Şahzadə Mustafa (I Süleymanın oğlu)

Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 15156 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir.

Şahzadə Mustafa
شهزاده مصطفى
Şahzadə Mustafaya aid bir miniatür, 1584
Şahzadə Mustafaya aid bir miniatür, 1584
bayraq
Konya sancaqbəyi
bayraq2
1449 – 6 oktyabr 1553
bayraq
Amasya sancaqbəyi
bayraq2
16 iyul 1542 – 1549
bayraq
Manisa sancaqbəyi
bayraq2
Fevral 1534 – 16 iyul 1542
SonrakıŞahzadə Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Konya, Osmanlı imperiyası
Vəfat səbəbi edam
Dəfn yeri Şahzadə Mustafa türbəsi
Fəaliyyəti qubernator
Atası Sultan Süleyman Qanuni
Anası Mahidövran Sultan
Uşaqları Nərgisşah Sultan
Şahzadə Orxan
Şahzadə Mehmed
Şahzadə Süleyman
Şah Sultan
Ailəsi Osmanlı xanədanı
Dini İslam
Hərbi xidmət
Mənsubiyyəti Osmanlı imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manisa, AmasyaKonya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur.[1] Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir.[2] Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir.[3][4] Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır. Bu heykəldən dünyada ancaq Amasiyadakı Şahzadə Muzeyində var. Bəzi tarixçilər onun günahsız olduğunu müdafiə edir.

Şahzadə Mustafa, Mehmed, və Səlimin sünnət mərasimi, 1530

Şahzadə Mustafa, atasının Saruhan (Manisa) sancaq bəyliyi dövründə 6 avqust 1515-ci ildə Manisada doğulub. Anası Süleymanın ilk qadını olan Mahidövran Sultandır. İlk uşaqlıq illəri Manisa sarayında keçib. 1520-ci ildə babası Yavuz Sultan Səlimin ölümü ilə atası taxta çıxandan sonra anası ilə birlikdə Konstantinopola (indiki İstanbul) getdi. Ondan əvvəl doğulan qardaşları Mahmud və Murad öldükdən sonra sarayda böyük şahzadə olaraq diqqət göstərilərək böyüdü və yaxşı təhsil aldı.[5] Cəmi 9 yaşı olanda Venesiya səfiri onun son dərəcə istedadlı olduğunu, böyük döyüşçü olacağını, yeniçərilər tərəfindən çox sevildiyini yazmışdı.[6] Lakin Xürrəm Sultanın saraya gəlişi, padşaha oğlan övladları verməsi və anasının gözdən düşməsi mövqeyini sarsdı. Atası Sultan Süleymanın Avstriya səfərinin ardından 1530-cu ildə qardaşları Şahzadə MehmedŞahzadə Səlimlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 27 iyun 1530 tarixində başlayan mərasim 3 həftə boyunca davam etmişdir.[7] Fevral 1534-cü ildə Saruhan sancaq bəyi sifətiylə Manisaya göndərildi. Anası Mahidövran Sultan da oğlu ilə birlikdə Saruhana getdi.[8] Bu onu göstərirdi ki, o, əvvəlcə atasının taxtına ən güclü namizəd kimi görünürdü. Ancaq həm onu ​​himayə edən ata tərəfdən nənəsi Həfsə Sultanın (19 mart 1534) ölümü, həm də yaxşı münasibət içində olduğu vəzir Məkbul İbrahim Paşanın (15 mart 1536) qətli geri plana düşməsinə və Xürrəm Sultandan olan qardaşlarının ön plana çıxmasına yol açdı.[5]

