Həsən Rüfətov
Asan Refatov, Həsən Rüfətov və Qasan Rıfatov (1903, Bağçasaray, Tavriya quberniyası[d] – 1 noyabr 1938) — Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri. Musiqiçi, şair.
== Həyatı ==
Həsən Rüfətov 1902-ci ildə Bağçasarayda anadan olub.
Həsən Rüfətov 1922-ci ildə Ağməsciddəki Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə başlayır. Tezliklə burada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazır. Qısa zamanda "Totaykıy marşı", B.Çobanzadənin şeirinə "İgid marşı", Şevki Bektörənin şeirinə "Qış günündə diləyim", Ümer İpçinin şeirinə "Gənc bülbülcük" mahnılarını, eləcə də Leyli-Məcnun, Tahir-Zöhrə dramlarına, A.S.Puşkinin "Bağçasaray çeşməsi" poeması əsasında hazırlanmış tamaşaya musiqi yazır.
Evində pianinosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış "Çorabatır" operasını bitirir. Musiqi alətlərinin, peşəkar kadrların, dekorların və s. qıtlığına baxmayaraq, 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Ağməsciddəki Qızıl Əsgər Klubunda tamaşaya qoyulur.