müdafiə təklif edən sevgi obyekti ilə məşğul olduğunu gördülər; Yunqçular isə bunu daxili mənliyin başqa bir insana proyeksiyasında kök salmasında görür.
Sevgi bombardmanı
Sevgi bombardmanı (ing. Love bombing) — diqqət, qayğı və sevgi nümayişi ilə bir insana təsir etmək cəhdi. Müxtəlif yollarla və müsbət və ya mənfi məqsədlər üçün istifadə edilə bilər. Psixoloqlar sevgi bombardmanını sui-istifadə tsiklinin mümkün bir hissəsi kimi müəyyən ediblər və bununla bağlı xəbərdarlıq ediblər. Düşmən kimi qəbul edilən cəmiyyətə qarşı qrup daxilində birlik hissi yaratmaq üçün psixoloji manipulyasiya kimi də təsvir edilmişdir. 2011-ci ildə klinik psixoloq Oliver Ceyms "Sevgi bombardmanı: Uşağınızın Emosional Termostatını Sıfırlayın" (Love Bombing: Reset Your Child's Emotional Thermostat) kitabında valideynlərin öz uşaqlarının emosional problemlərini həll etmək üçün bir vasitə kimi sevgi bombarmanı metodunu müdafiə etmişdir. == Tərif və təhlil == "Sevgi bombarmanı" (ing. Love bombing) ifadəsi 1970-ci illərdə Birləşmiş Ştatların Birlik Kilsəsinin üzvləri tərəfindən icad edilmişdir və Family International üzvləri tərəfindən də istifadə edilmişdir. Psixologiya professoru Marqaret Sinqer konsepsiya haqqında 1996-cı ildə nəşr olunan "Cults in Our Midst" kitabında məlumat vermişdir == Toksik münasibətlər == Müasir sosial media sevgi bombarmanının təsirini gücləndirə bilər, çünki o, təcavüzkarın öz qurbanı ilə demək olar ki, daimi əlaqə və ünsiyyətini təmin edir. Münasibətlərin başlanğıcındakı sevgi bombarmanının əlamətlərindən biri qısa müddət ərzində sıx diqqət və çox sürətli bağlılıq üçün təzyiqdir.
Sevgi hekayəsi
Sevgi hekayəsi (ing. Love Story) — 1970-ci ildə çəkilmiş Amerika romantik-drama filmi. Orijinal ssenarisi Erix Seqal tərəfindən yazılmış filmin rejissoru Artur Hiller olub və Ali Makqrou, Rayan O'Nil, Rey Milland və Tommi Li Cons əsas rollarda çəkilib. Frensis Lai filmin unudulmaz mövzu musiqisini bəstələyib və buna görə 1971-ci ildə ən yaxşı orijinal musiqi üçün Akademiya mükafatına layiq görülüb. Bu həm də filmin aldığı yeganə Oskar mükafatıdır. Film daha 6 nominasiya üzrə Oskara namizəd olub. == Məzmun == Möhtəşəm və varlı ailədən olan Oliver Barret IV (Rayan Oneal) ailə ənənəsini davam etdirir və özündən əvvəlkilər kimi Harvard Universitetində hüquq təhsili alır. Bir gün o, Radcliffe kollecində musiqi tələbəsi olan fəhlə sinfindən Cennifer Kavalleriyə (Ali Makqrav) aşiq olur. Cütlük evlənməyə qərar verir, lakin Oliverin atası III Oliver Barret (Rey Milland) bu evliliyi istəmir və oğlunun günlük xərcini kəsir və onu mirasından da məhrum edəcəyini bildirir. Oliver üçün atasının maddi dəstəyi olmadan Harvardda oxumaq çox çətindir.
Sevgi üçbucağı
Sevgi üçbucağı — üç nəfər arasındakı romantik münasibət növüdür. Bu termin həm iki insanın bir-birindən asılı olmayaraq üçüncü şəxsə emosional bağlılıq hiss etdiyi, birincinin ikinciyə (ona biganə olan), ikincinin isə ilk ikisinə laqeyd, üçüncüyə cəlb edildiyi hallara şamil edilir. Bir qayda olaraq, monoqam cəmiyyətdə sevgi üçbucağı münaqişə anlayışı ilə sinonimdir, çünki belə bir vəziyyət ən azı içindəkilərdən biri üçün qəbuledilməzdir. Həmçinin, qarşılıqsız sevgi və qısqanclıq anlayışları çox vaxt sevgi üçbucaqları ilə əlaqələndirilir. Sabit üçbucaqlar, əgər bütün "iştirakçıların" çoxşaxəli inancları varsa, mümkündür. P.Abelson və R.Şenkin 1994-cü ildə nəşr olunan "İnanclar, Düşüncələr və Qərar Qəbuletmə" (ing. Beliefs, Reasoning, and Decision Making) kitabında yazır: “Romantik sevgi üçbucağı formal olaraq dostluq triadası ilə eyni olsa da, onun əsl mənası tamamilə fərqlidir... Romantik məhəbbət adətən müstəsna münasibət kimi qəbul edilir, dostluq isə belə deyil.” Statistika göstərir ki, Qərb cəmiyyətində “böyüklərin əksəriyyəti istəsələr də, istəməsələr də, sevgi üçbucağına qarışıblar”.
