Tampere Yunayted FK
Tampere Yunayted — Finlandiyada futbol klubu. Finlandiyanın Yüksək Futbol Liqası — Veikkausliiga-da çıxış edir. Klub Tampere şəhərində yerləşir. 2011-ci ilin aprelində müqavilə matçlarında iştirakına görə peşəkar lisenziyadan məhrum edilib.
== Tarixçəsi ==
Klub 1998-ci ilin iyul ayında təsis edilib. Əvvəlcə yerli "İlves" klublarını və TPV-ni bütöv bir komandada birləşdirmək planlaşdırılırdı. Tezliklə, "İlves" maliyyə problemləri səbəbiylə dağıldı və "Tampere Yunayted" komanda yarandı.
== Uğurları ==
Finlandiya Çempionu: 2001, 2006, 2007
Finlandiya çempionatında 3-cü yer: 2003, 2004, 2005
Finlandiya Kubokunun Sahibi: 2007
Finlandiya Kubokunun Finalçısı: 2001, 2009
Fin Liqası Kuboku sahibi: 2009
== Avropa kuboklarında iştirak ==
3 dəfə Avropa kuboklarında iştirak edib.