1. Zehni və fiziki əməyin hər hansı bir sahəsində çalışan adam. Fəal işçi. Qabaqcıl işçilər.
– Mirzağa onu istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi.
// Hər hansı bir müəssisədə, idarədə xidmət edən, çalışan adam. Ticarət işçisi. Poçt işçisi. Elmi işçi.
– Qoçularla əlbir olan polis işçiləri özlərini görməməzliyə vururdular.
Milis işçisi də qayğı göstərib onu ötürmək qərarına gəlmişdi.
2. Fəhlə. İşçilərlə kəndlilərin ittifaqı.
[Eyvaz:] Mənim həqiqət sandığım kitabda … işçi var, fabrikant var.
Mən işçi firqəsi nümayəndəsiyəm.
◊ İşçi qüvvəsi – fəhlələr, işçilər. Bu işi görmək üçün işçi qüvvəsi lazımdır. İşçi qüvvəsi çatışmır. Mexaniki qüvvə ilə görülməsi mümkün olmayan işlər üçün … əlavə işçi qüvvəsi verilmişdi.