UMAC

is. Ovulmuş undan bişirilən duru xörək və bu xörək üçün üstünə su səpilərək hazırlanan xəmir ovuntularının özü (xalq arasında adətən tərləmək üçün soyuq dəymiş adamlara verilir).
[Ağa Kərim xan:] …Haflama gürzə, qurutlu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdir. N.Vəzirov.
[Nəcəfalı Şahmara:] Nənən kəklikotu dəmləsin, bir də əvəlikli umac bişirsin, tərləyib ayılarsan. B.Bayramov.

Etimologiya

  • UMAC “Özünə umac oya bilmir” deyirik. Umac sözünün əsli ovmac olub. Ovmaq sözündəndir. İndi forması dəyişib: o səsi u səsinə keçib, v səsi ixtisara düşüb
ULUS
UMACAQ
OBASTAN VİKİ
Umac
Umac - Azərbaycanın milli yeməyi. Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir.

Digər lüğətlərdə