UÇURUM

is.
1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım.
Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm.
Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı.

// sif. Uçurumlu, sıldırımlı, sıldırım.
…Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov.
Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov.

2. məc. Dərin fərq, ayrılıq, ziddiyyət.
[Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn.

3. məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət.
Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad.
Qarafikirli adamlar Təbriz xalqını … uçurumlara çəkirdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UÇURUM yarğan — sıldırım
  • UÇURUM ziddiyyət — fərq
  • UÇURUM 1. UÇURUM Uçurumlardan qalxan at fınxıraraq inləyə-inləyə addımlayırdı (S.Rəhimov); SILDIRIM [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi (“Koroğlu”)

Antonimlər (əks mənalı sözlər)

  • UÇURUM UÇURUM – DÜZ Yolun aşağısı uçurum idi, dibindən çay axırdı (Çəmənzəminli); Düz yerdə gəzə bilmir, şumda şıllaq atır (Ata

Etimologiya

  • UÇURUM Kökü uç feilidir, -ur təsirli feil əmələ gətirir, -um feildən isim düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
UÇURULMAQ₁
UÇURUMLU
OBASTAN VİKİ
Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم‎) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi . Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Qızıl uçurum
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur... Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir.
Rəqəmsal uçurum
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik — smartfonlar, planşetlər, noutbuklar və internet də daxil olmaqla rəqəmsal texnologiyaya bərabər olmayan çıxış. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) dünya iqtisadiyyatlarının və sosial əlaqənin əsası kimi istehsal texnologiyalarını alt-üst etdiyi informasiya dövründə internetə və digər İKT-lərə çıxışı olmayan insanlar sosial-iqtisadi cəhətdən əlverişsiz vəziyyətdədirlər; çünki iş tapa bilmirlər, işə müraciət edə bilmirlər, alış-veriş edə bilmirlər və öyrənə bilmirlər. Avropadakı rəqəmsal bərabərsizliyin tarixi kökləri erkən müasir dövrdə yazılı və çap mediası vasitəsilə real vaxt rejimində hesablama, qərar qəbul etmə və vizuallaşdırma formalarına daxil ola bilən və bilməyənlər arasında artan bərabərsizliyə istinad edir. Bu kontekstdə təhsil və məlumatın sərbəst paylanması arasındakı əlaqə ilə bağlı etik müzakirələr Meri Uolstonkraft, İmmanuel Kant və Jan Jak Russo (1712–1778) kimi mütəfəkkirlər tərəfindən qaldırılmışdır. Russo hər hansı bir cəmiyyətin iqtisadi faydalarının ədalətli və mənalı şəkildə bölüşdürülməsini təmin etmək üçün hökumətlərin müdaxilə etməli olduğunu müdafiə edirdi. Böyük Britaniyada Sənaye inqilabı fonunda Russonun ideyası yeni istehsal formalarından zərər görənlər üçün təhlükəsizlik şəbəkəsi yaradan zəif qanunları əsaslandırmağa kömək etdi. Sonralar teleqraf və poçt sistemləri inkişaf etdikdə, bir çoxları Russonun ideyalarından istifadə edərək, hətta çətin xidmət göstərən vətəndaşların subsidiyalaşdırılmasını nəzərdə tutsa belə, bu xidmətlərdən tam istifadə etmək üçün mübahisə edirdilər. Beləliklə, "universal xidmətlər" ABŞ-də AT&T kimi telefon xidmətləri çətin kənd istifadəçilərinə xidmət göstərməyə imkan verən tənzimləmə və vergitutma sahəsində innovasiyalar demək idi. 1996-cı ildə telekommunikasiya və internet şirkətləri birləşdikcə, Federal Kommunikasiya Komissiyası rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün tənzimləmə strategiyalarını və vergi siyasətini nəzərdən keçirmək üçün 1996-cı ildə Telekommunikasiya Xidmətləri Aktını qəbul etdi. "Rəqəmsal bərabərsizlik" termini bərabərsizliyin aradan qaldırılması üçün informasiya və kommunikasiya texnologiyaları şirkətlərini vergi və tənzimləməyə çalışan istehlakçı qrupları arasında istifadə olunsa da, mövzu tezliklə qlobal mərhələyə keçib.
Qızıl uçurum (film, 1980)
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur... Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir.
Uçurum üzərində cığır (film, 1979)
Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Bandiaqara uçurumu
Bandiaqara — Malidə, doqon xalqının yaşadığı ərazidə uçurum. Qum daşı qayası aşağıdakı qumlu mənzillərdən təxminən 500 metr yuxarı qalxır. Uçurum təxminən 150 kilometr uzunluğa malikdir. Bandiaqara ərazisi bu gün Doqon xalqı tərəfindən məskunlaşmışdır. Doqonlardan əvvəl, ərazidə Tellem və Toloy xalqları yaşayırdı. Ərazidəki bir çox tikili tellemlərə aiddir. Bandiaqara uçurumu 1989-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bandiaqara qayaları cənubdan şimal-şərqə doğru 200 km-dən çox məsafədə, Qrandamiya massivinə qədər uzanan bir qumdaşı zənciridir. Massivin sonu Malinin ən yüksək zirvəsi olan, 1,155 metr (3,789 ft) hündürlüyündəki Hombori Tondo dağı ilə biitir. Arxeoloji, etnoloji və geoloji xüsusiyyətlərinə görə bütün ərazi Qərbi Afrikada ən təsirli yerlərdən biridir.
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb. Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir.

Digər lüğətlərdə