Kömüratan (göl)

Kömüratan gölü[1]Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir[2]. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür. Göldə Karp balıqlarına rastlanılır.

Kömüratan gölü
Ümumi məlumatlar
Minerallaşma tipi duzlu
Yerləşməsi
40°31′50″ şm. e. 49°41′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Abşeron
Kömüratan gölü xəritədə
Kömüratan gölü
Kömüratan gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Kömüratran gölü" (az.)). mapcarta.com. 2018-10-02. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02-10-2018.
  2. Öçmələr Google Maps xəritələrinə əsasən aparılmışdır