Karl Albert Qoba

Karl Albert Qoba (21 may 1843[1][2][…], Tramlan[d]16 mart 1914[2][3][…], Bern, İsveçrə) — İsveçrəli hüquqşünas, təhsil inzibatçısı və Eli Dükommen ilə birlikdə Beynəlxalq Sülh Bürosuna rəhbərlik etdikləri üçün 1902-ci ildə Nobel Sülh mükafatı laureatı.

Karl Albert Qoba
fr. Charles Albert Gobat
Doğum tarixi 21 may 1843(1843-05-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 mart 1914(1914-03-16)[2][3][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Bremqarten qəbiristanlığı[d][4]
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1902-ci il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Karl ALbertin imzası

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Qoba 21 may 1843-cü ildə İsveçrənin Tramelan şəhərində anadan olub. Protestant keşişinin oğlu və Qüds yepiskopu olmuş missioner Samuel Qobanın qardaşı oğlu idi. Bazel,Heydelberq,Bern və Paris Universitetlərində təhsil almışdır. 1867-ci ildə Heydelberq Universitetində hüquq doktoru dərəcəsini aldı.

Siyasi və hüquq karyerası

[redaktə | mənbəni redaktə et]

Doktorluq dərəcəsini başa vurduqdan sonra Qoba Berndə vəkillik fəaliyyətinə başladı və Bern Universitetində Fransız mülki hüququ mövzusunda da mühazirələr oxudu. Daha sonra Bern kantonunda Delemontda ofis açdı və qısa müddət ərzində bu bölgənin aparıcı hüquq firması oldu. On beş il vəkillik etdikdən sonra siyasət və təhsilə yönəldi. 1882-ci ildə, otuz il çalışdığı Bern kantonuna ictimai təlimatın müdiri təyin edildi. Təhsil fəlsəfəsində daha qabaqcıl idi və təhsil sistemində bir çox mühüm islahatlara imza atdı. İbtidai təhsil sistemində islahatlar apardı,müəllim-şagird nisbətinin yaxşılaşdırılması üçün artan büdcə dəstəyi aldı,dillərin öyrənilməsinə dəstək oldu,peşə və peşə təhsili tədris proqramları quraraq şagirdlərə ənənəvi olaraq dar klassik təhsilə alternativ təqdim etdi.

Eruditinə görə 1891-ci ildə nəşr olunan République de Berne et la France pendant les guerres de Religionda bəyənmə qazandı,1900-cü ildə yayımlanan İsveçrənin Xalq Tarixi üçün geniş tanınma oldu.

Siyasətdə də karyerasını qurdu. Bir çox vacib vəzifələrə seçildi. 1882-ci ildə Bern Şurasına seçildi. 1884–1890-cı illərdə İsveçrə Dövlətlər Şurasının üzvü və 1890-cı ildən vəfat edənə, yəni 1914-cü ilə qədər İsveçrənin mərkəzi qanunverici orqanının digər palatası olan Milli Şuranın üzvü idi. Həm siyasət,həm də təhsildə liberal islahatçı idi. 1902-ci ildə arbitraj prinsipini ticari müqavilələrə tətbiq edən bir neçə qanunvericiliyə sponsorluq etdi. Qoba,1889-cü ildə 1903-cü ildə Nobel Sülh mükafatı laureatı olan Uilyam Krimer tərəfindən qurulan Parlamentlərarası Birliklə işləyirdi. 1892-ci ildə Berndə keçirilmiş və Bürolar Parlamenterini quran ittifaqın dördüncü konfransının prezidenti oldu. Büronun baş katibi,sülh hərəkatları,beynəlxalq barışıq və milli parlament qurumları arasında əlaqə məsələləri ilə məşğul olan məlumat bürosu vəzifəsini icra etdi. Birliyin 1891-ci ildə Romada keçirilən üçüncü konfransında, 1902-ci ildə Nobel sülh mükafatına layiq görülməsinə səbəb Qobanın direktoru olduğu Beynəlxalq Sülh Bürosunu quruldu.

Sonrakı illər

[redaktə | mənbəni redaktə et]

1902-ci ildə Qoba Beynəlxalq Sülh Bürosuna rəhbərlik etdikləri üçün Eli Dükommen ilə birlikdə Nobel sülh mükafatını aldılar.

1906-cı ildə Eli Dükommenin ölümündən sonra Qoba Beynəlxalq Sülh Bürosunun rəhbərliyini tək başına üstələndi.

Qoba 16 mart 1914-cü ildə İsveçrənin Bern şəhərində vəfat etdi. Berndə keçirilən sülh konfransının iclasında iştirak zamanı danışmaq üçün ayağa qalxan Qoba təxminən bir saat sonra yıxılaraq öldü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Nobelprize including the Nobel Lecture, July 18, 1906 29 iyul 1899-cu il tarixli Haaqa Konvensiyalarının İnkişafı (ing.)