SƏSVERMƏ

is. Seçki zamanı və ya bir işi, məsələni kollektiv surətdə həll etdikdə öz səsini vermə, səs vermək vasitəsilə rəyini bildirmə; səs vermək vasitəsilə seçmə və ya bir məsələni həll etmə. Səsvermədə iştirak etmək. Səsvermənin nəticələri. Seçkilər gizli səsvermə yolu ilə keçirilir.
SƏSTUTAN
SƏSYAZAN
OBASTAN VİKİ
Səsvermə
Səsvermə — debatlardan, müzakirələrdən və seçki kompaniyalarından sonra bir məsələ barədə seçicilərin və ya hər hansısa qrupun fikrini və ya qərarını bildirmə metodu. Müəyyən edilmiş yerdə yaşayan şəxslər əvvəlcədən qeydiyyata alınır və müəyyən bir məsələnin səsverməsində iştirak edir. Bu şəxslər "seçici" adlanır. Demokratiyalarda səsvermələrin müxtəlif sistemləri mövcuddur. Demokratik dövlətlərdə hökumət səsvermələr vasitəsilə seçilir və qannuna görə birdən çox namizədin olması mütləqdir. Nümayəndəli demokratiyalarda seçicilər hökumətdəki nümayəndələrini səsvermə vasitsilə müəyyən edirlər. Birbaşa demokratiyalarda isə səsvermə xalqın birbaşa səsvermələr vasitəsilə özünün qanunlar qəbul etməsində istifadə edilir. Səsvermə fərdin hər hansıa bir şeyi seçməsi və ya hər hansısa bir şeyə qarşı olmasının ifadəsidir. bu şeylər təklif oluann qətnamə, müəyyən namizəd, təklif olunan məsələlər, seçilmiş namizədlər və ya siyasi partiya və s. ola bilər.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Taktiki səsvermə
Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər. Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur. Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır. Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək).
Etimadsızlıq səsverməsi
Etimadsızlıq səsverməsi və ya Etibar səsi, bir qrup insanın bir hökumətə və ya liderə güvənib səs verməməsidir. Əslində, hökumətdə və ya idarədə olan bir insanın artıq bu vəzifəyə gələ bilməyəcəyini təyin edən bir bəyannamə və ya səsvermədir.

Digər lüğətlərdə