Kirovakan

Böyük Qarakilsə, Kirovakan, VanadzorErmənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi.

Şəhər
Böyük Qarakilsə
40°48′46″ şm. e. 44°29′18″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Sahəsi
  • 25,1 km²
Mərkəzin hündürlüyü 1.350 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 90.525 nəf. (2017)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 2001–2024
Nəqliyyat kodu 36
Digər
vanadzor.am {{ref-ermənicə}}
Xəritəni göstər/gizlə
Böyük Qarakilsə xəritədə
Böyük Qarakilsə
Böyük Qarakilsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir.

Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935)[1][2], Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan[1], 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır.

Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. "Böyük" sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Şəhər Bazum və Pəmbək silsilələri arasındakı çökəklikdə yerləşir.

1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Şörəyel – Pəmbək distansiyasında, Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əhalisi 103 tatar ailəsindən ibarət idi.[3]

1980-ci ildə 149 min əhalisi olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

  1. 1 2 Кировакан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 592.
  2. PDF versiyası, səh. 71. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Примечательные места, стр. 152