SUVAQ

is. Binaların divarlarına, içinə və s.-yə çəkilən suvaşqan maddələrin qum və su ilə qatışığından ibarət tikinti məhlulu; mala. Divara suvaq çəkmək.
// Binaların tavanında, iç və bayır divarlarında həmin məhlulun bərkimiş təbəqəsi; mala.
Divarlardan asılmış xəritələr … olmasaydı, suvaqların töküldüyü zahirə çıxardı. H.Nəzərli.
…Divarların suvağı xal-xal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SUVAQ mala

Etimologiya

  • SUVAQ Suv (indiki su) ismindən yaş-a-maq qəlibi üzrə suv-a-maq feili əmələ gəlib, qədimdə iki mənada işlədilib: 1
SUVACAQ
SUVAQÇI

Digər lüğətlərdə