Şahzadə Mustafa Manisada 8 illik idarəçiliyi dövründə xalqda xoş təəssürat yaratdı. Manisa Bozdağda, məscid, saray, türbə, çeşmələr tikdirdi. Burada olarkən onu görən venesiyalı Michele Membre şahzadənin hər cümə günü Manisadakı Sultaniyyə məscidinə alayla gedib oradakı insanlara xitab etdiyini yazar. Atasının səfərləri əsnasında olduğu bölgənin mühafizəçisi də təyin olunan Şahzadə Mustafa, Xürrəm Sultanın müdaxiləsi ilə paytaxta yaxın olan bu sancaqdan çıxarılaraq Amasiyaya göndərildi (16 iyun 1541). Manisada və Amasyada olarkən anası Mahidövran həmişə onun yanında olub. Səfir Bernardo Navageros 1553-cü ildə yazdığı hesabatda Mahidövranın onu qorumaq üçün göstərdiyi səylərdən bəhs edir və şahzadənin də anasına duyduğu sonsuz məhəbbətdən bəhs edər. Şahzadə Mustafa bu qərardan çox kədərləndi. Lakin onun yerinə Manisaya gələn Şahzadə Mehmedin qəfil ölümü (noyabr 1543) onun sultanlığa namizədliyinə ümid versə də, Xürrəm Sultanın digər oğlu Səlimin Manisaya göndərilməsi (1544) taxt üçün düşünülmədiyinin açıq-aşkar göstəricisi oldu. Onun atası ilə münasibətlərinin getdikcə pisləşməsi və bəzi cəhdləri edamına səbəb olacaq hadisələrin başlanğıcı oldu.[5] Ordu və camaat tərəfindən sevilən Mustafanı Qanuni Sultan Süleymanın qətlə yetirməsi ilə bağlı Osmanlı mənbələrinin verdiyi məlumat başda Xürrəm Sultan və sədrəzəm Rüstəm Paşanın oynadığı bir saray intriqasına dayandırılmaqda olub hadisənin mahiyətini və əhali ilə süvarilərin şahzadənin ətrafında toplanmasının səbəblərini açıqlamaqdan uzaqdır.

İraqeyn və Korfu yürüşündə (1534, 1536, 1537) və Moldavia yürüşündə Anadolu keşikçisi, 9-cu yürüyüşdə (1541) İstanbul mühafizəçisi oldu.

Xürrəm Sultanın təsiri altında olan Sultan Qanuni Süleyman hələ Manisada olarkən ona qarşı soyuq davranmağa başlamışdır. Şahzadə Mustafa, İraqeyn yürüşündən qayıdan atasına məktub yazaraq İstanbula gələrək onunla görüşərək üzr istəməsini istəmiş, lakin bu tələbi qəbul edilməmişdir.[9] Amasyaya getdikdən sonra da onun bu yoldakı müraciətlərinə və son (27 yanvar 1551) tarixli fəryadnaməsinə də müsbət cavab verilməmişdir. Atası ilə getdikcə pisləşən münasibətləri və etdiyi bəzi cəhdlər edamına səbəb olacaq hadisələrin başlanğıcını təşkil etmişdir.[5] Vəzir-i əzəm İbrahim Paşanın onu İraqeyn yürüşünün mərhələləri haqqında məlumatlandırması və buna qarşılıq şahzadənin İbrahim Paşaya xitabən yazdığı məktub[10] ikisi arasında münasibətlərin yaxşı olduğunu və Sultan Süleyman Qanuninin hərhalda yenə Xürrəm Sultanın təsiriylə narahat olduğunu ağla gətirir. Qanuninin böyük oğlu ilə bağlı şübhələrinin heç vaxt yox olmadığı anlaşılır.

Digər tərəfdən Xürrəm Sultanla iş birliyi edən Rüstəm Paşa da Mustafanı Səfəvi şahı I Təhmasiblə gizli əlaqə saxlayan xain vəziyyətinə salmaq üçün bəzi hiylələrə əl atdı. Şahzadənin möhürünü həkk etdirib görünüşdə onun ağzından yazılan bir məktubu Şah Təhmasibə göndərtmiş və şahın buna verdiyi cavabı da yolda ələ keçirərək Qanuniyə təqdim etmişdir.[11][12] Bir Venesiya mənbəsinə görə də, Şahzadə Mustafaya atası adına zəhərli hilət göndərmək surətiylə sui-qəsd də belə cəhd edilmişdir.[13]

