Qazaxıstan Avroviziya Mahnı Müsabiqəsində

Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb[1]. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.

Avroviziya Mahnı Müsabiqəsi
ing. Eurovision Song Contest
Janr mahnı müsabiqəsi
Müəllif Marsel Bezenson
İstehsalçı Avropa Yayım İttifaqı
Dil İngiliscə, Fransızca
Buraxılış sayı 66 müsabiqə
İlk buraxılış 1956
İstehsal
Müddəti 2 saat (yarımfinallar)
3 saat 45 dəqiqə (final)
4 saat (2015 və 2016-cı ilin finalı)
4 saat 15 dəqiqə (2019-cu ilin finalı)
Veriliş
Təsvirin formatı 4:3 576i (SDTV) (1956–2004)
16:9 576i (SDTV) (2005)
1080i (HDTV) (2006–2013)
4k (UHDTV) (2013–indiyə kimi)
Translyasiya dövrü 24 may 1956
Xronologiyası
Oxşar verilişlər Avroviziya Uşaq Mahnı Müsabiqəsi
eurovision.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir[2]. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s. Avroviziya tarixində Avropadan kənar ölkələrdən ilk dəfə 2015-ci ildə Avroviziyanın 60 illiyi münasibətilə müsabiqəni uzun illər yayımlayan və böyük izləyici kütləsinə malik olan Avstraliyaya müsabiqədə qonaq olaraq iştirak etmək hüququ verilmişdir. Avstraliyanın Avroviziyada iştirakı sadəcə bir il nəzərdə tutulsa da, qazandığı uğurlu nəticələr səbəb göstərilərək növbəti ilərdə də müsabiqədə iştirakına AYİ tərəfindən icazə verilmişdir[3]. Avroviziya 2000-ci ildən başlayaraq internetdə də yayımlanmağa başlamışdır[4].

Adətən Avroviziyada qalibiyyət qazanan müğənnilər sadəcə müsabiqə çərçivəsində şöhrət qazana bilir. İndiyədək müsabiqədə qələbə qazanan yalnız ABBA qrupu (İsveç 1974) və Selin Dion (İsveçrə 1988) müsabiqədən sonra öz musiqi karyeralarını dünya arenasına çıxara biliblər.

İrlandiyaİsveç müsabiqədə ən çox qalibiyyət əldə edən ölkədir. Belə ki, İrlandiya müsabiqədə beş ildə dörd dəfə (1992, 1993, 19941996), ümumilikdə isə yeddi dəfə qələbə qazanıb. Müsabiqənin müasir səsvermə metodu ilə 2017-ci ildə Portuqaliya təmsilçisi və eyni zamanda müsabiqənin qalibi Salvador Sobral ən çox səs (758 xal) toplamışdır. 2016-cı ildən öncəki səsvermə metodu ilə isə 2009-cu ildə Norveçi təmsil edən Aleksandr Rıbak ən çox səs (387 xal) toplayaraq müsabiqənin qalibi olmuşdur.

XX əsrin 50-ci illərinin ortalarında Avropa Yayım İttifaqının (AYİ) üzvləri İkinci dünya müharibəsinin ardınca özünü toparlamağa çalışan Avropa ölkələrini yenidən bir araya gətirmək üçün baxımlı əyləncəli proqram yaratmaq fikrinə düşdülər. 1955-ci ilin yanvarında Monakoda keçirilən konfransda İsveçrə televiziyasının direktoru Marsel Bezanson Avropanın ən yaxşı mahnısını təyin edən beynəlxalq müsabiqənin keçirilməsini təklif etdi.[5] Marsel ideyanın 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalından əsaslandığını bildirmişdir. Onun təklifi AYİ-nın 1955-ci il 19 oktyabr tarixində Romadakı Assambleyasında bəyənilmişdir. İlkin olaraq "Qran-pri Avroviziya" (ing. Eurovision Grand Prix) adlanan müsabiqə, ilk dəfə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmişdir.

İlk müsabiqə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində yeddi ölkənin iştirakı ilə keçirilmişdir. Müsabiqədə iştirak edən hər bir ölkə iki mahnı ilə çıxış etmişdir. Bu hər ölkənin birdən artıq mahnı ilə iştirak etdiyi ilk və son müsabiqə olmuşdur.[6] Müsabiqədə ev sahibi ölkə İsveçrənin təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə qalib gəlmişdir.

Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir. Lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqədə ifa edilən mahnılar orijinal olmalı və təyin edilmiş zamandan öncə heç bir yerdə səslənilməməlidir. Ölkə tərəfindən təqdim edilən mahnı müsabiqədə canlı olaraq ifa edilməlidir. Müsabiqədə iştirak etmək üçün ölkənin dövlət kanallarından biri Avropa Yayım İttifaqına üzv olmalıdır. Müsabiqə iştirakçı ölkələrdən birində keçirilməlidir. Müsabiqə zamanı bütün mahnılar ifa edildikdən sonra ölkələr bəyənilən mahnılara öz səslərini təqdim etməlidir. Ölkələr öz təmsilçilərinə səs verə bilməzlər. Bütün səslər ölkə üzrə hesablanır (yəni İrlandiyada yığılan səslər ayrı, İsveçdə ayrı, Fransada ayrı hesablanır). Müsabiqənin sonunda ən çox səs qazanan ölkə, mahnı həmin müsabiqənin qalibi elan edilir. Qalib təmsilçi Avroviziya kubokunu əldə edir və qalib ölkə gələn müsabiqəyə ev sahibliyi etmək hüququ qazanır.

Avroviziya Mahnı Müsabiqəsinin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası — Mark Antuan Şerpantyenin "Te Deum" (Səni, Tanrını mədh edirik) mahnısına müqəddimədir.[5]

Müsabiqənin finalı Qərbi Avropa yay vaxtı ilə may ayında, saat 21:00-da keçirilir. Adətən ildə bir dəfə şənbə günündə keçirilən müsabiqədə 2004-cü ildən başlayaraq iştirakçı ölkələrin sayının artması səbəbi ilə cümə axşamı keçirilən yarımfinal mərhələsi tətbiq olundu. 2007-ci ilin 28 sentyabr tarixində qəbul edilən qərara əsasən 2008-ci ildən başlayaraq müsabiqədə iki yarımfinal olacağı və finala yalnız ev sahibi və Böyük Dördlüyə daxil olan ölkələr (Böyük Britaniya, Almaniya, Fransa, İspaniya) birbaşa keçəcəyi təsdiqini tapmışdır[7]. Daha sonra İtaliyanın da müsabiqəyə qayıtması ilə "Böyük Dördlük" "Böyük Beşlik"lə əvəz olunmuşdur. Avroviziya adətən may ayında keçirilsə də, öncəki illərdə mart və aprel aylarında da müsabiqə keçirilirdi.

1956-cı ildən bəri iştirakçılar:
  Ən azı 1 dəfə iştirak edənlər
  İştirak etmək haqqı olub, bundan istifadə etməyənlər
  İştirakı elan olunub sonradan ləğv edilənlər

Avropa Yayım İttifaqının fəal üzvü olan hər bir ölkə (hətta Avropadan kənar olsa da belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Bu ölkələr Avropa yayım ərazisinə daxil olan ölkələr və ya Avropa Şurasına üzv ölkələrdir. Müsabiqənin Avropadan kənar iştirakçılarına misal olaraq Qərbi Asiyada yerləşən, 1973-cü ildən bəri iştirak edən İsraili1981-ci ildən bəri iştirak edən Kipri, Şimali Afrikada yerləşən və yalnız bir dəfə 1980-ci ildə iştirak edən Mərakeşi və eyni zamanda 2015-ci ildən bəri müsabiqədə iştirak edən Avstraliyanı misal göstərmək olar.

