İrinarx Zavalişin
İrinarx İvanoviç Zavalişin (1769–1821)—Rusiya hərbçisi, şair, yazıçı.
İrinarx İvanoviç Zavalişin peşəkar hərbçi olmuş, tanınmış rus sərkərdəsi ən yaxın silahdaşlarından sayılırdı. O, Polşada quru qoşunlarının əməliyyatlarında, İsveçə qarşı hərbi-dəniz əməliyyatlarında, Hollandiyaya hərbi-dəniz reydində, Norman adalarına dəniz səfərində iştirak etmiş, ordu və donanmanın birləşmiş əməliyyatlarının keçirilməsində böyük təcrübəyə maliik idi. İ. Zavalişin 1803-cü ildə "Həştərxan hərbi rəisi, eləcə də Xəzər dənizindən Qara dənizə qədər Qafqaz xəttinin müfəttişi, Həştərxan kazak qoşunlarının rəisi, regionun bütün hərbi və dəniz qüvvələrinin komandanı" təyin edilmiş, Həştərxan qarnizon alayının şefi vəzifəsinə təsdiq olunmuşdur. Kapitan-leytenanr İ. Veselaqo dəniz hissəsi üzrə, podpolkovnik A. Asayev quru əməliyyatlar üzrə Zavalişinin müavinləri təyin edilmişdirlər. Donanmaya daxil olan hər bir hərbi gəminin öz topları var idi, ticarət gəmilərinə isə əıavə toplar qoyulmuşdu. Lakin Bakının qalası divarlarının qalınlığını nəzərə alaraq xüsusi mühasirə toplarının gətirilməsi sifariş olundu. Sarisından və Qazandan iki ədəd mortir topu yalnız may ayında Həştərxana gətirildiyindən, əməliyyatın başlanması yubadılırdı. Desant qüvvələri Qazan muşketyor alayının altı bölüyü, 16-cı yeger alayının dörd bölüyü və 4 səhra topundan ibarət idi. Nəhayət, iyunun 23-də rus eskadrası dənizə çıxdı.