Mustafa da taxt keçmə haqqını itirməmək üçün bəzi cəhdlər etməkdən geri qalmamışdır. Şəxsiyyəti və istedadı xalq və ordu arasında ona böyük rəğbət doğurmuş, tərəfdarlarını artırmışdır. Şairdi və ətrafına bir çox şair və alim toplamışdır. Təvazökar və səxavətli idi, ətrafındakılarla yaxşı davranır və bol ianələr verirdi. Ən əsası isə, akçenin getdikcə dəyərdən düşməsi və həyat bahalaşması səbəbindən çətinliyə düşən kəndlilər və sipahi dəstələri Qanuni Sultan Süleymanın hakimiyyətindən narazılıq etməyə başladılar. Bu kütlələr onu taxta ən böyük namizəd və xilaskar kimi görürdülər.[14] Belə ki, Venesiya səfiri Navagero Mustafanın dövlətin gələcəyinə hakim olmaq baxımından bütün qardaşlarından daha çox sevildiyini, yeniçərilərin onu sultan və sədrəzəmdən fərqli olaraq taxtda görmək istədiklərini, yeniçərilər arasında böyük nüfuza malik olduğunu və bu dəstəyə baxmayaraq atasına qarşı hərəkətə keçmədiyinin təəccüb doğurduğunu yazar.[15] Bununla bərabər qardaşlarının önə çıxmasına üzərinə hərəkətə keçdi və Ərzurum bəylərbəyi Ayaz Paşaya müraciət edərək atasından sonra qanuni olaraq haqqı olan taxta çıxması üçün ona kömək edilməsini istədi.[16][17] Beləliklə, Mustafa babası Yavuz Sultan Səlimi nümunə götürərək taxtı özünə təmin etməyə hazırlaşmağa başlamışdır. Bu illərdə nikris xəstəliyindən əziyyət çəkən padişahın səfərlərə getməməsi orduda sultanın qocalması və onun taxtdan endirilib Dimetokaya sürgünə göndərilməsinin vacibliyi barədə söhbətlərə yol açmışdır.

Şahzadə Mustafa, Osmanlı miniatürü

Şahzadə Mustafa digər fəzilətləri ilə yanaşı, xəttatlıq[18] və şeir ilə də məşğul olub.[19][20] O, bəzi qəzəllərində öz adından, bəzilərində isə Muhlisi təxəllüsündən[21] istifadə etmişdir. O, mərifət sahiblərini ətrafına toplayıb onlarla söhbət etməyi çox sevirdi. Xüsusilə ikinci sancağı olan Amasiyada geniş ədəbi çevrəsi var idi. Şikari, Senayi, Süruri Əfəndi, Qara Fəzli, Zəri və Zamani Şahzadə Mustafanın yanında olan şairlərdəndir. Lakin mənbələr şahzadənin şeirlərinin çox da yaxşı olmadığını bildirir.[22]

Xarici görünüşü və davranışları ilə babası Yavuz Sultan Səlimə çox bənzəyirdi.[23]

Şahzadə Mustafanın xüsusilə Amasyada olarkən elmi məclislərə bol-bol qatıldığı, dövrün önəmli müdərrislərindən dərslər aldığı bildirilir. Cəlalzadə Salih Çələbi, Manisalı Senai Mehmed Çələbi, Hayreddin Hızır Əfəndi, Şems Əfəndi, şair Lali Çələbi, Karaçelebizade Hicri Mehmed Muhyiddin Əfəndi, İstanbul qazısı, şair Muhyiddin Efendi Mehmed Hüseyni kimi alimlərdən dərslər aldı. Şahzadənin xocalarından olan Mustafa Sürûri Əfəndi Bahrü'l- Maarif ve Zahiretü'l-Müluk adlı əsərlərini yazıb Şahzadəyə təqdim etmişdir. Şahzadənin öldürülməsindən sonra da, Qanuni ilə əlaqələrini kəsib bir daha görüşməmiş və ona verilməsi təklif olunan bütün rəsmi vəzifələrdən də imtina etmişir.[23]

Həyat yoldaşının adı məlum olmasa da, 1525-ci ildə Krımda anadan olub. Şahzadə Mustafanın ölümündən sonra 1555-ci ildə Pərtəv Paşa ilə evləndirilmişdir.[23]

Uşaqları:

Nərgisşah Sultan: 1536-cı ildə Manisada doğulub. Kürəkən Cənabi Əhməd Paşa (şair, tarixçi, enderuni və çeşnigirbaşı, 20 il qədər Anadolu Bəylərbəyi) ilə evlənmişdir.