Müsabiqədə iştirak etmək istəyən AYİ-nin fəal üzvləri müsabiqənin qaydaları ilə razılaşmalı və eyni zamanda Avropa Yayım İttifaqına müvafiq məbləğdə ödəniş etməlidir. İndiyədək müsabiqədə 52 ölkə iştirak etmişdir. Aşağıda göstərilən siyahıda ölkələr müsabiqədə ilk iştiraklarına görə sıralanmışdır.

İl Debüt edən ölkələr
1956 Almaniya Almaniya, Belçika Belçika, Fransa Fransa, İsveçrə İsveçrə, İtaliya İtaliya, Lüksemburq Lüksemburq, Niderland Niderland
1957 Avstriya Avstriya, Böyük Britaniya Böyük Britaniya, Danimarka Danimarka
1958 İsveç İsveç
1959 Monako Monako
1960 Norveç Norveç
1961 Finlandiya Finlandiya, İspaniya İspaniya, Yuqoslaviya Yuqoslaviyaa
1964 Portuqaliya Portuqaliya
1965 İrlandiya İrlandiya
1971 Malta Malta
1973 İsrail İsrail
1974 Yunanıstan Yunanıstan
1975 Türkiyə Türkiyə
1980 Mərakeş Mərakeş
1981 Kipr Kipr
1986 İslandiya İslandiya
1993 Bosniya və Herseqovina Bosniya və Herseqovina, Sloveniya Sloveniya, Xorvatiya Xorvatiya
1994 Estoniya Estoniya, Litva Litva, Macarıstan Macarıstan, Polşa Polşa, Rumıniya Rumıniya, Rusiya Rusiya, Slovakiya Slovakiya
1998 Şimali Makedoniya Şimali Makedoniya
2000 Latviya Latviya
2003 Ukrayna Ukrayna
2004 Albaniya Albaniya, Andorra Andorra, Belarus Belarus, Serbiya və Monteneqro Serbiya və Monteneqrob
2005 Bolqarıstan Bolqarıstan, Moldova Moldova
2006 Ermənistan Ermənistan
2007 Çexiya Çexiya, Gürcüstan Gürcüstan, Monteneqro Monteneqro, Serbiya Serbiya
2008 Azərbaycan Azərbaycan, San-Marino San-Marino
2015 Avstraliya Avstraliyac
a) Yuqoslaviya Sosialist Federativ Respublikası parçalanmazdan əvvəl 1961-ci ildən 1992-ci ilə kimi müsabiqədə iştirak etmişdir. Yuqoslaviyanın tərkibində olan Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya, Şimali MakedoniyaSerbiya və Monteneqronun müstəqillik əldə etməsindən sonra Yuqoslaviyanın iştirakı Avroviziyada sona çatmışdır.
b) 1992-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik qazanan Serbiya və Monteneqro 2004-cü ildə Avroviziyaya qoşulmuşdur. Lakin daha sonra SerbiyaMonteneqro iki müstəqil dövlətlərə ayrılmış və hər iki ölkə 2007-ci ildə müsabiqəyə qoşulmuşdur.
c) 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin 60 illiyi münasibətilə uzun illər boyunca müsabiqəni yayımlayan və böyük izləyici kütləsinə malik olan Avstraliyanın müsabiqədə iştirakına Avropa Yayım İttifaqı tərəfindən izin verilmişdir. Avstraliyanın müsabiqədə iştirakı bir illik nəzərdə tutulsa da, növbəti illərdə də qitə-ölkənin Avroviziyada iştirakı baş tutmuşdur.
Düsseldorfda keçirilən Avroviziya 2011-in açılışı

Avroviziyanın əsas maliyyə dəstəkçiləri müxtəlif reklam şirkətləri və müsabiqədə iştirak edən ölkələrdir. Müsabiqəyə ev sahibliyi etmək şansı ölkələrin müsbət cəhətdən Avropa və dünyaya tanıdılması, təbliğatı və eyni zamanda ölkələrə turistlərin cəlb edilməsi üçün böyük fürsət hesab edilir. İlk iki müsabiqəyə İsveçrəAlmaniya ev sahibliyi etdikdən sonra müsabiqəyə ev sahibliyi hüququnun ötən müsabiqədə qələbə qazanan ölkəyə həvalə edilməsi qərara alındı. Bu qərarın ardınca 1957 Avroviziya Mahnı Müsabiqəsində Niderland qalibiyyət əldə etdi və ölkə 1958-ci ildə müsabiqəyə ev sahibliyi etməyə razılıq verdi. Avroviziya tarixində hər il ötən müsabiqənin qalibi ev sahibliyi etsə də, yalnız beş dəfə bu fürsətdən imtina edilmişdir.

  • 1960Niderland maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür.
  • 1963Fransa maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və yenidən Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür.
  • 1972Monako maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və yenidən Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür.
  • 1974Lüksemburq maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və növbəti dəfə Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür.
  • 1980İsrail maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və Niderland ev sahibliyini öz üzərinə götürmüşdür.

Avroviziyada iştirak edən ölkələrdən yalnız Avstraliyaya qalib gələcəyi halda belə müsabiqəyə ev sahibliyi etmək hüququ verilmir. Buna səbəb isə Avstraliyanın Avropadan uzaqda yerləşməsidir. Qitənin müsabiqəyə ev sahibliyi etməsi müsabiqənin xərclərinin artmasına səbəb ola biləcəyi və bir çox ölkələrin maliyyə çətinliklərindən dolayı iştirak edə bilməyəcəyi düşünülür. Buna görə də, Avstraliyanın Avroviziyada qalib gəldiyi halda Avstraliyaya gələn il müsabiqəyə hansı Avropa ölkəsinin ev sahibliyi edəcəyi seçimi həvalə edilir.[8].

Avroviziya loqosu

[redaktə | mənbəni redaktə et]

Ənənəvi Avroviziya loqosu 2004-cü ildə İstanbulda keçirilən müsabiqədə təqdim edilmişdir. Loqoda V hərfi ürək formasında dizayn edilərək, ev sahibi ölkənin bayrağı həmin ürəyin içində görünürdü. Ənənəvi loqo son dəfə 2014-cü ildə istifadə edilmiş və artıq 2015-ci ildə Vyanada keçirilən müsabiqədə Avroviziyanın 60 illiyi münasibətilə Kornelis Yakobs tərəfindən hazırlanan müasir loqo izləyicilərə təqdim edilmişdir.

Avroviziya şüarı

[redaktə | mənbəni redaktə et]

Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsindən bəri hər il müsabiqənin özünəməxsus şüarları olur. Yalnız 2009-cu ildə Moskvada keçirilən müsabiqədə heç bir şüar təqdim edilməmişdi.

İl Ev sahibi ölkə Ev sahibi şəhər Şüar Tərcümə
2002 Estoniya Estoniya Tallin A Modern Fairytale Müasir pəri nağılı
2003 Latviya Latviya Riqa Magical Rendezvous Sehirli görüş
2004 Türkiyə Türkiyə İstanbul Under The Same Sky Eyni səma altında
2005 Ukrayna Ukrayna Kiyev Awakening Oyanış
2006 Yunanıstan Yunanıstan Afina Feel The Rhythm! Ritmi hiss et!
2007 Finlandiya Finlandiya Helsinki True Fantasy Əsl xəyal
2008 Serbiya Serbiya Belqrad Confluence of Sound Səslərin birləşməsi
2010 Norveç Norveç Oslo Share The Moment! Anı paylaş!
2011 Almaniya Almaniya Düsseldorf Feel Your Heart Beat! Qəlbinin döyüntüsünü hiss et!
2012 Azərbaycan Azərbaycan Bakı Light Your Fire! Öz məşəlini alovlandır!
2013 İsveç İsveç Malmö We Are One Biz birik
2014 Danimarka Danimarka Kopenhagen #JoinUs Bizə qoşul
2015 Avstriya Avstriya Vyana Building Bridges Körpülər salaraq
2016 İsveç İsveç Stokholm Come Together Bir araya gələk
2017 Ukrayna Ukrayna Kiyev Celebrate Diversity Fərqliliyi qeyd et
2018 Portuqaliya Portuqaliya Lissabon All Aboard! Hamı göyərtəyə!
2019 İsrail İsrail Təl-Əviv Dare to Dream Xəyal etməyə cəsarət et
2020 Niderland Niderland Rotterdam Open up Açılış
2021 Niderland Niderland Rotterdam Open up Açılış
2022 İtaliya İtaliya Turin Sound of beauty Gözəlliyin səsi
2023 Böyük Britaniya Böyük Britaniya / Ukrayna Ukrayna Liverpul United By Music Musiqi ilə birləşmiş
2024 İsveç İsveç Malmö United By Music Musiqi ilə birləşmiş

