SUSEVƏR

sif. Suda bitən, rütubət yerlərdə bitən, rütubətsevən, yaxud suda yaşayan, suyu sevən. Susevən bitkilər. Susevər heyvanlar.
SUSEVƏN
SUSƏPƏN
OBASTAN VİKİ
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.

Digər lüğətlərdə