XEYRƏ

is. Misdən, alüminiumdan, saxsıdan və s.-dən qayrılan dəyirmi, dərin qab. Əti xeyrədə yumaq. Meyvəni xeyrəyə qoymaq.
XEYRAT
XEYRİ
OBASTAN VİKİ
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Barbaros Xeyrəddin Paşa türbəsi
Barbaros Xeyrəddin Paşa türbəsi İstanbul şəhərinin Beşiktaş adlı səmtinin Sinan Paşa Məscidinin qarşısında yerləşir. Türbə XVI əsrin ortalarında Aralıq dənizində Osmanlı İmperiyasına bir çox önəmli qələbələr qazandırmış donanma admiralı Xeyrəddin Paşanın məzarının yerləşdiyi məkandır. Türbə 1541-ci ildə görkəmli memar, Memar Sinan tərəfindən inşa edilmişdir. Türbə 8 küncdən, tək qübbəli, 14 pəncərədən ibarətdir. Giriş qapısının üzərində ərəbcə "Ona cənnətin qapılarını aç" yazılmışdır. Türbənin daxilində 4 məzar yerləşir. Buraya Xeyrəddin Paşa, onun oğlu və həyat yoldaşı həmçinin Cəfər Paşa daxildir. Türbənin yaxınlığında həmçinin İstanbul Dəniz Muzeyi və Barbaros Xeyrəddin Paşa abidəsi yerləşir. Abidə 1944-cü ildə inşa edilmişdir. Keçmişdə Osmanlı donanması mühüm səfərlərindən öncə abidəni ziyarət edirdi.
Xeyrəddin (Vərziqan)
Xeyrəddin (fars. خيرالدين‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (17 ailə).
Xeyrəddin Barbaros
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Xeyrəddin Barbarossa

Xeyrəddin Karaca
Xeyrəddin Karaca (4 aprel 1922 – 20 yanvar 2020, İstanbul) — bir Türk sənayeçi və ətraf mühit fəalıydı. Atası Xocazadə Xəlil Əfəndi və anası Zəhra Xanım, hər ikisi Krımdan mühacir idilər. Orta məktəbi bitirdikdən sonra ailənin trikotaj ticarətini götürərək ölkənin ən uğurlu sənaye müəssisələrindən birinə çevirdi. Karaca firması Türkiyədə ixracatın lideri olub, üstəlik bunu digər müəssisələrdən təxminən 20 il əvvəl həyata keçirmişdir. Xeyrəddin Karaca bu mövzuda belə danışır: " Mən sənayeçi olmaq istəmirdim. İstədiyim ədəbiyyatla məşğul olub qalan vaxtımı təbiətlə iç-içə keçirmək idi. Lakin o vaxtlar atamıza qarşı çıxmaqdan söhbət belə gedə bilməzdi." Əlli yaşlarında Türkiyənin ilk özəl dendrarisini qurdu. Ölkə daxili və xaricində gəzdiyi hər yerdən toxum topladı , botanika bağlarını gəzdi və əlaqələr qurdu. Bu gün Yalovadakı Karaca Arboretumu bütün dünyada botaniklər tərəfindən tanınır. İldə iki dəfə nəşr olunan Arboretum Magazine, alimlərin araşdırmalarının və fikirlərinin dərc olunduğu bir forumdur.
Xeyrəddin Paşa
Xeyrəddin paşa (1822–1890) — müsəlman mütəfəkkiri Əslən qafqazlı (güman ki, azərbaycanlı) olan bu şəxs Tunis hakiminin vəziri olmuş, İstanbula qayıdandan sonra 1878-ci ilin dekabrında baş vəzirlikdə məsul vəzifəyə təyin olunmuş və səkkiz ay işləmişdir. Təcrübəli dövlət xadimi olmaqla bərabər, o, dinə və Qərb elimlərinə dərindən bələd olan bir ziyalı idi. Xeyrəddin paşa Avropa mədəniyyətinin inkişafını ədalətin və azadlığın mövcudluğu ilə əlaqələndirirdi. Avropada dəqiq qanunlar tətbiq olunduğu halda, müsəlman cəmiyyətində şəriət hökmran idi. Xeyrəddin paşa Qərb adət-ənənələrinin kor-koranə yamsılanmasına qarşı çıxır və yazırdı: "İslam dini mədəni inkişafa kömək edən və onu gücləndirən tam siyasi və inzibati təşkilatların yaranmasına qətiyyən zidd deyil". Xeyrəddin paşa iqtisadi inkişafın vacibliyini və sənayeləşdirməni təbliğ etmiş, onun əsərləri ərəbcə, türkcə, fransızca və ingiliscə nəşr olunmuşdur. Erkumend Kuran, "Ataman imperiyasında fikri inkişaf (1718-1922)", "Aljeri aktualite" qəzeti, Əlcəzair, iyul 1981.
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır. Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.
Xeyrəddin Zirikli
Xeyrəddin əz-Zirikli (ərəb. خير الدين الزركلي‎; 25 iyun 1893, Beyrut – 25 noyabr 1976, Qahirə) — Suriya şairi və qəzetçisi. “Əl-Əlam” adlı bir bioqrafik lüğəti yazmışdır.
Xeyrəməscid (Bostanabad)
Xeyrəməscid (fars. خيره مسجد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 423 nəfər yaşayır (91 ailə).
Xeyrənnisa Bəyim(Məhdi Ülya)
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xeyrənnisə bəyim

Çandarlı Qara Xəlil Xeyrəddin Paşa
Çandarlı Qara Xəlil Paşa (ö. 22 yanvar 1387) — Osmanlı sultanı Murad Hüdavəndigar dönəmində baş vəzir olmuş, qazı, qazəsgər, bəylərbəyi vəzifələrində xidmət etmiş dövlət xadimi. Əsl adı Xəlil olub, gənclik illərində Qara və ya Qaraca ləqəbi, vəzirliyə yüksəldikdən sonra isə Xeyrəddin ünvanı ilə anılmışdır. Qaramanoğulları bəyliyinin Sivrihisar əyalətinə bağlı Çəndərə kəndində Əli ağanın oğlu olaraq dünyaya gəldi. İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızı ilə evləndikdən sonra Şeyx Ədəbaliylə bacanaq olmuş, beləcə Osman Qaziylə də qohum olmuşdur. Bu vasitəylə sürətlə yüksəlməyə başlamışdır. Qara Xəlil Əfəndinin üləma zümrəsindən gəldiyi bilinsə də, kimlərdən dərs aldığı və necə yetişdiyi mübahisəlidir. Ancaq onun Osman Qazinin son illərində, Orxan bəyin atasına vəkillik etdiyi dönəmdə Şeyx Ədəbalinin tövsiyəsiylə Biləcik qazısı olduğu dəqiqdir. Bu vəzifədə ikən gördüyü ən mühüm iş isə müntəzəm piyada birliklərini tənzimləməsi oldu. 1331-ci ildə İznik qalasının fəthindən sonra Orxan bəy tərəfindən şəhərin ilk qazısı olaraq təyin edildi.
Xeyrənnisa bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.

Digər lüğətlərdə