1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək.
– Telli tez qalxıb öz otağına çəkildi.
Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb makinaçıya verdi.
□ Tez eləmək – sürətləndirmək, gecikdirməmək, yubatmamaq.
Tez olmaq – cəld hərəkət etmək, yubanmamaq.
[Kərbəlayı Qurban:] Tez ol, aç qapını, soyuq məni kəsdi.
2. Qabaq, əvvəl. Hamıdan tez işə gəlmək.
– Bu gün kənd həmişəkindən tez oyanmışdı.