ƏSƏRİ GƏLMƏK

1. Xəstəliyin əlamətləri görünmək, üzə çıxmaq, titrətmək. 

2. Orqanizmi tələb etmək; ~ dəmi gəlmək, havası gəlmək.

ƏSƏBLƏRİNİ KORLAMAQ
ƏSGİSİ TÜSTÜLÜ OLMAQ
OBASTAN VİKİ
Musiqi əsəri
Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir. Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir. Назайкинский Е. В. Логика музыкальной композиции.М., изд., "Музыкальный энциклопедический словарь", 1982. Чередниченко Т. В. Музыкальное произведение, М., изд., "Музыкальный энциклопедический словарь", 1982.
Üçlük əsəri
"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir. Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir. “Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir. Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Leyla (Kaveliusun əsəri)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. Roman dramatik və təsirli bir həyat hekayəsini əks etdirən həqiqi hadisələrə əsaslanır. Bu kitab Bosniya müharibəsi zamanı əsir düşən və qeyri-insani rəftara məruz qalan Leylanın həyatını və keçirdiyi travmaları nəql edir. “Leyla” romanı oxuculara müharibənin və zorakılığın insan həyatları üzərindəki dərin və davamlı təsirlərini anlamaq üçün bir pəncərə açır. Leylanın hekayəsi, insanlıq adına edilən ən qaranlıq əməlləri və bunlara qarşı verilən ən cəsarətli mübarizələri izah edən təsirli bir əsərdir. Əsər yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Əsas mövzular 1. Müharibənin zalımlığı və qeyri-insani rəftar: Kitab müharibənin amansız üzünü və insanların müharibə zamanı nə qədər qəddar ola biləcəyini göstərir.
Abaddon (Rövşən Abdullaoğlunun əsəri)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Göyçay bağlarında (rəsm əsəri)
Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri. == Haqqında == Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub. Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir. Kamenski həm də qeyd edir ki, şəkildə nə birbaşa nə də geri prespektiv yoxdur cisimlər şəklin tam mərkəzində möhkəmlənib və künclərə doğru kiçilir.
Hwarang:Döyüşü gənclər əsəri
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. == Haqqında == Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kaskina döyüşü (rəsm əsəri)
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri. == Mənşəyi == Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır. == Haqqında == Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Müstəqilliyin yüzilliyi (rəsm əsəri)
Müstəqilliyin yüzilliyi (fr. Le centenaire de l'indépendance) — Məşhur postimpressionist rəssam Henri Russonun rəsm əsərlərindən biri.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Qəhvə evi (rəsm əsəri)
Qəhvə evi, Osman Həmdi Beyin 1879 tarixində çəkdiyi, natüralist və şərqşünas izlər daşıyan tablosudur. Pəncərənin önündəki divanda bir cür nargilə sayıla biləcək bir tütünü uzun bir çubuqla içən bir adam ilə ona Türk qəhvəsi gətirən bir qadın təsvir edilmişdir. Bu iki adamla birlikdə, məkanın betimlemesine də ağırlıq verilmişdir. Bu istiqamətlə şərqşünas bir əsərdir. Qadın sarı rəngli bir bindallı paltar; adam isə qırmızı bir xalat və kavuk geymişdir. Adamın oturduğu sidrin yan tərəfində isə taxta qabartma işləmələr yer alır. Ənənəvi Türk evi və çinilerle bəzənmiş dəzgah təsvir edilmişdir. Zəminin bir parçasında altıbucaqlı örtmələr, digər hissəsində lent lent uzanan üçbucaq örtüklər vardır.
Silah taciri (rəsm əsəri)
Silah Taciri, Osman Hamdi Bey'in 1908 tarixində çəkdiyi, şərqşünas tablosudur. Ankara Şəkil Heykəl Muzeyində iştirak etməkdədir. Özünü (iki adam olaraq) və oğlunu, daha köhnə bir dövrün geyimləri içində resmettmiştir. Osman Həmdi'nin özü bir sütun başlığı üstündə oturur. Üzərində oturduğu sütun başlığı ilə muzey quruculuğuna göndərmə etdiyi düşünülmüşdür. El hərəkatı, öz oğluna nəsihət verməkdə olduğu şəklində şərh olunar. Oğlu isə qınından çəkdiyi qılıncı araşdırarkən təsvir edilmişdir və gənclik illərini təmsil edər. Geydikləri fərqli papaqlar və birinin oturarkən digərinin ayaqda, birinin silahları bırakmışken digərinin silahla göstərilməsinin qurşaq fərqini izah etdiyi şəklində şərh olunar. Arxa planda isə bir əlində kitab tutan yaşlı bir adam ilə ona bez parçası uzadan bir bəzirgan görülər.
Yatan inək (rəsm əsəri)
Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad. 1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir. Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.
Sevastopolun mühasirəsi (rəsm əsəri)
Sevastopol mühasirəsi (rus. Панорама Оборона Севастополя ) - 1901-1904-cü illər ərzində fransız əsilli rus rəssamı Frans Rubo tərəfindən çəkilmiş rəsm əsəri. Tablo Panorama rəssamlığının ən mühüm nümunələrindən biri hesab olunur və əsərdə 1854-1855-ci illərdə Krım yarımadasının Sevastopol şəhəri yaxınlığında baş vermiş qanlı döyüş təsvir edilmişdir. Sevastopol mühasirəsi tablosunda 1854-1855-ci illərdə Rusiya İmperiyası ilə ittifaq dövlətləri arasında Sevastopol şəhəri ətrafında baş vermiş döyüş təsvir olunmuşdur. Rəsm əsəri böyüklüyü səbəbindən dairəvi planda tikilmiş xüsusi pavilyonda sərgilənmişdir. Frans Rubo rəsm əsərinin üzərində 1901-ci ildən etibarən işləməyə başlamış və işlər üç ərzində davam etmişdir. Rəssam, tablonu çəkməmişdən əvvəl Sevastopol şəhərinə gedərək tərəflər arasında döyüşün baş verdiyi əraziləri ziyarət etmiş və döyüşün təsvir olunduğu onlarla hərbi raportlarla tanış olmuşdur. Rubo eyni zamanda müharibədə iştirak etmiş, ancaq sağ qalmış keçmiş döyüşçülərlə də söhbətlər aparmışdır. Əsərin ilk eskizi Sankt-Peterburq şəhərində, rəssamın çalışdığı emalatxanada çəkilmişdir. Əsərin çəkilməsinə Bavariya Rəssamlıq Akademiyasının mərkəzi emalatxanasında davam etdirilmişdir və rəssam tərəfindən burada 115 metr enində, 14 metr uzunluğunda kətan lövhədən istifadə olunmuşdur.