Avroviziya həftəsi

[redaktə | mənbəni redaktə et]
Avroviziya 2010-un qalibi Lena Oslo səhnəsində məşqlərdə

Avroviziya həftəsi (ing. Eurovision Week) müsabiqənin keçirildiyi həftədir və həftə ərzində müsabiqədə iştirak edəcək olan ölkələrdən nümayəndə heyətləri ev sahibi ölkəyə gəlirlər. Müsabiqə üçün hazırlıqlarını tamamlayan ifaçılar son olaraq Avroviziya həftəsində müsabiqə üçün nəzərdə tutulmuş səhnədə öncədən təyin edilmiş cədvəllərə əsasən məşqlər həyata keçirirlər. Məşqlər zamanı hər bir performansın canlı yayımda lazımi şəkildə izləyiciyə çatdırılması üçün səs, kamera, işıqlar və ümumilikdə şouda yer alacaq ən kiçik nüans belə öncədən məşqlərdən keçirilir. Hər bir ölkəyə yarımfinaldan öncə üç dəfə (hər biri yarım saat olmaqla) Avroviziya səhnəsində məşq etmə fürsəti verilir. Eyni zamanda finala keçən ölkələr üçün finaldan öncə iki dəfə məşq etmək üçün şərait yaradılır. Yarımfinaldan öncə keçirilən üçüncü məşq və finaldan öncə keçirilən ikinci məşqlər eyni zamanda Münsif finalı adlanır. Bu məşqləri bütün ölkələrdən olan münsiflər heyəti izləyir və münsiflər öz səslərini məhz bu məşqlərə əsasən müsabiqədən öncə verirlər[9].

Hər bir ölkənin nümayəndə heyəti məşqlərini bitirdikdən sonra mətbuat konfransında iştirak edir və müxtəlif ölkələrdən gələn jurnalistlərin fikirləri dinlənilir və eyni zamanda suallara cavab verilir.

Avroviziya həftəsində hər axşam məşqlərdən sonra nümayəndə heyətləri, jurnalistlər və akkreditə olunmuş müsabiqə fanatları üçün təyin edilmiş gecə klublarında şənliklər təşkil edilir[10].

Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir. Lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqənin əsas qaydaları aşağıda göstərilmişdir.

Qaydalara əsasən hər bir mahnıda vokal olması mütləqdir və hər bir mahnının vokalı canlı olaraq ifa edilməlidir. Musiqidə arxa planda heç bir vokalın yer almasına icazə yoxdur. Belə ki, ilk dəfə bu qayda 1999-cu ildə Xorvatiya təmsilçisi Doris Draqoviç tərəfindən pozulmuşdur. Müğənninin ifa etdiyi mahnının arxa planında insan səsinə bənzər səslər yer almışdı. Xorvatiyanın nümayəndə heyəti həmin səslərin insan səsləri olmadığını iddia etmələrinə baxmayaraq, Avropa Yayım İttifaqı finalda Xorvatiyanın qazandığı səslərin 33%-ni ləğv etmişdir.

1956-cı ildən 1998-ci ilə kimi ev sahibi ölkə müsabiqəni canlı orkestr ilə təmin etməli idi. 1973-cü ildən öncə hər bir ölkənin təqdim etdiyi mahnı canlı orkestr ilə ifa edilməli idi. Daha sonra bu qayda ləğv edilsə də, 1999-cu ilə kimi hər bir ev sahibi ölkə yenə də müsabiqəni canlı orkestr ilə təmin etmişdir. Eyni zamanda 1997-ci ilə kimi mahnılarda istifadə olunan musiqi alətlərinin səhnədə yer alması önəmli qaydalardan biri hesab edilirdi. Lakin 1997-ci ildə bu qayda qüvvədən düşdü.

Müsabiqənin keçmiş qaydalarına əsasən müsabiqədə iştirak edən ölkələrin təqdim etdikləri mahnılar öz dillərində ifa edilməli idi. Lakin müəyyən illərdə bu qayda qüvvədən düşmüş, daha sonra yenidən bərpa olunmuşdur. 1956-cı ildən 1966-cı ilə kimi Avroviziya qaydalarında dillərlə bağlı bir bölmə olmamasına baxmayaraq, iştirak edən bütün ölkələr öz rəsmi dillərində mahnılarını təqdim edirdilər. Bu ənənə ilk dəfə 1965-ci ildə İsveç təmsilçisi İnqvar Vikselin ingilis dilində ifa etdiyi mahnı ilə pozulmuşdur. Bunun ardınca isə 1966-cı ildə müsabiqədə hər bir ölkənin səsləndirdiyi mahnının yalnız öz dilində olması ilə bağlı qərar qəbul edildi. Bu qayda 1973-cü ilə kimi qüvvədə qaldı və həmin ildə ölkələrə istənilən dildə mahnı ilə çıxış etmək azadlığı verildi. 70-ci illərin ortalarında bir neçə ölkə bu fürsətdən istifadə edib, ingilis dilində mahnılarla Avroviziyada təmsil olundu və hətta İsveçin 1974 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçiləri ABBA qrupu ingilis dilində səsləndirdikləri mahnı ilə qələbə qazandılar.

1978-ci ildə Avropa Yayım İttifaqı dil barədə qaydanı yenidən bərpa etdi və müsabiqədə iştirak edən ölkələrdən yalnız öz dillərində mahnı göndərmək tələb olundu. 1999-cu ildə bu qayda ləğv edildi və nəticədə həmin müsabiqədə iştirak edən 23 ölkədən 12-si ingilis dilində mahnı ilə təmsil olundu. Avroviziyada Avropa dilləri ilə yanaşı Suahili dilində, Ərəb dilində və hətta Süni dildə də mahnılar səslənmişdir.

Müsabiqənin səsvermə metodu illər ərzində bir neçə dəfə dəyişikliyə uğramışdır. Hal-hazırkı səsvermə sistemi 2016-cı ildən bəri qüvvədədir. Qaydalara görə hər bir ölkədən olan peşəkar münsif heyətinin keçirdiyi səsvermədə ən çox səs toplayan ölkə və eyni zamanda iştirak edən ölkələrdə ayrı-ayrı keçirilən SMS səsverməsində ən çox səs toplayan on ölkə 12, 10, 8–1 xallar əldə edir[11].

Müsabiqə tarixində 1997-ci ilə kimi iştirak edən bütün ölkələrin səsləri yalnız həmin ölkələrdən olan peşəkar münsif heyətinin qərarı ilə açıqlanırdı. İlk dəfə telesəsvermə 1997-ci ildə Almaniya, Avstriya, Böyük Britaniya, İsveçİsveçrədə həyata keçirilmişdir. Bunun ardınca isə 1998-ci ildən etibarən bütün ölkələr səsverməni xalqın seçiminə görə təqdim etməyə başladılar. Hər hansısa bir ölkədə SMS səsverməsində problem yarandığı halda ölkələr öncədən ehtiyat münsif səsverməsi də keçirirdilər. 2013-cü ildən etibarən insanlar eyni zamanda mobil proqram vasitəsilə də Avroviziya səsverməsində iştirak edə bilirlər[12].

İlk dəfə 2009-cu ilin final mərhələsində Avropa Yayım İttifaqı 50% SMS səsverməsi ilə 50% peşəkar münsif səsverməsi metodunu təcrübədən keçirmişdir. Belə ki, müsabiqədə iştirak edən hər bir ölkə münsif səslərini SMS səsləri ilə birlikdə toplayaraq ümumi nəticə çıxarır və ümumi nəticədə ən çox səs toplayan on ölkə 12, 10, 8–1 xallar əldə edirdi. Bunun ardınca növbəti illərdə eyni metod həm yarımfinallar, həm də final üçün qayda halını aldı.

2016-cı ildən etibarən isə 50% SMS səsverməsi ilə 50% peşəkar münsif səsverməsi qaydasında müəyyən dəyişikliklər edildi. Belə ki, yeni səsvermə metoduna əsasən ölkələrdə səsverən peşəkar münsif heyətinin səsverməsi ayrılıqda, SMS səsverməsi isə ayrılıqda hesablanır. Səsvermənin gedişatında ilk öncə səs verən ölkələr ev sahibi ölkə ilə bağlantı yaradır və ölkədə münsiflər arasında aparılan səsvermədə ən çox bəyənilən on ölkəyə olan xallar açıqlanır. Ölkələrin münsif səsverməsi sona çatdıqdan sonra isə müsabiqənin aparıcıları ölkələrdə keçirilən SMS səsverməsinin nəticələrini açıqlayırlar. Aparıcılar telesəsvermədə ən az səs toplayan ölkədən başlayaraq, ən çox səs toplamış ölkəyədək bütün xalları izləyicilərə çatdırırlar. Nəticə də həmin xallar ölkələrin daha öncə elan etdiyi münsif səsləri ilə toplanır və ən çox səs toplayan ölkə, mahnı müsabiqəsinin qalibi elan edilir.[13]. Oxşar səsvermə metodu İsveçdə keçirilən ənənəvi Melodifestivalen mahnı müsabiqəsində həyata keçirilir. Məhz bu ideyanı da Avropa Yayım İttifaqına Melodifestivalenin direktoru Krister Byörkman təklif etmişdir. Byörkmana görə bu səsvermə metodu müsabiqəyə əlavə həyəcan qatır və müsabiqənin qalibi şounun sonunadək sürpriz olaraq qalır. Öncəki səsvermə metodu ilə isə qalib səsvermənin gedişatında artıq bəlli olurdu.

Avroviziyada səslər açıqlanmazdan öncə bütün səslər Avropa Yayım İttifaqının Avroviziya üzrə nümayəndəsi, müsabiqənin direktoru tərəfindən yoxlanılır. Müəyyən hallarda müsabiqənin direktoru ölkənin münsif səsverməsini (bir ölkədən olan münsiflərin verdiyi səslərin ayrılıqda bir-birinə çox bənzər olması halında) və ya SMS səsverməsini (səslərin az olduğu halda) ləğv edir və həmin ölkənin səsləri xüsusi komitənin verdiyi səslərlə əvəz edilir. Aşağıdakı cədvəldə müsabiqə tarixində Avroviziyaya rəhbərlik edən şəxslər göstərilmişdir.

Ölkə Ad İl(lər)
İsveçrə İsveçrə Rolf Libermann 1956–57
Yuqoslaviya Yuqoslaviya Miroslav Vilçek 1964–65
Böyük Britaniya Birləşmiş Krallıq Klifford Braun 1966–77
İsveçrə İsveçrə Frank Naef 1978–92
Danimarka Danimarka Kristian Klausen 1993–95
Fransa Fransa Kristin Marşal-Ortiz 1996, 1998–2002
Mari-Kler Vionne 1997
Böyük Britaniya Birləşmiş Krallıq Sara Yuen 2003
İsveç İsveç Svante Stokselius 2004–2010
Norveç Norveç Yon Ola Sand 2011–2020
İsveç İsveç Martin Österdal 2021–

Bərabərlik qaydası

[redaktə | mənbəni redaktə et]

1969-cu ildə müsabiqədə iştirak edən 16 ölkədən dördü 18 xalla birinci yerdə qərarlaşmışdır. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyəti ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, birinci yerdə qərarlaşan dörd ölkənin (Fransa, İspaniya, Böyük BritaniyaNiderland) hər biri həmin müsabiqənin qalibi elan edilmişdirlər. Finlandiya, İsveç, NorveçPortuqaliya nümayəndələri nəticəyə etirazlarını bildirərək növbəti müsabiqədə iştirakdan imtina etmişdirlər. Bunun ardınca Avropa Yayım İttifaqı xoşagəlməz hadisənin bir daha təkrarlanmaması üçün Avroviziyada bərabərlik qaydası yaratdı[14].

Bərabərlik qaydasına əsasən səsvermənin sonunda eyni xalla birincilikdə qərarlaşan ölkələrdən ən çox 12 xal qazananı müsabiqənin qalibi elan edilir. 12 xalların sayının bərabərliyi halında isə ən çox 10, 8, 7–1 xal qazanan ölkə müsabiqədə qələbə qazanmış olur.

Avroviziya 1969-da baş verən bənzər hadisə ikinci dəfə 1991-ci ildə baş verdi. Belə ki, səsvermənin sonunda Fransaİsveç təmsilçiləri 146 xalla birincilikdə qərarlaşdılar. Hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Qeyd edək ki, bərabərlik qaydası 1969-cu ildə tətbiq olunsaydı, yalnız Fransa təmsilçisi həmin müsabiqənin qalibi olmalı idi.

Müsabiqədə iştirak edən hər bir ölkənin yayım hüququna malik olan telekanalı müsabiqəni canlı olaraq fasiləsiz yayımlamalıdır. Yalnız fasilə aktı zamanı telekanallara qısa reklam fasiləsinə ayrılmağa imkan yaradılır. Bu qayda ilk dəfə 2009-cu ildə İspaniya telekanalı tərəfindən pozulmuşdur. Belə ki, müsabiqənin yayımlandığı zaman İspaniyanın TVE kanalı ekranda ölkədə keçirilən 2009 Madrid Tennis Turnirinin gedişatı ilə bağlı məlumat verən alt yazılar yayımlamışdır. Nəticədə telekanal müsabiqənin təşkilat komitəsi tərəfindən cərimələnmiş və müvafiq məbləğdə pul cəzası Avropa Yayım İttifaqına ödənilmişdir.[15].

Digər qaydalar

[redaktə | mənbəni redaktə et]
  • 1956-cı ildə ilk keçirilən Avroviziyada ölkələrə təqdim olunan mahnıların 3 dəqiqə 30 saniyədən artıq olmaması ilə bağlı məsləhət verilmişdi. Lakin etirazlara baxmayaraq, 1957-ci ildə İtaliya 5 dəqiqədən artıq mahnı ilə müsabiqədə təmsil olunmuşdu. Bunun ardınca növbəti ildən etibarən Avroviziyada mahnıların 3 dəqiqədən artıq olmaması ilə bağlı qərar qəbul edilmişdir.[16]. Bu qayda indiyədək müsabiqədə qüvvədə qalmaqdadır.
  • Müsabiqədə iştirakçı ölkələrin təmsilçilərinin və ya bəstəkarların milliyəti ilə bağlı heç bir qayda olmamasına baxmayaraq, müəyyən ölkələr üçün nümayəndələrinin öz milliyətlərindən olması əsas qaydalardan hesab olunur.
  • Qaydalara əsasən hər ifanı səhnədə yalnız 6 nəfər müşayiət edə bilər.
  • Hər hansısa bir siyasi və ya reklam xarakteri daşıyan mahnıların müsabiqədə iştirakına icazə yoxdur.
  • 1990-cı ildən etibarən alınan qərara əsasən səhnədə yer alan hər bir iştirakçının ən azı 16 yaşı olmalıdır.
  • Səhnədə heyvanların yer almasına icazə yoxdur.
  • Bir ifaçı bir il ərzində yalnız bir ölkəni təmsil edə bilər.
  • Müsabiqəyə təqdim olunan mahnının musiqisi və ya sözləri müsabiqənin keçirildiyi vaxtdan səkkiz ay öncə heç bir yerdə səsləndirilməməlidir.

