Rüfət Vaqif oğlu Sadıqov (13 noyabr 1995, Quşçu, Daşkəsən, Azərbaycan — 4 oktyabr 2020, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rüfət Sadıqov | |
---|---|
Rüfət Vaqif oğlu Sadıqov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quşçu, Daşkəsən, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Daşkəsən Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2020 |
Rüfət Sadıqov 13 noyabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2013-cü ildə Quşçu kənd Əli İsmayılov adına orta məktəbini bitirib.[2][3] 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmət müddətində dəfələrlə Fəxri fərmanlarla təltif olunub.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüfət Sadıqov Kəlbəcər döyüşlərində savaşıb. Vüsal Cəfərov 4 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə şəhid olub. 19 dekabr 2020-ci ildə Daşkəsən Şəhidlər Xiyabanı'nda dəfn edilib.[5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Sadıqov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]