walk1
n (pl walks) 1. piyada gəzmə, gəzib dolaşma, ayaqseyrinə çıxma; to have a ~ gəzib dolaşmaq; to go for a ~ gəzməyə getmək; to take a ~ gəzmək, ayaqseyrinə çıxmaq; The baby is learning to walk Uşaq gəzməyi öyrənir; 2. gəzinti; long / short ~ uzun / qısa gəzinti; morning / evening ~ səhər / axşam gəzintisi; She’s taken the. dog for a walk O, iti gəzməyə aparıb; 3. yeriş, yeriş tərzi; I recognized him at once by his walk Mən onu dərhal yerişindən tanıdım; 4. addım; to go at a ~ addım-addım yerimək; 5. məsafə; a mile’s ~ from here buradan bir mil məsafədə; The station’s just a ten-minute walk from here Vağzal buradan təxminən on dəqiqəlik məsafədədir; 6. gəzinti yeri, seyrəngah; My favourite walk is in the neighbourhood Mənim sevimli gəzinti yerim qonşuluqdadır; 7. hasarlanmış yer (otlaq və s.);
◊ a ~ of life peşə, məşğuliyyət; ictimai vəziyyət; She has friends from all walks of life Onun müxtəlif peşə sahibləri arasında dostları vardır
walk2
v 1. piyada / ayaqla getmək, ayaqseyrinə çıxmaq; When it’s a nice day, I walk to work, Hava yaxşı olanda mən işə piyada gedirəm; 2. yerimək, hərəkət etmək / gəzib dolaşmaq / var-gəl etmək; He was walking up and down the station platform O, dəmiryol stansiyasının platformasında gəzib dolaşırdı / var-gəl edirdi; to ~ slowly / steadily yavaş / aramsız / dayanmadan yerimək; 3. aparmaq, gəzdirmək, gəzməyə aparmaq, dolandırmaq (atı, iti və s.); 4. zahir olmaq, zühur etmək, görsənmək (xəyal, kölgə, kabus); The ghost walks at midnight Kabus gecə yarısı peyda olur / zühur edir; to ~ about gəzmək, gəzib dolaşmaq, dolaşmaq; We could hear him all night walking about the room Biz onun bütün gecəni otaqda gəzişməsini eşidirdik; to ~ around dolaşmaq, gəzib dolaşmaq; I have walked this district for miles around Mən bütün bu rayonu eninə-uzununa gəzib dolaşmışam; to ~ away uzaqlaşmaq, çıxıb getmək; to ~ away from smb. / smth. 1) bir kəsi / şeyi asanlıqla ötüb keçmək; 2) bir kəsə / şeyə qalib gəlmək, bir kəsi məğlub etmək; Tom walked away from all his enemies Tom bütün düşmənlərinə qalib gəldi; to ~ away / off 1) aparmaq, özü ilə aparmaq; The mother walked the child away Ana uşağını özü ilə apardı; 2) uzaqlaşmaq, çıxıb getmək; He didn’t like our attitude and at once walked off O bizim ona olan münasibətimizi xoşlamadı və dərhal çıxıb getdi; to ~ away / off with 1) oğurlamaq, qaçırmaq; Someone has walked off with my umbrella Kimsə mənim çətirimi oğurlayıb; 2) yüngül / asanlıqla qələbə çalmaq / qazanmaq / əldə etmək; Smith walked away with the match Smit asanlıqla yarışda qələbə çaldı / qazandı; to ~ back geri qayıtmaq; to ~ in / into 1) içəri girmək, daxil olmaq; 2) məc. düşmək (ehtiyatsızlıq ucbatından); They set a trap for him and he walked right into it Onlar onun üçün tələ qurdular və o da düz o tələyə düşdü; 3) bir kəslə / şeylə toqquşmaq; She wasn’t looking where she was going and walked straight into me O hara getdiyinə baxmırdı və odur ki, mənimlə toqquşdu; to ~ on 1) irəli getmək; 2) davam etdirmək (gəzintini); to ~ out çıxıb getmək (etiraz əlaməti olaraq); to ~ out with gəzmək (bir kəslə); to ~ out on smb. bir kəsi tərk etmək / atmaq / qoyub çıxıb getmək; He had a row with his wife and just walked out on her O, arvadı ilə savaşdı və onu atıb çıxıb getdi; to ~ over 1) adlayıb / üstündən keçmək; 2) hesablaşmamaq; pis rəftar etmək; 3) rəqibini asanlıqla ötüb keçmək, yüngül qələbə qazanmaq (yarışda və s.); to ~ up to smb. / smth. 1) bir kəsə / bir şeyə yaxınlaşmaq; She walked up to the desk and asked to see the manager O, piştaxtaya / kontorkaya yaxınlaşdı və meneceri görmək istədiyini bildirdi; 2) gəzmək, dolaşmaq; She walked up Oxford Street O, Oksford küçəsi boyunca gəzdi /dolaşdı; 3) yuxarı çıxmaq, qalxmaq;
◊ to ~ in on smb. qəflətən yaxalamaq; heyrətə salmaq; to ~ out on smb. əkilmək, pis gündə qaçmaq, yayınmaq (bir kəsdən); to ~ the boards aktyor olmaq; to ~ on air ≅ gözü ayağının altını görməmək, sevincdən uçmaq; to ~ the floor var-gəl etmək; to ~smb. round bir kəsi barmağına dolamaq; to ~ in golden / silver slippers ≅ cah-calal içərisində üzmək, çox zəngin olmaq; Don’t run before you can walk ≅ Çayı keçməmiş "hop" demə! /Çay gəlməmiş çırmanma