Siyasi məsələlər

[redaktə | mənbəni redaktə et]

1978 Cənubi Livan münaqişəsindən bir ay sonra Parisdə keçirilən 1978 Avroviziya Mahnı Müsabiqəsini canlı yayımlayan İordaniya telekanalı İsrail təmsilçiləri səhnə aldığı zaman reklam fasiləsinə ayrılmışdır. Müsabiqənin sonunda səsvermənin gedişatı zamanı İsrail təmsilçisinin liderliyi ələ aldığı anda İordaniya telekanalı ümumiyyətlə müsabiqənin yayımını dayandırmışdır. Hadisənin ardınca İordaniya qəzetlərində müsabiqənin qalibi olaraq əslində ikinci yeri qazanan Belçika göstərilmişdir[17]. Növbəti illərdə isə İordaniyada Avroviziya bir daha yayımlanmamışdır.

2005-ci ildə Kiyevdə keçirilən müsabiqədə Livan telekanalı ilk dəfə iştirak etmək istəmişdir. Hətta müsabiqə üçün təmsilçi və mahnı seçilsə də, ölkənin Avroviziya 2005-də iştirakı baş tutmamışdır. Buna səbəb Livan telekanalının Avropa Yayım İttifaqı ilə İsrailin ifasının Livanda yayımlanmaması ilə bağlı razılığa gələ bilməməsi idi. İsrailin iştirakını yayımlamaqdan imtina edən Livan daha sonra müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Lakin müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Livan telekanalı Avropa Yayım İttifaqı tərəfindən cərimələnmişdir.

Gürcüstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməli olan Stefane və 3G qrupunun ifa etməli olduğu "We Don't Wanna Put In" mahnısında Rusiya prezidenti Vladimir Putini tənqid xarakterli sözlərdən istifadə edilmişdir. İngilis dilində səslənən mahnının adının digər tərcüməsi "Biz Putini İstəmirik" idi. Mahnı Rusiya mətbuatı tərəfindən narazılıqla qarşılanmışdır. Avropa Yayım İttifaqı Gürcüstan televiziyasından ya mahnını tamamən dəyişmək, ya da sözlərində düzəlişlər aparmağı tələb etmişdir. Lakin Gürcüstan nəticə olaraq Moskvada keçirilən müsabiqədə iştirakdan imtina etmək qərarına gəlmişdir[18].

2012-ci ildə Bakıda keçirilən müsabiqədə ilkin olaraq Ermənistanın iştirak edəcəyi öz təsdiqini tapsa da, müsabiqənin keçirilməsinə iki ay qalmış Ermənistan telekanalı ölkənin müsabiqədə iştirak etməyəciyini açıqlamışdır. Telekanal açıqlamasında buna səbəbin təhlükəsizliklə bağlı narahatlıq olduğunu bildirmişdir. Müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Ermənistan telekanalı Avropa Yayım İttifaqı tərəfindən müvafiq məbləğdə pul cəzası ilə cərimələnmişdir. Eyni zamanda telekanaldan Bakıda keçirilən müsabiqənin finalını fasiləsiz olaraq yayımlamaq tələb olunmuşdur.

Ukrayna 2016 Avroviziya Mahnı Müsabiqəsində Camalanın ifa etdiyi "1944" mahnısı ilə təmsil olunmuşdur. Rus şərhçilər mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada xoşagəlməz qonaq olacağı göstərilmişdir.

Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın Avroviziya 2017-də "Flame is Burning" (azərb. Məşəl alovlanır‎) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyi açıqlanmışdır. Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi ilə bağlı iddialar üzərində araşdırma başladığı məlumatı verilmişdir[19]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənnini müsabiqə üçün seçilməsinin düşünülmüş addım olduğu iddia edilmişdir. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı açıqlanmışdır[20]. 22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Bunun ardınca Rusiyaya müsabiqəyə başqa bir müğənni göndərmək fürsəti verilsə də Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.

Müsabiqənin genişləndirilməsi

[redaktə | mənbəni redaktə et]
Avroviziyada iştirak edən ölkələr, müsabiqəyə qoşulduqları onilliklərə görə rəngləniblər.

Müsabiqədə iştirakçı ölkələrin sayı zaman keçdikdə artmağa başlamışdır. 1956-cı ildə cəmi 7 ölkənin iştirakı ilə başlayan müsabiqədə 80-ci illərdə artıq 20-dən çox ölkə iştirak edirdi. Yuqoslaviya Sosialist Federativ RespublikasınınSovet Sosialist Respublikaları İttifaqının parçalanmasından sonra Avroviziyada iştirak edən ölkələri daha da çoxalmağa başlamışdır. Müasbiqənin keçirildiyi son onillikdə hər il 40-dan çox ölkə müsabiqədə iştirak etmişdir.

İştirak üçün seçim turları

[redaktə | mənbəni redaktə et]

1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayım İttifaqı müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. Bosniya və Herseqovina, Estoniya, Macarıstan, Rumıniya, Slovakiya, SloveniyaXorvatiyanın iştirak etdiyi seçim turunda üç keçmiş Yuqoslaviya ölkələri olan Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya qalib gələrək, ilk dəfə Avroviziyaya qoşulmuşdurlar. Bunun ardınca digər ölkələrində Avroviziyada iştirakını təmin etmək üçün AYİ 1993-cü ildən 2004-cü ilə kimi hər il müsabiqədə son beşlikdə qərarlaşan ölkələri növbəti il müsabiqədən uzaqlaşdıraraq, digər iştirak etmək istəyən ölkələrlə əvəz etmişdir.

Böyük Dördlük və Böyük Beşlik ölkələri

[redaktə | mənbəni redaktə et]

2000-ci ildən etibarən Avropa Yayım İttifaqının qərarına əsasən Almaniya, Böyük Britaniya, Fransaİspaniya hər il Avroviziyada birbaşa finalda iştirak etmək hüququ qazanırlar. Bu ölkələrə müsabiqədə eyni zamanda "Böyük Dördlük" ölkələri də deyilirdi. Böyük Dördlük ölkələrinə birbaşa finalda iştirak hüququnun verilməsinə əsas səbəb isə dörd ölkənin müsabiqənin əsas maliyyə dəstəkçiləri olmaları və eyni zamanda müsabiqəyə ən çox reytinq qazandıran ölkələr olmalarıdır. 14 illik fasilədən sonra 2011-ci ildə Avroviziyaya geri dönən İtaliya da AYİ-nin qərarına əsasən Böyük Dördlük ölkələrinə qoşulmuşdur və həmin ildən etibarən Böyük Dördlük statusu "Böyük Beşlik" ilə əvəz olunmuşdur[21]. 2000-ci ildən bəri sözü gedən beş ölkədən yalnız Almaniya 2010-ci ildə "Satellite" mahnısı ilə müsabiqədə qələbə qazanmışdır.

Avropa Yayım İttifaqı Avroviziyada iştirak etmək istəyən ölkələrin çoxluğunu və müsabiqənin yayım vaxtının 25-dən artıq ölkənin iştirakına şərait yaratmadığını nəzərə alaraq 1993-cü ildən 2004-cü ilə kimi hər il müsabiqədə son beşlikdə qərarlaşan ölkələri növbəti il müsabiqədən uzaqlaşdıraraq, digər iştirak etmək istəyən ölkələrlə əvəz etmişdir. Lakin bu qayda həmin illərdə bir çox ölkələrin narazıçılığına səbəb olurdu. Xoşagəlməz vəziyyətin qarşısını almaq üçün müsabiqənin təşkilat komitəsi 2004-cü ildə yeni ideya irəli sürmüşdür[22]. Belə ki, Avroviziyada iştirak etmək istəyən ölkələrin çoxluğu baxımından müsabiqənin il ərzində yalnız bir gün deyil, iki gün keçirilməsinə qərar verilmişdir. Müsabiqənin ilk günündə ölkələrin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsi və ikinci günündə isə final gecəsi təşkil olunurdu. Qaydalara əsasən yarımfinalda ən çox səs toplayan on ölkə finala vəsiqə qazanırdı. Finalda isə ilk onluqda qərarlaşan ölkələr və eyni zamanda Böyük Dördlük ölkələri növbəti müsabiqənin finalında birbaşa iştirak hüququ əldə edirdi.

2008-ci ildə isə AYİ müsabiqədə iştirakda maraqlı olan ölkələrin sayının daha da artmasını nəzərə alaraq, müsabiqədə iki yarımfinal mərhələsinin tətbiq olunacağını elan etmişdir[23]. 2008-ci ildən etibarən müsabiqədə ölkələrin ötən il qazandıqları uğurdan asılı olmayaraq hər bir ölkə yarımfinal mərhələlərində iştirak etməli idi. Yalnız Böyük Dördlük ölkələrinin (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya, daha sonra isə İtaliya) birbaşa finalda iştirak hüququ saxlanılmışdır.

Yarımfinal qaydalarına əsasən ölkələr yalnız öz iştirak etdikləri yarımfinal mərhələsində səs verə bilərlər. Hər iki yarımfinalın səsverməsində ən çox səs toplayan on ölkə Avroviziya finalına vəsiqə qazanmış olur. Finalda isə müsabiqədə iştirak edən bütün ölkələrə səsvermədə iştirak hüququ tanınır. Avroviziyada iştirak etdikləri illər ərzində hər il yarımfinalları uğurla adlayan ölkələr UkraynaAvstraliyadır.

Qalib ölkələr

[redaktə | mənbəni redaktə et]

Avroviziyanın qalibi olmaqda İrlandiyaİsveçin rekordunu hələ heç bir ölkə təkrarlaya bilməyib. Belə ki, İrlandiya müsabiqədə beş ildə dörd dəfə (1992, 1993, 19941996), ümumilikdə isə yeddi dəfə qələbə qazanıb. İsveç də müsabiqədə ən çox qələbə qazanan ölkədir. Skandinaviya ölkəsi 63 illik müsabiqədə yeddi dəfə (1974, 1984, 1991, 1999, 2012, 20152023-cü illərdə) qalibiyyət əldə edib. Böyük Britaniya, Fransa, NiderlandLüksemburq Avroviziyada beş dəfə, İsrail isə dörd dəfə qələbə qazanıb. Danimarka, Ukrayna, İtaliyaNorveç üç dəfə, Almaniya, Avstriya, İspaniyaİsveçrə isə iki dəfə Avroviziyada qalibiyyət əldə ediblər. İlk müsabiqədə qələbə qazanan ölkə İsveçrə olmuşdur.

Böyük Britaniya Avroviziyada ən çox ikinci yer qazanan ölkədir. Belə ki, ölkə müsabiqə tarixində 16 dəfə ikinci yerdə qərarlaşmışdır. Almaniya, Fransa, İrlandiya, İspaniyaRusiya isə müsabiqədə dörd dəfə ikinci yer qazanmışdır. Norveç Avroviziyada 11 dəfə sonuncu yerdə qərarlaşaraq müsabiqənin əsas anti-rekorduna sahib olan ölkədir.

21-ci əsrin əvvəllərində Avroviziyada heç vaxt qalib gəlməyən yeni və eyni zamanda uzun müddət müsabiqədə iştirak edən ölkələr qalib gəlmişdirlər. 2001-ci ildə Estoniya müsabiqədə qalib gəlmiş və Avroviziyada qalib gələn ilk keçmiş Sovet Respublikası olaraq tarixə düşmüşdür. 28 illik iştirakdan sonra Türkiyə ilk dəfə 2003-cü ildə Avroviziyada qələbə qazanmışdır. 31 illik iştirakdan sonra Yunanıstan ilk dəfə 2005-ci ildə müsabiqədə qalibiyyət əldə etmişdir. 45 illik iştirakdan sonra isə Finlandiya ilk dəfə 2006-cı ildə müsabiqədə qalibiyyət əldə etmişdir.

Serbiya müsabiqədə elə ilk iştirakında, 2007-ci ildə serb dilində səslənən ballada ("Molitva") ilə qalibiyyət əldə etmişdir[24]. Ukrayna 2004-cü ildə müsabiqədə ikinci iştirakında, Latviya 2002-ci ildə müsabiqədə üçüncü iştirakında, Azərbaycan isə 2011-ci ildə müsabiqədə dördüncü iştirakında ilk Avroviziya qələbəsini qazanmışdır[25].

Avroviziyaya ilk dəfə qoşulduqları vaxtdan 53 il sonra Portuqaliya 2017-ci ildə portuqal dilində səslənən mahnı ilə ilk dəfə müsabiqədə qələbə qazanmışdır.

2009-cu ildən etibarən 50% telesəsvermə, 50% peşəkar münsif səsverməsinin tətbiq edildiyi müsabiqədə cəmi 3 dəfə izləyici və münsif nəticələrində fərqli qaliblər olmuşdur. Belə ki, Avroviziya 2011-in qalibi Azərbaycan xalq səsverməsində birinci yeri qazansa da, münsif səsverməsində ikinci yerdə qərarlaşmışdır. Avroviziya 2015-in qalibi İsveç münsif səsverməsində birinci olsa da, xalq səsverməsində üçüncü yerdə qərarlaşmışdır. Avroviziya 2016-da qalib gələn Ukrayna əslində nə xalq səsverməsində, nə də münsif səsverməsində qalib gəlməmişdir. Ukrayna yalnız iki səsvermənin toplamında ən çox səs toplamış ölkə olaraq müsabiqənin qalibi elan edilmişdir. Həmin müsabiqədə xalq səsverməsinin qalibi Rusiya, münsif səsverməsinin qalibi isə Avstraliya olmuşdur. Ukrayna hər iki səsvermədə ikinci yerdə qərarlaşmışdır.

Qələbə
sayı
Ölkə İl(lər)
7 İrlandiya İrlandiya 1970, 1980, 1987, 1992, 1993, 1994, 1996
7 İsveç İsveç 1974, 1984, 1991, 1999, 2012, 2015, 2023
5 Fransa Fransa 1958, 1960, 1962, 1969, 1977
Böyük Britaniya Böyük Britaniya 1967, 1969, 1976, 1981, 1997
Lüksemburq Lüksemburq 1961, 1965, 1972, 1973, 1983
Niderland Niderland 1957, 1959, 1969, 1975, 2019
4 İsrail İsrail 1978, 1979, 1998, 2018
3 İtaliya İtaliya 1964, 1990, 2021
Ukrayna Ukrayna 2004, 2016, 2022
Danimarka Danimarka 1963, 2000, 2013
Norveç Norveç 1985, 1995, 2009
İsveçrə İsveçrə 1956, 1988, 2024
2 Avstriya Avstriya 1966, 2014
İspaniya İspaniya 1968, 1969
Almaniya Almaniya 1982, 2010
1 Monako Monako 1971
Belçika Belçika 1986
Yuqoslaviya Yuqoslaviya 1989
Estoniya Estoniya 2001
Latviya Latviya 2002
Türkiyə Türkiyə 2003
Yunanıstan Yunanıstan 2005
Finlandiya Finlandiya 2006
Serbiya Serbiya 2007
Rusiya Rusiya 2008
Azərbaycan Azərbaycan 2011
Portuqaliya Portuqaliya 2017

Müsabiqədə iştirak edən ölkələrdən Albaniya, Andorra, Avstraliya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Ermənistan, Gürcüstan, İslandiya, Kipr, Litva, Macarıstan, Malta, Moldova, Monteneqro, Polşa, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Şimali MakedoniyaXorvatiya heç vaxt qalib ola bilməmişdir.

Qaliblərin siyahısı

[redaktə | mənbəni redaktə et]
Avroviziya 2006-nın qalibi Lordi qrupu Afina səhnəsində
Avroviziya 2007-nin qalibi Mariya Şerifoviç Helsinki səhnəsində
Avroviziya 2011-in qalibləri Eldar QasımovNigar Camal
Avroviziya 2013-ün qalibi Emmili de Forest Malmö səhnəsində
Avroviziya 2014-ün qalibi Konçita Vurst Kopenhagen səhnəsində
Avroviziya 2015-in qalibi Mons Selmerlöv Vyana səhnəsində
Avroviziya 2016-nın qalibi Camala Stokholm səhnəsində
Avroviziya 2019-un qalibi Dankan Lourens Tel-Əviv səhnəsində
İl Ölkə Mahnı Müğənni(lər) Xal İkinci ölkə Tarix Ev sahibi olan şəhər
1956 İsveçrə İsveçrə "Refrain" Liz Assia Bilinmir Bilinmir 24 may 1956 Luqano
1957 Niderland Niderland "Net als toen" Kori Brokken 31 Fransa Fransa 3 mart 1957 Frankfurt
1958 Fransa Fransa "Dors, Mon Amour" Andre Klevyö 27 İsveçrə İsveçrə 12 mart 1958 Hilversum
1959 Niderland Niderland "Een beetje" Teddi Sxolten 21 Böyük Britaniya Böyük Britaniya 11 mart 1959 Kann
1960 Fransa Fransa "Tom Pillibi" Jaklin Boye 32 Böyük Britaniya Böyük Britaniya 25 mart 1960 London
1961 Lüksemburq Lüksemburq "Nous les amoureux" Jan-Klod Paskal 31 Böyük Britaniya Böyük Britaniya 18 mart 1961 Kann
1962 Fransa Fransa "Un premier amour" İzabel Obre 26 Monako Monako 18 mart 1962 Lüksemburq
1963 Danimarka Danimarka "Dansevise" Qrete və Yörqen İnqmann 42 İsveçrə İsveçrə 23 mart 1963 London
1964 İtaliya İtaliya "Non ho l'età" Cilyola Çinkvetti 49 Böyük Britaniya Böyük Britaniya 21 mart 1964 Kopenhagen
1965 Lüksemburq Lüksemburq "Poupée de cire, poupée de son" Frans Qall 32 Böyük Britaniya Böyük Britaniya 20 mart 1965 Neapol
1966 Avstriya Avstriya "Merci Chérie" Udo Yürqens 31 İsveç İsveç 5 mart 1966 Lüksemburq
1967 Böyük Britaniya Böyük Britaniya "Puppet on a String" Sendi Şou 47 İrlandiya İrlandiya 8 aprel 1967 Vyana
1968 İspaniya İspaniya "La, la, la" Massiel 27 Böyük Britaniya Böyük Britaniya 6 aprel 1968 London
1969 İspaniya İspaniya "Vivo Cantando" Salome 18 Olmayıb 29 mart 1969 Madrid
Böyük Britaniya Böyük Britaniya "Boom Bang-a-Bang" Lulu
Niderland Niderland "De troubadour" Lenni Kür
Fransa Fransa "Un jour, un enfant" Frida Bokkara
1970 İrlandiya İrlandiya "All Kinds of Everything" Dana 32 Böyük Britaniya Böyük Britaniya 21 mart 1970 Amsterdam
1971 Monako Monako "Un banc, un arbre, une rue" Severin 128 İspaniya İspaniya 3 aprel 1971 Dublin
1972 Lüksemburq Lüksemburq "Après toi" Viki Leandros 128 Böyük Britaniya Böyük Britaniya 25 mart 1972 Edinburq
1973 Lüksemburq Lüksemburq "Tu te reconnaîtras" Ann-Mari David 129 İspaniya İspaniya 7 aprel 1973 Lüksemburq
1974 İsveç İsveç "Waterloo" ABBA 24 İtaliya İtaliya 6 aprel 1974 Brayton
1975 Niderland Niderland "Ding-A-Dong" Teach-In 152 Böyük Britaniya Böyük Britaniya 22 mart 1975 Stokholm
1976 Böyük Britaniya Böyük Britaniya "Save Your Kisses for Me" Brotherhood of Man 164 Fransa Fransa 3 aprel 1976 Haaqa
1977 Fransa Fransa "L'oiseau et l'enfant" Mari Miriam 136 Böyük Britaniya Böyük Britaniya 7 may 1977 London
1978 İsrail İsrail "A-Ba-Ni-Bi" İzhar Koen və Alphabeta 157 Belçika Belçika 22 aprel 1978 Paris
1979 İsrail İsrail "Hallelujah" Qali Atari və Milk&Honey 125 İspaniya İspaniya 31 mart 1979 Qüds
1980 İrlandiya İrlandiya "What's Another Year?" Conni Loqan 143 Almaniya Almaniya 19 aprel 1980 Haaqa
1981 Böyük Britaniya Böyük Britaniya "Making Your Mind Up" Bucks Fizz 136 Almaniya Almaniya 4 aprel 1981 Dublin
1982 Almaniya Almaniya "Ein bißchen Frieden" Nikol 161 İsrail İsrail 24 aprel 1982 Harroqeyt
1983 Lüksemburq Lüksemburq "Si la vie est cadeau" Korinn Erme 142 İsrail İsrail 23 aprel 1983 Münhen
1984 İsveç İsveç "Diggi-Loo Diggi-Ley" Herreys 145 İrlandiya İrlandiya 5 may 1984 Lüksemburq
1985 Norveç Norveç "La det swinge" Bobbysocks 123 Almaniya Almaniya 4 may 1985 Göteborq
1986 Belçika Belçika "J'aime la vie" Sandra Kim 176 İsveçrə İsveçrə 3 may 1986 Bergen
1987 İrlandiya İrlandiya "Hold Me Now" Conni Loqan 172 Almaniya Almaniya 9 may 1987 Brüssel
1988 İsveçrə İsveçrə "Ne partez pas sans moi" Selin Dion 137 Böyük Britaniya Böyük Britaniya 30 aprel 1988 Dublin
1989 Yuqoslaviya Yuqoslaviya "Rock Me" Riva 137 Böyük Britaniya Böyük Britaniya 6 may 1989 Lozanna
1990 İtaliya İtaliya "Insieme: 1992" Toto Kutunyo 149 İrlandiya İrlandiya/Fransa Fransa 5 may 1990 Zaqreb
1991 İsveç İsveç "Fångad av en stormvind" Karola 146 Fransa Fransa 4 may 1991 Roma
1992 İrlandiya İrlandiya "Why Me?" Linda Martin 155 Böyük Britaniya Böyük Britaniya 9 may 1992 Malmö
1993 İrlandiya İrlandiya "In Your Eyes" Niv Kavana 187 Böyük Britaniya Böyük Britaniya 15 may 1993 Millstrit
1994 İrlandiya İrlandiya "Rock 'n' Roll Kids" Pol Harrinqton və Çarli MakQettiqan 226 Polşa Polşa 30 aprel 1994 Dublin
1995 Norveç Norveç "Nocturne" Secret Garden 148 İspaniya İspaniya 13 may 1995 Dublin
1996 İrlandiya İrlandiya "The Voice" Eymar Kuinn 162 Norveç Norveç 18 may 1996 Oslo
1997 Böyük Britaniya Böyük Britaniya "Love Shine a Light" Katrina & the Waves 227 İrlandiya İrlandiya 3 may 1997 Dublin
1998 İsrail İsrail "Diva" Dana International 172 Böyük Britaniya Böyük Britaniya 9 may 1998 Birminhem
1999 İsveç İsveç "Take Me to Your Heaven" Şarlotta Nilsson 163 İslandiya İslandiya 29 may 1999 Qüds
2000 Danimarka Danimarka "Fly on the Wings of Love" Olsen Brothers 195 Rusiya Rusiya 13 may 2000 Stokholm
2001 Estoniya Estoniya "Everybody" Tanel Padar, Deyv Benton və 2XL 198 Danimarka Danimarka 12 may 2001 Kopenhagen
2002 Latviya Latviya "I Wanna" Marie N 176 Malta Malta 25 may 2002 Tallin
2003 Türkiyə Türkiyə "Everyway That I Can" Sertab Erener 167 Belçika Belçika 24 may 2003 Riqa
2004 Ukrayna Ukrayna "Wild Dances" Ruslana 280 Serbiya və Monteneqro 15 may 2004 İstanbul
2005 Yunanıstan Yunanıstan "My Number One" Elena Paparizu 230 Malta Malta 21 may 2005 Kiyev
2006 Finlandiya Finlandiya "Hard Rock Hallelujah" Lordi 292 Rusiya Rusiya 20 may 2006 Afina
2007 Serbiya Serbiya "Molitva" Mariya Şerifoviç 268 Ukrayna Ukrayna 12 may 2007 Helsinki
2008 Rusiya Rusiya "Believe" Dima Bilan 272 Ukrayna Ukrayna 24 may 2008 Belqrad
2009 Norveç Norveç "Fairytale" Aleksandr Rıbak 387 İslandiya İslandiya 16 may 2009 Moskva
2010 Almaniya Almaniya "Satellite" Lena 246 Türkiyə Türkiyə 29 may 2010 Oslo
2011 Azərbaycan Azərbaycan "Running Scared" Eldar QasımovNigar Camal 221 İtaliya İtaliya 14 may 2011 Düsseldorf
2012 İsveç İsveç "Euphoria" Lorin 372 Rusiya Rusiya 26 may 2012 Bakı
2013 Danimarka Danimarka "Only Teardrops" Emmili de Forest 281 Azərbaycan Azərbaycan 18 may 2013 Malmö
2014 Avstriya Avstriya "Rise Like a Phoenix" Konçita Vurst 290 Niderland Niderland 10 may 2014 Kopenhagen
2015 İsveç İsveç "Heroes" Mons Selmerlöv 365 Rusiya Rusiya 23 may 2015 Vyana
2016 Ukrayna Ukrayna "1944" Camala 534 Avstraliya Avstraliya 14 may 2016 Stokholm
2017 Portuqaliya Portuqaliya "Amar Pelos Dois" Salvador Sobral 758 Bolqarıstan Bolqarıstan 13 may 2017 Kiyev
2018 İsrail İsrail "Toy" Netta Barzilay 529 Kipr Kipr 12 may 2018 Lissabon
2019 Niderland Niderland "Arcade" Dankan Lourens 498 İtaliya İtaliya 18 may 2019 Təl-Əviv
2021 İtaliya İtaliya "Zitti e buoni" Maneskin 524 Fransa Fransa 22 may 2021 Rotterdam
2022 Ukrayna Ukrayna "Stefania" Kaluş Orkestrı 631 Böyük Britaniya Böyük Britaniya 14 may 2022 Turin
2023 İsveç İsveç "Tattoo" Lorin 583 Finlandiya Finlandiya 13 may 2022 Liverpul
2024 İsveçrə İsveçrə "The Code" Nemo 591 Xorvatiya Xorvatiya 11 may 2022 Malmö

