is. [
ər. ]
1. Qəbul edilmək üçün irəli sürülən fikir.
[Cəmilə] kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. S.Hüseyn.
Adamların çoxu məmnuniyyətlə öz öhdəsinə yeni vəzifələr götürmüş və işin sürətlə getməsi üçün bir çox əməli təkliflər irəli sürmüşdü. Ə.Sadıq.
2. Başqalarının müzakirəsinə verilən məsələ, onun haqqında irəli sürülən rəy.
Əjdər gurultunu kəsib, təklifi səsə qoydu… S.Rəhimov.
// Namizəd irəli sürmə. Milli Məclisə deputatlığa namizəd haqqında təklif.
3. Bir işi görməyə dəvət etmə; dəvət. Saat iki tamamda otaq gənc qonaqlar ilə dolmuşdu.
Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi. S.S.Axundov.
…Qulluqçu qız sol tərəfdəki qapını açıb, [Rüstəm bəyə] otağa baxmağı təklif elədi. Çəmənzəminli.
4. Göstəriş, əmr.
Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb durdum ayağa… Ə.Haqverdiyev.
Milis nəfərləri maşından düşüb, şinellərini soyundular və təklif gözləmədən dəhnə, yaba götürüb, kol qırmağa başladılar. Ə.Vəliyev.
5. Borc, vəzifə. Üzərinə təklif düşmək.
◊ Təklifini bilmək (qanmaq) – nə edəcəyini bilmək, öhdəsinə düşən vəzifəni dərk etmək.
[Müsafir:] Ey müsəlman qardaşlar!… İki kəlmə sözümüz var, deyək, eşidin sonra siz də təklifinizi bilin, bizə də kömək eləyin. C.Məmmədquluzadə.
[Süleyman bəy:] Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram. Ə.Haqverdiyev.