Şahzadə Mehmed: 1547-ci ildə Amasiyada anadan olub. (Şahzadə Mustafanın ölümündən sonra taxt üçün təhlükə yaradacağından babası Qanuni Sultan Süleyman tərəfindən boğdurulmuşdur. Qəbri atasının yanındadır.).

Şahzadə Orxan: Ölümü; 1552, Konya.

Şah Sultan: 1547-ci ildə Konyada anadan olub. 1577-ci il oktyabrın 2-də vəfat etmişdir. Kürəkən Əbdülkərim Ağa ilə evlənmişdir.[23]

Şahzadə Süleyman

Qətli və sonrası

[redaktə | mənbəni redaktə et]
Şahzadə Mustafanın qətlə yetirilməsini təsvir edən miniatür, XVIII əsr
Şahzadə Mustafanın cənazəsinin nümayişi (Hünernâme, II, TSMK, Hazine, nr. 1524, vr. 168b)
Şahzadə Mustafa türbəsi

Səfəvilərə qarşı yürüşün hazırlıqları üçün Anadoluya göndərilən Rüstəm Paşa Mustafanın taxtı ələ keçirməyə hazırlaşdığını padşaha bildirdi, Sultan Süleyman isə həll yolunu böyük oğlunu öldürməkdə tapdı və fətvanı müfti Əbussuud Əfəndidən aldı. 28 avqust 1553-cü ildə Üsküdardan yola düşən padşah 5 oktyabrda Konya Ereğlisi yaxınlığındakı Ağtəpədə (və ya Axöyük) ordugahını qurdu. Şahzadə Mustafa yaxşı təchiz edilmiş 5 min nəfərlik qüvvəsi ilə ora getdi. O, onun üçün bir planın hazırladığı barədə xəbərdarlıqlar almasına baxmayaraq, ertəsi gün çadırında atasına baş çəkdi. Atından enəndə çavuşlardan birinin tələbi ilə qılıncını və xəncərini təhvil verərək ​​içəri girən kimi yeddi lal cəllad üzərinə hücum çəkdi. Özünü müdafiə etməyə çalışan Mustafa nəhayət qapıçılardan Mahmud Ağanın kəməndi altında can verdi.[24] Bəzi mənbələrdə atasının çadıra daxil olan zaman içəri otaqlardan birində olduğu bildirilir. Lakin başqa mənbələrdə onun öz oğlunun qətlini pərdə arxasından seyr edib, hətta şahzadənin, atasının olduğu otağa keçərək onu salamladığı, bu sırada, Qanuninin oğlunu ağır sözlərlə ittiham edib, sonra onun qətlinə işarə etdiyi qeyd olunur. Nəşi çağdaş italyan mənbələrinə görə, şahla iş birliyi etdiyini göstərmək üçün İran xalçasının üstünə qoyularaq otağ-ı hümayun qarşısında nümayiş etdirildi. Daha sonra cənazəsi Ereğliyə aparılaraq cənazə namazı qılındı və Bursaya göndərilərək Şahzadə Mustafa türbəsində dəfn edildi. Səlimin taxta çıxmasından sonra da üzərində bir türbə tikildi.[14] Mustafanın ordugahdakı pulu və əmlakı müsadirə olundu. Mirahuru ilə adamlarından bir qismi də onun arxasından öldürüldü. Şahzadənin anası Mahidövran Bursaya göndərildi. Onun yanında olan Mustafanın kiçik yaşlardakı oğlu Mehmed də boğduruldu.[14]

