1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. – Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. ( Ata. sözü ).
[Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda götürüblər?
// Zərf mənasında. Yavanlıqsız. Çörəyi yavan yemək.
2. Yağlı olmayan, yağsız. Yavan ət.
– [Mahmud:] Suyu asdım, di buyur, yenə yavan şorbanı bişir.
3. məh. Boş, mənasız, şit, duzsuz. Yavan söz.
– Sanki Əzizin yavan və duzsuz söhbətinə şəkər qatdılar.
4. k.t. məh. Qidalı maddələrdən məhrum (torpaq haqqında).
[Miçurin] qəti olaraq öz tingliyini başqa bir yerə – yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı.