XANA FARS
XANİMAN FARS
OBASTAN VİKİ
Xanə
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, "3/2", "2/4", "6/8", "4/4" və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
Qışlaq-i Xanə-i Bərq (Bünab)
Qışlaq-i Xanə-i Bərq (fars. شلاق خانه برق‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 841 nəfər yaşayır (217 ailə).
Xanə-i Bərq
Xanə-i Bərq-i Qədim (Bünab)
Güllücə (Xanəndəbil-i Qərbi)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (52 ailə).
Gülşən Əliyeva (xanəndə)
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Mirzə Məhəmmədhəsən (xanəndə)
Mirzə Məhəmmədhəsən (1831–1907) — Azərbaycan xanəndəsi. Mirzə Məhəmmədhəsən 1831-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Xanəndəliyi musiqişünas, mesenat Mahmud ağadan öyrənmişdi.
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Səlim oğlu Məmmədov (21 avqust 1929, Muradbəyli, Ağdam rayonu – 26 aprel 1996, Bakı) — Muğam ustası, xanəndə. Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi. Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir. Az keçmədi ki, Mürşüd Məmmədov Ağdam musiqi məktəbinin tələbəsi oldu. Özü də Seyid Şuşinskinin sinifində… Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazandı. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərildi. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir.
Nəriman Əliyev (xanəndə)
Nəriman Mövsüm oğlu Əliyev (5 may 1930, Bakı – 28 aprel 1998, Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi (1992). Nəriman Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. 1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir. Atası ilə birlikdə Kolxozda işləmiş, oradan da 29 saylı peşə məktəbinə göndərilmişdir. Burada o, xarratlıq və avtomobil çilingəri peşələrinə yiyələnmişdir. 1948-ci ildə sənət məktəbini bitirmiş, 1951–1954-cü illərdə hərbi xidmətdə olmuşdur. 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.
Osmanlı xanədanı
Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir. Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir. Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır.
Pir-i Süleyman Xanəgahı
Naxçıvan bölgəsində fəaliyyət göstərən xanəgah – türbələrdən biri də Şərur rayonunun Tənənəm kəndindəki Pir-i Süleyman adı ilə məşhur olan ziyarətgahdır. Pir memarlıq baxımından о qədər də möhtəşəm olmayan bir binadan ibarətdir (şəkil 59). Binanın günbəzi tacvari formalı olub, dairəvi planlıdır. Vaxtı ilə abidənin giriş qapısı üzərində kitabə olsa da həmin epiqrafik sənəd zaman keçdikcə məhv olaraq sıradan çıxmışdır. Binanın içərisində qəbir vardır. Pirdə əsas ziyarət obyekti bu qəbirdir. Ancaq qəbirin və binanın üstündə epiqrafik sənəd-kitabə olmadığı üçün onların tarixi, mənsubiyyəti və təyinatı haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir. Yaşlı əhalinin söylədiyinə görə pirin tarixi Tənənəm kəndinin tarixindən qədimdir. Pirin nə üçün "Piri-i Süleyman" adlanması haqqında dəqiq məlumat yoxdur. Fikrimizcə, ziyarətgahın adındakı "Pir" sözü sufi təriqəti rəhbərlərinə verilən ən yüksək tituldur.
Pir Hüseyin xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı. Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pir Hüseyn xanəgahı

Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Pir Yaqub xanəgahı
Pir Yaqub xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Möminə xatın türbəsindən şimalda ziyarətgah. Pir Yaqub xanəgahı uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Haqqında ilkin məlumatları XX yüzilliyin 30-cu illərində rus alimi K.N. Smirnov vermişdir. O, qeyd etmişdir ki, Möminə Xatun türbəsinin yaxınlığında Pir Yaqubun qəbri vardır. Sitayiş yeri olan bu unudulmuş qəbir hansı isə bir dərvişə məxsusdur. Orta əsrlər zamanı Naxçıvan şəhərində fəaliyyət göstərən xanəgahlardan biri də bu xanəgah olmuşdur. Bəktaşiyyə Sufi cəmiyyətinə mənsub olan və rəhbəri Pir Yaqubun adı ilə Pir Yaqub xanəgahı adlanan bu sufi məskəni Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ancaq XIX yüzillikdən başlayaraq əksər sufi məskənləri kimi bu xanəgah da tənəzzül etmiş, zaman keçdikcə unudulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xanəgah binası bərpa olunmuşdur. Binanın içərisində iki qəbir vardır.