Şahzadə Mustafanın öldürülməsindən çox təsirlənən qardaşı Şahzadə Cahangir bir müddət sonra ruhi tarazlığını itirməyə başladı və xəstələndi. O, qısa müddətdən sonra, 27 noyabr 1553-cü ildə Hələbdə səfər zamanı vəfat etdi.[25]

Mustafanın öldürülməsi ordugahda böyük əks-sədaya yol açdı. Reaksiyaların özündən çox Rüstəm Paşaya yönələcəyini anlayan Qanuni edamından dərhal sonra onu sədrəzəmlikdən azad edərək reaksiyaların qarşısını almağa çalışdı. Hadisə üçün "mekr-i Rüstem" (960) diyə tarix düşürülmüşdür. Pis böhtanın qurbanı kimi qəbul edilən Mustafanın qətlə yetirilməsinin xalqın geniş təbəqələrində yaratdığı kədər və reaksiya daha böyük oldu. Şahzadə Mustafanın öldürülməsi həm yaxından, həm də uzaqdan bəzi şairlərin fəryadına səbəb oldu. Fünunu, Rəhmi, Ədirnəli Nəzmi, Müdami, Sami, Kara Fəzli, Nisayi, Şeyh Əhməd Əfəndi, Səlimi və Kadiri Şahzadə Mustafanın qətlinə mərsiyə yazan şairlərdir. Şahzadə haqqında yazılmış ən məşhur mərsiyə Taşlıcalı Yəhya bəyə məxsus Şahzadə mərsiyəsidir. Taşlıcalı Yəhya "Bunun gibi işi kim gördü kim işitti aceb / Ki oğluna kıya server-i Ömer-meşreb" misralarının yer aldığı mərsiyəsində bunu tənqid edərkən Sâmi də, "Yok yere kan edesin ya‘ni hilâfet bu mudur / Mustafâ n’oldı kanı n’eyledin â padişehim" deyə soruşmuşdur. Fəqət əsl böyük reaksiya bir il sonra onun adı ətrafında toplaşanların Rumelidə başlatdığı Düzmə Mustafa üsyanı ilə ortaya çıxmışdır. Mustafanın qətli bəzi Avropa yazıçılara da ilham qaynağı olmuşdur. I. Mairet-nin Le grand et dernier Solyman ou la mort de Moustapha ve T. Tasso’nun IL Solimano adlı trajedileriyle G. Ambrogio – M. A. Valentini-nin Solimano operası, D. Mallet-nin The Tragedy of Mustapha adlı kitabı bunlar arasındadır.[26]

Ədəbiyyat və populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Şahzadə Mustafanın qətli 1561-ci səhifəsində Qabriel Bouninin yazdığı "'"La Soltane" fransız faciəsində mövzu edilmişdir.

Mustafanın ölümündən 8 il sonra, 1561-ci ildə fransız yazıçısı Qabriel Bounin Mustafanın ölümündə Hürrəm Sultanın rolundan bəhs edən "La Soltane" adlı faciə yazmışdır.[27] Bu faciə Osmanlıların Fransada ilk dəfə səhnəyə çıxmasıdır.[28] 1739-cu ildə Drari Lanenin rol aldığı David Malletin "Mustapha" adlı ingilis pyesi nümayiş olundu.[mənbə göstərin]

2011-ci ildə yayımlanan "Möhtəşəm əsr" adlı Türkiyə teleserialında Şahzadə Mustafanı Mehmet Günsür canlandırmışdır.[29]

