1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. – Var evi – kərəm evi; Yox evi – vərəm evi. ( Ata. sözü ).
// Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur.
2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). – Bu axşamkı tamaşaya biletin varmı? – Yox. – Sənə nə olub, xəstə deyilsən ki? – Yox. – Sən bununla razısanmı? – Yox. – Gedəcəksən, ya yox? – Yox, hələ dayan, fikirləşmək lazımdır.
// İnkar edilən şeyin təkrarlanması ilə. – Sabahkı qonaqlığa gələcəksənmi? – Yox, gəlməyəcəyəm. – Bu işi iki günə görüb qurtarmaq olarmı? – Yox, olmaz.
// Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm.
// Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. – Yox, o ağlamırdı.
// Bir şeyi rədd və ya qadağan etməyi bildirir. – Söz verirəm ki, … – Yox, söz-zad vermə. – İstəyirəm ki, görüşünə gəlim. – Yox, sən gəlmə, mən özüm gələrəm.
// Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır.
Mən deyirəm – yox. Sən onu çox dərin adam hesab edirsən.
Mən – yox. Bax gör, qayıdacaq, ya yox.
3. İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq.
4. Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür.
5. Yoxam şəklində – sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam.
6. Yoxdur şəklində – 1) cümlədə işi bildirən xəbər mənasında;
2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. İstisuyun yay aylarında hüsnü yoxdur.
◊ Yox a! – təəccüb, heyrət bildirir. – Az qala yıxılmışdım. – Yox a! Yox demək – mənfi cavab vermək, rədd etmək, qəbul etməmək.
Yox deyil – vardır, mövcuddur, yaşayır.
Yox etmək – puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək.
Yox olmaq – 1) çıxıb getmək, gözdən itmək;
2) itmək, yoxa çıxmaq, gözdən itmək.
3) çəkilmək, görünməz olmaq;
4) tükənmək, bitmək.
Yox olmuş – qarğış ifadəsi.
Yox olsun! – məhv olsun! rədd olsun! Yox yerə – bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan.
Yoxa çəkilmək – tapılmamaq, qıtlaşmaq.
Yoxa çıxmaq – görünməmək, itmək, qeyb olmaq, yox olmaq.
Yoxdan var etmək – heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq.
Yoxdan yaranmaq – çox arıq, cılız adam haqqında.
Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) – həyatın müvəqqətiliyi haqqında.
Heç yox – bax heç.
Nə var, nə yox? – bax var 1 Nə yoxdur – hər şey var. Mağazalarda nə yoxdur.
Söz yox – bax söz.
Söz yoxdur – bax söz.