Pirsaatçay xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı. Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirxamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Qasım Abdullayev (xanəndə)
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Sabir Mirzəyev (xanəndə)
Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu – 23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı. Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. O, Prezident təqaüdçüsü idi. 2007-ci ildə Əməkdar artist adını almışdır. 23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.
Sabir Novruzov (xanəndə)
Sabir Novruzov (1 may 1944, Ağcabədi – 7 yanvar 2009, Bakı) — xanəndə, Azərbaycan SSR Əməkdar artisti. Sabir Novruzov 22 iyul 1944-cü ildə Ağcabədidə dünyaya gəlmişdir. Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayırdı. Aqibətindən danışan S. Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyərdi: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi. 1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var.
Sabir Əliyev (xanəndə)
Sabir Məhərrəm oğlu Əliyev (13 fevral 1948, Pərdi, Astraxanbazar rayonu – 22 dekabr 2020, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artisti (2017). Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — "Leyli və Məcnun"da (İbn Səlam, Zeyd, Şeyx), "Koroğlu"da (Vəli, Nadir), "Vaqif"də (Xanəndə, Züvvar), "Şah İsmayıl"da (Çapqınçı), "Əsli və Kərəm"də (Sofi, Osmanlı), "Aşıq Qərib"də (Aşıq Vəli, Şahvələd), "Gəlin qayası"nda (Əmioğlu, Şeyx), "Natəvan"da (Aşıq), "Sevil"də (Azançı) rolları yaratmışdır. S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüşdür. Sabir Əliyev 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sadıq Xanəliyev
Sadıq Şahsuvar oğlu Xanəliyev (8 mart 1936, Bist, Naxçıvan MSSR) — Azərbaycan şairi. Sadıq Xanəliyev 1936-cı il mart ayının 8 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Bist kəndində anadan olmuşdur. 1953-cü ildə VII sinfi əla qiymətlərlə bitirib Naxçıvan kənd təsərrüfatı texnikomunun aqronomluq şöbəsinə qəbul olunmuşdur. 1953-cü ildən o, respublikanın qəzetlərində publisist yazıları ilə çıxış etmişdir. 1956-cı ildə texnikomun IV kursundan ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında Moskva hərbi vilayətinin "Krasnı voin" qəzetində hərbi müxbir kimi yazıları ilə müntəzəm çıxış etmişdir. 1959-cu ildə hərbi xidmətdən tərxis edilən Sadıq Xanəliyev texnikomda təhsilini davam etdirərək oranı bitirmiş və 1960-cı ildə Bist kəndindəki "oktyabrın 40 illiyi" adına olan kalxozda aqronom və orta məktəbinə əmək təlimi müəllimi təyin edilmişdir. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olaraq 1970-ci ildə oranı bitirmişdir. 1951-ci ildən publisist yazıları, 1963-cü ildən isə qəzet, jurnal və almanaxlarda şeirləri ilə çıxış etmişdir. Rəsmi nümayəndə tərkibində 1964, 1976 və 1988-ci illərdə Azərbaycan respublikası komsomolu və SSRİ müəllimləri qurultayının nümayəndəsi olmuş, 1975–88-ci illərdə isə fasiləsiz olaraq SSRİ-Fransa dostluq cəmiyyətinin xətti ilə Moskva, Kiev, Oryol, Kursk, Leninqrad, Bryansk, Riqa, Kaluş, İvanova, Kenovçı və Belqrad şəhərlərindəki məktəblilərinin ümumittifaq görüşlərində iştirak etmişdir.
Sarı xanəli
Tərtər xanədanlığı
Tərtər xanədanı (bolq. Тертер), həm də Tərtərli və ya Terterovtsi (Тертеровци) — kuman mənşəli bulqar zadəgan və kral xanədanı, 1280-1292, eləcə də 1300-1323-cü illər arasında İkinci Bolqar imperatorluğunu idarə edən Tərtəroba kuman zadəgan sülaləsinin bir qolu. Tərtərlilər əslən kuman mənşəli idi, (Dəşt-i Qıpçaq konfederasiyasından), Plamen Pavlova görə onlar kumanların ikinci dalğasının bir hissəsi olaraq 1241-ci ildən sonra Macarıstan krallığından gələn köç ərəfəsində Bolqarıstanda məskunlaşmış Tərtəroba kuman zadəgan sülaləsinin bir qolu idi. Tərtərobalar Kuman-qıpçaq konfederasiyasını 11-ci əsrin sonlarında, eləcə də 13-cü əsrin ortalarında Kotyan xanın hakimiyyəti altında idarə edirdilər. Bolqarıstandakı sülalənin ən erkən nümayəndələri despot Aldimir (Eltimir) və onun böyük qardaşı Bolqarıstan imperatoru I Georgi (1280-1292) kimi tanınan Bolqarıstan imperatoru olmuş və bolqar Mariya ilə evlənmiş Georgi Terter idi. Onun hökmranlığından sonra Bolqarıstan faktiki olaraq Qızıl Ordanın nəzarəti altında idi, Noğay xan növbəti hökmdar Smiletsin (1292-1298) namizədliyini irəli sürdü, o da başqa bir zadəgan ailəsindən idi və qısa müddətə onun yerinə oğlu II İvan (1298-1299) keçdi. 1299-1300-cü illərdə Bolqarıstan monqol Çaka tərəfindən idarə olunurdu. Çaka Georgi Terterin oğlu, bolqarıstanlı Teodor Svetoslav (1300-1321) tərəfindən taxtdan salındı, bu da Tərtərlilərin ikinci səltənətinin başlanğıcı idi, bu da onun oğlu bolqarıstanlı II Georginin hakimiyyətini əhatə edirdi. Tərtər sülaləsini qismən kuman mənşəli Şişman sülaləsi olan Vidin xanədanı davam etdirdi.
Xanəgah məscidi (Quba)
Xanəgah məscidi — Azərbaycanın Quba rayonunun Xanəgah kəndində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid XIX əsrdə tikilib. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Xanəgah məscidi Quba rayonunun Xanəgah kəndində XIX əsrdə tikilib. İnşaasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan, bəzi yerlərdə isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilib. Divarlarının qalınlığı 60–80 sm. arasında dəyişir. Məscidin tavanın tikintisində taxtadan istifadə edilib, üzəri isə kirəmitlə örtülmüşdü. Məscidin minarəsi tavanın mərkəzi hissəsində yerləşib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Xanəli
Xanəli — kişi adı. Xanəli Kərimli — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. Xanəli Tolış — Azərbaycan şairi. Xanəli Fəttayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Xanə-i Bərq-i Cədid (Bünab)
Xanə-i Bərq-i Cədid (fars. خانه برق جديد‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3.230 nəfər yaşayır (735 ailə).
Xanə-i Bərq-i Qədim (Bünab)
Xanə-i Bərq-i Qədim (fars. خانه برق قديم‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.309 nəfər yaşayır (337 ailə).
Xanə-i Bərq-i İsaxani (Bünab)
Xanə-i Bərq-i İsaxani (fars. خانه برق عيسي خاني‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (9 ailə).
Yengikənd-i Xanə-i Bərq (Bünab)
Yengikənd-i Xanə-i Bərq (fars. ينگي كندخانه برق‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 853 nəfər yaşayır (208 ailə).

Digər lüğətlərdə