Vilyam Parsons (lord Ross)
Vilyam Parsons (ing. William Parsons, 3rd Earl of Rosse; 17 iyun 1800[…], York, Yorkşir[d], Birləşmiş Krallıq – 31 oktyabr 1867) — Britaniya-irland astronomu və ictimai xadimi. Qraf Ross bir sıra reflektor teleskopların yaradıcısı kimi tanınır. Teleskoplardan ən böyüyü 1845-ci ildə tikilən, XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalan 72 düymlük "Leviafan" tekeskopudur. Parsons 1807-ci ildən 1841-ci ilə qədər "Baron Oksmentaun" titulunu daşıyıb.
== Həyatı ==
Yorkda, irland zadəganı Laurens Parsonsun ailəsində anadan olmuşdur. O, Dublin Triniti Kollecində təhsil almış və Oksford Universitetinin Maqdalen kollecini 1822-ci ildə riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1841-ci ildə atasının ölümündən sonra Parsons qraf titulunu almış və Offali qraflığında (İrlandiya) mülkə sahib olmuşdur.
14 aprel 1836-cı ildə Meri Feld ilə ailə qurmuşdu. Bu evlilikdə onların 13 (digər mənbələrə görə — 11) uşağı olmuşdur, lakin onlardan yalnız dördü yetkinlik yaşına qədər sağ qalmışdır:
Laurens Parsons, IV-cü qraf Ross (1840–1908);
Möhtərəm Randal Parsons (1848–1936);
Riçard Kler Parsons (21 fevral 1851–26 yanvar 1923), Cənubi Amerikada dəmir yollarının tikintisi ilə məşğul olmaqla məşhurlaşmışdır;
Ser Çarls Algernon Parsons (1854–1931), buxar turbininin ixtiraçısı kimi tanınırdi.Uilyam Parsons elm ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olmuşdur: Britaniya Parlamentinin İcmalar Palatasının (1821–1834) və Lordlar Palatasının (1845–1867) üzvü, Dublin Universitetinin Triniti Kollecinin kansleri (1862–1867), London Kral Cəmiyyətinin prezidenti (1848–1854) olmuşdur.