SIZILDAMAQ

f.
1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu.
Qıçları ağrıyıb sızıldayırdı. C.Məmmədquluzadə.
[Firuzun] sümükləri sızıldayır. Ə.Məmmədxanlı.

2. məc. Halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq.
Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram. Q.Zakir.
[Mirzə Bağır Mirzə Həsənə:] Sızıldamaq elə sənin köhnə peşəndir. Çəmənzəminli.

// Zarımaq, inildəmək, ağlamaq.
[Uşaq] neçə dəfə sızıldayıb anasını çağırdı. Mir Cəlal.
[Camal] sızıldayır, arvadı Tükəzban da başına-gözünə vura-vura şivən qoparırdı. Ə.Abasov.
Qapı ağzında xəstə, arıq, sarıbəniz bir uşaq yerə yıxılıb sızıldayırdı. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIZILDAMAQ sızıldamaq bax 1. göynəmək; 2. zanmaq
  • SIZILDAMAQ xəstələnmək — naxoşlamaq
  • SIZILDAMAQ ağlamaq
  • SIZILDAMAQ ufuldamaq — şikayətlənmək — inildəmək — ağrımaq
SIZILDAMA
SIZILMA

Digər lüğətlərdə