  1. "Arxivlənmiş surət". 11 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2015.
  2. Akgündüz, Ahmet (2000). OSAV.
  3. "Arxivlənmiş surət". 31 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2015.
  4. "Arxivlənmiş surət". 5 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2015.
  5. 1 2 3 4 Turan 2006: 290
  6. Afyoncu, E. (2011). Muhteşem Süleyman. İstanbul: Yeditepe Yayınevi.
  7. IŞIK, Mehmet. "Siyaset ve Şenlik 1836 Sur-i Humayunu", İstanbul 2014
  8. Sakaoğlu, Necdet (Nisan 2012). Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi. s. 26–27.
  9. TSMA, nr. E. 11995
  10. TSMA, nr. E. 5036
  11. Gökbilgin, VIII/11–12 [1955], s. 38–43, vesika: 4
  12. Gökbilgin 1956: 25
  13. Downey, s. 148
  14. 1 2 3 Turan 2006: 291
  15. Alberi, s. 78
  16. Dizfûlî Münşeâtı, vr. 100a
  17. Gökbilgin, Tayyib (1956). "Rüstem Paşa ve Hakkındaki İthamlar" Tarih Dergisi. (11–12): 23
  18. Viyana, Şark yazmaları, No: 998 de nesh ile yazılmış Süleyman-name
  19. Kutlar, Fatma Sabiha-Müjgân Çakır-Hanife Koncu (2012). Mehmet Tevfik Kâfile-i Şuara. İstanbul. 62, 63
  20. Solmaz, Süleyman (2005). Ahdî ve Gülşen-i Şuarâsı. Ankara: AKM Yay. 33
  21. Bağdatlı Ahdî, Gülşen-i Şu'arâ(Ahdî Tezkiresi)
  22. İpekten 1996: 191, 192
  23. 1 2 3 4 Yılmaz Öztuna, Kanuni Sultan Süleyman (Sayfa: 174–189), Babıali Kültür Yayınları, 2006
  24. Uzunçarşılı 1954: 381
  25. "OSMED, Cilt 5, Sayı 8". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2021.
  26. And, s. 160–166
  27. Tilley, Arthur Augustus. The Literature of the French Renaissance. December 2008. səh. 87. ISBN 9780559890888. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  28. The Penny cyclopædia of the Society for the Diffusion of Useful Knowledge. 1838. səh. 418. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  29. "Mehmet Günsür: Sehzade Mustafa, Sehzade Mustafa". IMDb. İstifadə tarixi: 2020-10-23.
  • Abdulkadiroğlu, Abdülkerim (1988). Güldeste-i Riyâz-ı İrfân ve Vefeyât-ı Dânişverân-ı Nâdiredân (Tıpkıbasım). Beliğ İsmail. Ankara: Anıl Matbaacılık.
  • Arslan, Mehmet (2010). Tayyarzâde Ata, Osmanlı Saray Tarihi Tarih-i Enderun. C. 4. İstanbul: Kitabevi Yay.
  • Gökbilgin, Tayyib (1956). "Rüstem Paşa ve Hakkındaki İthamlar" Tarih Dergisi. (11–12): 11–50.
  • İpekten, Halûk, Mustafa İsen, Recep Toparlı, Naci Okçu ve Turgut Karabey (1988). Tezkirelere Göre Divan Edebiyatı İsimler Sözlüğü. Ankara: KTB Yay.
  • İpekten, Haluk vd. (1996). Divan Edebiyatında Edebî Muhitler. İstanbul: MEB Yay.
  • İsen, Mustafa (1994). Künhü’l-Ahbar’ın Tezkire Kısmı. Ankara: AKM Yay.
  • Kayabaşı, Bekir (1997). Kaf-zâde Fâ’izî’nin Zübdetü’l Eşâr’ı. Doktora Tezi. Malatya: İnönü Üniversitesi.
  • Kurnaz, Cemal ve Mustafa Tatcı (hzl.) (2000). Bursalı Mehmed Tahir. Osmanlı Müellifleri ve Ahmet Remzi Akyürek Miftahu’l-Kütüb ve Esami-i Müellifin.Ankara: Bizim Büro Yay.