Əbədi Sevgi(serial)
Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. == Süjeti == Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu.
Əbədi sevgi (serial)
Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. == Süjeti == Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu.
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" ordeni
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" medalı - Türkmənistanın dövlət mükafatıdır. == Tarixi == 1 mart 1999-cu ildə təsis edilmişdir. Əvvəlcə sifariş boyun zəncirində bir qızıl medal görünüşünə sahib idi, daha sonra 2011-ci ildə bir göğüs blokunda bir qızıl ulduz görünüşü əldə etdi. Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun profili istisna olmaqla, 2014 -cü ildən bu sərəncama yeni bir görünüş verildi. == Əsasnamə == Sərəncam ölkə iqtisadiyyatının inkişafına, istehsalın səmərəliliyinin artırılmasına, elm və texnologiyanın inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi böyük töhfələrə görə ölkə vətəndaşlarını və əcnəbiləri, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsindəki böyük uğurlarına görə mükafatlandırmaq məqsədi daşıyır. Qayğıya, dövlət və ictimai fəaliyyətə, qanunun aliliyinin və asayişin möhkəmləndirilməsinə, gənc nəslin təhsili və tərbiyəsinə, Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında iqtisadi və mədəni əlaqələrin inkişafına görə verilir. Sifarişlə təltif olunan şəxslərə minimum əmək haqqının on beş mislinə bərabər birdəfəlik mükafat verilir və əmək haqqı, əmək haqqı, təqaüd, müavinət və ya təqaüdə aylıq əlavə minimum əmək haqqının yüzdə 15-i miqdarında əlavə edilir. Ordenə layiq görülmüş şəxslər Türkmənistan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada imtiyazlardan istifadə edirlər. == Təsvir == === 1999-dan 2011-ə qədər === Sifariş nişanı 40 mm diametrli bir dairə şəklindədir. Sifarişin ön tərəfinin ortasında Türkmənistan Prezidentinin ağ qızıldan hazırlanmış profil şəkli var.
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.
Cənaba sevgi ilə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. == Mövzu == Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. == Film == 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Gerçək sevgi (film, 2003)
Gerçək sevgi (ing. Love Actually) — Riçard Körtisin rejissorluğu ilə 2003-cü ildə çəkilmiş milad temalı romantik komediya filmi. == Saundtrek == Kreyq Armstronq tərəfdən yazılmış saundrek bu mahnılardan ibarətdir: Kelly Clarkson — "The Trouble with Love Is" Dido — "Here with Me" Maroon 5 — "Sweetest Goodbye/Sunday Morning" Norah Jones — "Turn Me On" Wyclef Jean and Sharissa — "Take Me As I Am" Eva Cassidy — "Songbird" The Calling — "Wherever You Will Go" Girls Aloud — "Jump (for My Love)" Joni Mitchell — "Both Sides Now" Lynden David Hall — "All You Need Is Love" The Beach Boys — "God Only Knows" Texas — "I’ll See It Through" Sugababes — "Too Lost in You" Otis Redding — "White Christmas" Mariah Carey — "All I Want For Christmas Is You" == Maraqlı faktlar == Filmin yaradıcısı Riçar Körtis dedi ki, bu filmin yaradılması səbəblərdən biri o du ki, xər romantik film çəkilişə onun ömrüdən 3-4 il aparırdı — beləliklə, bütün fikirləri reallaşdırmaq üçün ömrüsü çatmaz, beləliklə bir neçə film birə birləşdirib, və necə onda alındı baxıb.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 100 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Doğma xalqıma", "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qayınana" filmlərinin kadrlarından həsr olunur.