Tənqid və qalmaqallar

[redaktə | mənbəni redaktə et]

Avroviziya müsabiqənin həm musiqi, həm də siyasi tərkibinə görə dəfələrlə tənqidə məruz qalmışdır.[26] Məsələn, müsabiqədə müxtəlif illərdə səsvermə zamanı müəyyən qonşu ölkələrin bir-birinə səs verdikləri məqamlarda zalda əyləşən insanlar səsverməyə etiraz etmişdirlər. Müsabiqədə əsasən narazıçılıqlara səbəb olan ölkə isə Rusiyadır. 20142015-ci illərdə Rusiya təmsilçiləri müsabiqədə səhnə aldıqları zaman ifa boyunca zalda əyləşən kütlənin böyük hissəsi ölkəyə qarşı olan etiraz səslərini yüksəltmişdirlər. Avropalıların Rusiyaya qarşı bu ani aqressiyasının səbəbinin Rusiyanın Krıma hərbi müdaxilə etməsindən və ölkədə LGBT hüquqlarının pis vəziyyətdə olmasından yarandığı düşünülür[27].

Musiqi üslubu və təqdimat

[redaktə | mənbəni redaktə et]

Formal olaraq Avroviziyada təqdim olunan musiqiyə heç bir məhdudiyyət qoyulmur, janrın seçimi ifaçının və seçim prosesinə cavabdeh təşkilatın öhdəsinə buraxılır. Yeganə məhdudiyyət mahnı mətnlərində senzuradan kənar ifadələrin, siyasi çağırışların və buna bənzər ifadə tərzlərinin olmasına qoyulur.

Lakin ötən illər ərzində müsabiqənin məxsusi "formatı" yaranıb və səs verən tamaşaçıların zövqü nəzərə alınaraq bu formata uyğun mahnılar yazılır. Əksər hallarda iştirakçılar pop musiqisi, balladalar, ya da xalq musiqisinin estrada tərzində olan işləməsini ifa edirlər. Lakin bu "format" ilk dəfə 2006-cı ildə Finlandiya təmsilçiləri olan Lordi ağır metal rok qrupunun müsabiqədə qalibiyyət qazanmaları ilə aradan qalxmışdır. Son illərdə isə artıq müsabiqədə tamam fərqli musiqi janrlarından, habelə, caz, elektronika, country və s. istifadə edilir.

  1. "Eurovision recognised by Guinness World Records as the largest in the world and the longest-running annual TV music competition (international)". Ginnesin Rekordlar Kitabı. 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  2. "Live Webcast". Avropa Yayım İttifaqı. 25 May 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2006.
  3. "Australia to return to the Eurovision Song Contest!". Avropa Yayım İttifaqı. 11 noyabr 2015. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  4. Webcasting and the Eurovision Song Contest Arxivləşdirilib 2008-05-28 at the Wayback Machine, AYİ, 21 avqust 2006
  5. 1 2 Eurovision’s Golden Jubilee Arxivləşdirilib 2004-08-11 at the Wayback Machine, AYİ, 1 dekabr 2004
  6. Historical Milestones, eurovision.tv, 26 may 2006
  7. "Arxivlənmiş surət". 2008-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-06-14.
  8. "Australia to make Eurovision Song Contest return in 2016". ebu.ch. Avropa Yayım İttifaqı. 17 noyabr 2015. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2016.
  9. "Interviews 2008". Avropa Yayım İttifaqı. 2008. 2008-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2009. (#apostrophe_markup)
  10. "The EuroClub: Official party venue opened its doors". AYİ. 2009-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2009.
  11. "Biggest change to Eurovision Song Contest voting since 1975". 18 fevral 2016. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
  12. "Download the official Eurovision app". Eurovision.tv. 3 noyabr 2014. 2014-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  13. "Biggest change to Eurovision Song Contest voting since 1975". eurovision.tv. 18 fevral 2016. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  14. "Eurovision Song Contest 1970". AYİ. 2010-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2009.
  15. "Soraya, al borde de la descalificación en Eurovisión" (İspanca). ABC. 15 may 2009. 17 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2017.
  16. "Eurovision Song Contest 1957". AYİ. 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2009.
  17. "Eurovision Song Contest 1978". AYİ. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2009.
  18. "Gürcüstan Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək" Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine tarixi:2009.03.12
  19. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  20. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  21. "43 nations on 2011 participants list". Eurovision.tv. 31 dekabr 2010. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28. (#apostrophe_markup)
  22. "Eurovision Song Contest 2004 Semi-final". AYİ. 2014-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2009.
  23. "Eurovision Song Contest – Two Semi-finals in 2008" (PDF). AYİ. 1 oktyabr 2007. 2011-06-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-28.
  24. "News – Serbia wins Eurovision Song Contest". B92. 22 November 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2011.
  25. "By year". Eurovision.tv. 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
  26. "Politics 'not Eurovision factor'". BBC News Online. 9 may 2007. 31 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2017.
  27. "Eurovision 2014: the booing of Russia was a disgrace". Spectator Blogs. 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]