  • Kurnaz, Cemal ve Mustafa Tatcı (hzl.) (2001). Mehmet Nâil Tuman, Tuhfe-i Nâilî- Dîvân Şâirlerinin Muhtasar Biyografileri. Ankara: Bizim Büro Yay.
  • Kutlar, Fatma Sabiha-Müjgân Çakır ve Hanife Koncu (2012). Mehmet Tevfik Kâfile-i Şuara. İstanbul.
  • Solmaz, Süleyman (2005). Ahdî ve Gülşen-i Şuarâsı. Ankara: AKM Yay.
  • Sungurhan Aysun (hzl.) (2008). Beyânî, Tezkiretü'ş-Şuarâ. Ankara: Kültür Bak. Yay. E-kitap:http://ekitap.kulturturizm.gov.tr/dosya/1-215416/h/giris.pdf[ölü keçid] [erişim tarihi: 29.05.2014]
  • Sungurhan Eyduran, Aysun (hzl.) (2009). Kınalızâde Hasan Çelebi, Tezkiretü’ş-Şu’arâ. Ankara:Kültür Bakanlığıe-kitap:http://ekitap.kulturturizm.gov.tr/dosya/1-219121/h/girishc.pdf Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine [erişim tarihi 29.05.2014]
  • Turan, Şerafettin (2006). "Mustafa Çelebi". İslam Ansiklopedisi. C. 31. İstanbul: TDV Yay. S. 290–292.
  • Uzunçarşılı, İsmail Hakkı (1954). Osmanlı Tarihi (XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna Kadar). C. 1. Ankara: Türk Tarih Kurumu Yay. 380,381.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Dizfûlî Münşeâtı, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2735, vr. 58a vd., 100a
  • Celâlzâde, Tabakātü’l-memâlik, vr. 194b, 299a, 387b, 432a, 436b, 497b
  • H. Dernschwam, İstanbul ve Anadolu’ya Seyahat Günlüğü (trc. Yaşar Önen), Ankara 1992, s. 82, 86, 126, 186–187
  • O. G. de Busbecq, Türk Mektupları (trc. Hüseyin Cahit Yalçın), İstanbul 1939, s. 42–50
  • Peçuylu İbrâhim, Târih, I, 300
  • Hammer (Atâ Bey), VI, 67 vd.
  • Relazioni degli Ambasciatori Veneti al Senato durante il secolo decimosesto (ed. E. Alberi), series III, Firenze 1840, I, 77–78
  • E. Alberi, Documenti di Storia Ottomana del secolo XVI, Firenze 1842, s. 76 vd.
  • Amasya Târihi, III, 304 vd.
  • F. Downey, Muhteşem Süleyman (trc. Ali Kemali [Aksüt]), İstanbul 1936, s. 148
  • Ali Cevâd, Tarihin Kanlı Sahifeleri: Şehzade Şehid Mustafa, İstanbul, ts. (Nefaset Matbaası)
  • Çağatay Uluçay, "Kanunî Sultan Süleyman ve Ailesi ile İlgili Notlar ve Vesikalar", Kanunî Armağanı, Ankara 1970, s. 229, 231–233, 249–250
  • a.mlf., "Mustafa Sultan", İA, VIII, 690
  • Feridun M. Emecen, XVI. Asırda Manisa Kazâsı, Ankara 1989, s. 32–33, 34
  • Metin And, Türkiye’de İtalyan Sahnesi: İtalyan Sahnesinde Türkiye, İstanbul 1989, s. 160–166
  • L. P. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, s. 72–73, 80, 86
  • Şerafettin Turan, Kanuni Süleyman Dönemi Taht Kavgaları, Ankara 1997, s. 22–43
  • Hakkı Önkal, "Muradiye Türbeleri ve Şehzade Mustafa’nın Türbesi", Üçüncü Uluslararası Türk Kültürü Kongresi Bildirileri, Ankara 1999, I, 215–220
  • Tayyib Gökbilgin, "Rüstem Paşa ve Hakkındaki İthamlar", TD, sy. 11–12 (1955), s. 11–50
  • Mahmut H. Şakiroğlu, "Relazione di Persia", TTK Belleten, XXXVI/141 (1972), s. 111
  • Mehmed Çavuşoğlu, "Şehzade Mustafa Mersiyeleri", TED, XII (1982), s. 641–686.