Sevgi 101 (serial, 2020)
Sevgi 101 (ing. Love 101, türk. Aşk 101) — ilk mövsümü 24 aprel 2020-ci ildə Netflix platformasında yayımlanan, ssenarisi Meriç Acəmiyə məxsus və rejissoru Əhməd Katıksız və Dəniz Yorulmazər olan Türkiyə istehsalı internet serialı. İkinci mövsüm çəkilişləri ilk mövsümlə birlikdə çəkildi. == Məzmun == === Mövsüm 1 === 4 nadinc və 1 nümunəvi şagirdin əziyyətli yaşayışı 1988-ci ildə baş verən hekayəsindən bəhs edilir. Hekayəni rəvayət edən İşıq (Badə İşcil) artıq böyümüş, illər sonra təkrar görüşmək üçün lisey dostlarına məktub göndərmişdir. Böyük yaşlı Eda (Tuba Ünsal) ona qoşulmuş və digərləri gözlənilməkdədir. Böyük yaşlı İşığın rəvayətinə 2000 və əvvəlinin musiqiləridə kömək edir. Birbirindən fərqli səbəblərdən ötrü məktəb idarəsiylə problem yaşayan Sinan (Mərd Yazıçıoğlu), Kərəm (Kubilay Aka), Eda (Alina Boz) və Osman (Səlahaddin Paşalı) daha əvvəl dəfələrlə məktəbdən atılma təhlükəsi yaşamış və təxminən bütün müəllimləri bezdirmişdir. Məktəbin müdirü Necdət (Müfit Qayacan) məktəbdən atılmaları üçün fürsət axtararkən onların məktəbdən atılmamaları üçün əlindən gələni əsirgəməyən tək müəllim Burcu (Pınar Dəniz) müəllimədir.
Sevgi Romanı (film, 2020)
Sevgi romanı — rejissor Vüsal Hacıqədir tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı melodram janrlı filmi. == Məzmun == Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yanlış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi məhəbbət əks etdirən Xanlar, Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmaqa qərar verir. Lakin Xanlar bununla faydalanmır və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılıqı lazımdır. Dünyada tək qaldıqını sanan Cəmilənin köməyinə, təsadüfən rastlaşdıqı Eldar(Şəhriyar Əbilov) çatır. Cəmilə onun bu fədakarlıqı qarşısında ona bir könüldən min könülə aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var.
Sevgi ehtirası (film, 2000)
Sevgi ehtirası (hind dili: जोश, Rom: Josh) — rejissor Mansur Khan tərəfindən çəkilmiş və 9 iyun 2000-ci ildə nümayiş etdirilən Hindistan kriminal filmidir. Baş rollarda Şah Rukh Khan, Aishwarya Rai, Chandrachur Singh və Sharad Kapoor, köməkçi rollarda isə Priya Gill və Vivek Vaswani oynamışdır. Film West Side Story (1961) musiqili filminin remeykidir. Film ortalama gəlir əldə etmişdir. == Süjet xətti == Ekran əsərində hadisələr bir-birilə ədavətdə olan iki quldur dəstəsinin fəaliyyətdə olduğu kiçik hind şəhərində cərəyan edir. Onlardan birinə Maks Diaz başçılıq edir. İkincisi isə Maksın qatı düşməni Prakaş Şarmanın başçılığı altındadır. Günlərin bir günü Mumbayda iki il işləyib geri dönən Rahul, qardaşı Prakaşa baş çəkir. Doğma şəhərində Şirli adlı son dərəcə cazibədar qadına ilk baxışdan aşiq olur. Şirli ona bu sevgidə qarşılıq versə də, tezliklə Rahul onun qardaşının əzəli düşməni Maksın bacısı olduğunu öyrənir.
Sevgi haqqında (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Sevgi haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. == Süjet xətti == Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Sevgi hekayəsi (film, 2005)
Sevgi hekayəsi, Əlaqə və ya Zəncirlər (Rom: Silsiilay; ingiliscə: Chains) — 2005-ci ildə Xalid Məhəmmədin ssenari xəttini yazdığı və rejissoru olduğu hind dilində çəkilmiş olan romantik filmdir. Filmdə baş rollarda Tabu, Bhumika Çavla, Riya Sen, Celina Ceytli, Anita Hassanandani, Divya Dutta, Rahul Bose, Cimmi Şeirgill, Aşmit Patel və Kay Kay Menon iştirak edir, eyni zamanda filmdə xüsusi geniş obrazı Şah Rukh Khan canlandırır. Film 17 iyun 2005-ci ildə buraxılmışdır. == Süjet xətti == Film üç qadının hekayəsi ətrafında cərəyan edir. Sürətlə yüksələn Bollivud aktrisası olan Zianın, onu kino karyerası üçün yetişdirmiş şəxs olan Neel ilə olan isti münasibətləri pozulmaq üzrədir. Ondan uşaq istəyir, amma uşağa görə heç bir məsuliyyət də daşımaq istəmir. Tezliklə o öz yoluna davam edir və özünə başqa bir sevgili tapır. Anuşka varlı Nikhillə münasibətlərində sevgi tapmaq istəyən telefon operatorudur. Bu vaxt ofisdəki həmkarı Tarun da onu sevir və onu səssizcə izləyir. Əməksevər bir qız olan Anuşkanın sevgi hekayəsində bir dönüş nöqtəsi baş verir və bundan sonra qız iki oğlandan birini seçməlidir.

Digər lüğətlərdə