Məhəmməd Ağarəhimov

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 10:38, 17 iyun 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Ağarəhimov
Məhəmməd Paşasadıq oğlu Ağarəhimov
Doğum tarixi 10 aprel 1899(1899-04-10)
Doğum yeri
Vəfat tarixi bilinmir

Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflisbilinmir) — Cümhuriyyət tələbəsi.

Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.[1]

  1. "Cümhuriyyət tələbələri II fəsil". 2019-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.