TER

I
(Bərdə, Culfa, Gəncə, Hamamlı, Şərur)
böyük xurcun. – Terin içinə ağır şeylər qoymaq olar. – Teri atın belinə aşır (Bərdə); – Xurcunu adam çiyninə salır, teri heyvanın belinə salıf içinə şey doldurullar (Hamamlı); – Teri sal ulağın üstünə, doğulan quzuları daşı dölçəyə (Culfa)
II
(Çənbərək)
kilim, palaz
TEPŞİMAX
TERAN
OBASTAN VİKİ
Bas Ter
Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır. Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və kompozitoru, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur. == Adlandırılması == «Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur.
Qrand Ter
Qrand Ter (fr. Grande Terre) — Yeni Kaledoniyanın ən iri və əsas adası. Adanı 1774-cü ildə britaniyalı səyyah Ceyms Kuk kəşf etmiş və Yeni Kaledoniya olaraq adlandırmışdır. Bu termin nəyinki bu adaya həmcinin onun ətrafındakı adalara da şamil olunur. Yerliklər isə adanı "Le Kayya" olaraq adlandırırdılar. Adada ən iri yaşayış məntəqəsi Numeadır. O həmdə Fransanın dəniz arxası ərazisi olan Yeni Kaledoniyanın mərkəzidir. Ada Sakit okeanın tropik qurşağında yerləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Mərkəzi silsilə tropik meşələrlə örtülüdür.
Arkadi Ter-Tadevosyan
Arkadi Ter-Tadevosyan (erm. Արկադի Տեր-Թադևոսյան, rus. Аркадий Тер-Тадевосян; 22 may 1939, Tbilisi – 31 mart 2021, İrəvan) — Birinci Qarabağ müharibəsi dövründə erməni qüvvələrinin hərbi lideri və Ermənistanın keçmiş müdafiə nazirinin müavini olan sovet və erməni generalı. Ter-Tadevosyan 1992-ci ilin may ayında baş vermiş Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınır. Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur. == Həyatı == Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra zabit olmağa qərar verdi. Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasına qəbul oldu. Əfqanıstanda vəzifədə olarkən "Dağ tülküsü" ləqəbini qazandı. Şərqi Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirdi və Ermənistan Dövlət Aqrar Universitetində müəllim vəzifəsində çalışmağa başladı.
Bas-Ter (rayon)
Bas-Ter (fr. Basse-Terre) — Fransanın Qvadelupa regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qvadelupa. Suprefektura — Bas-Ter. Rayon əhalisi 2006-cı ildə 189.529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 221,93 nəf./ km². Rayon ərazisi — 854 km².
Dayana Ter-Hovanesyan
Dayana Ter-Hovanesyan (ing. Diana Der Hovanessian; 21 may 1934, Vuster[d], Massaçusets – 1 mart 2018, Kembric, Massaçusets) ― erməni əsilli ABŞ şairi, tərcüməçisi və yazıçısı. Onun şeirlərinin əksəriyyəti Ermənistana və erməni diasporuna həsr olunmuşdur. O, iyirmi beşdən çox kitab müəllifidir. == Həyatı və karyerası == Dayana Ter-Hovanesyan Massaçusets ştatının Vuster şəhərində yaşayan erməni ailəsində anadan olub. O, ingilis dili ixtisası üzrə Boston Universitetində təhsil almışdır və daha sonra təhsilini Harvard Universitetində davam etdirdi, tanınmış ABŞ şairi Robert Louell orada onun müəllimlərindən biri idi.. O, İrəvan Dövlət Universitetində Amerika ədəbiyyatı üzrə professor, iki dəfə isə erməni poeziyası üzrə Fulbrayt qrantı proqramı üzrə professor dərəcəsini almışdır. Boston Universiteti, Bard Kolleci və Kolumbiya Universiteti də daxil olmaqla bir çox təhsil müəssisələrində seminarlar aparmışdır və həmçinin qonaq şair və Amerika poeziyası, tərcümədə erməni poeziyası və Amerika Birləşmiş Ştatları və xarici ölkələrdə insan hüquqları ədəbiyyatı mövzuları üzrə mühazirəçi olmuşdur. Otuz ildən çox müddət ərzində o, Yeni İngiltərə poeziya klubunun (ing. New England Poetry Club) prezidenti vəzifəsində çalışmış və Kolumbiya Universitetinin tərcüməçilər şurasının üzvü olmuşdur.
Levon Ter-Petrosyan
Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945, Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). == Həyatı == Levon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmişdir. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olmuşdur. Anası milliyətcə assuriyalı olub. Ter-Petrosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra təhsilini M. Abeqyan adına ədəbiyyat institutunun və Leninqrad şərqşünaslıq institutunun aspiranturasında davam etdirib. 1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olur. 1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham edirdilər. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır.
Norat Ter-Qriqoryants
Norat Ter-Qriqoryants (erm. Նորատ Տեր-Գրիգորյանց, 16 iyul 1936, Orconikidze) — Sovet və Ermənistan hərbi generalı.
Qavriil Ter-Mikelov
Qavriil Mixayloviç Ter-Mikelov (rus. Гавриил Михайлович Тер-Микелов, erm. Գափրիել Տեր-Միքաելյան; 16 aprel 1874, Stavropol – 14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru. == Həyatı == Qavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır. 1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir. Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir.
Yasper ter Heyde
Yasper ter Heyde (29 mart 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Yasper AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. 19 dekabr 2017-ci ildə o, Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Yasper öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Dani de Viti əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yasper Amsterdam şəhərində anadan olmuşdur. Valideynləri isə Cənubi Koreya vətəndaşlarıdır. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Mark-Andre ter Ştegen
Mark-Andre ter Ştegen (alm. Marc-André ter Stegen; 30 aprel 1992[…], Mönxenqladbax, Şimali Reyn-Vestfaliya) — alman futbolçu, qapıçı. Barselona klubunda oynayır. Almaniya millisinin ehtiyat qapıçısıdır.
Ter-Abramyanın gəlirli binası
Ter-Abramyanın gəlirli binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Sadovnaya küçəsi, ev 51 ünvanında yerləşir. Bina 1886-cı ildə inşa edilmişdir. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Bu qeydiyyata 2009-cu il 1 yanvar tarixindən qeydiyyata alınmışdır. Bina borokko stilində inşa edilmişdir. Yaşayış binası kimi istifadə edilir. == Tarixi == ХIХ əsrdə rostovli sahibkarın Rostov-na-Donu şəhərinin bir çox yerində kitab mağazaları olmuşdur. 1880—ci illərə qədər onun tipoqrafiyası və kitabxanası icarəyə götürülmüş binada yerləşirdi. İşlərinin genişlənməsi ilə ona xüsusi və geniş ev tələb olunmuşdu.
11 sentyabr terror aktları
11 sentyabr hücumları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. == Hücumun hədəfləri == Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir.
11 sentyabr terror aktları icraçılarının siyahısı
"Hava quldurları" (ing. hijackers) kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər. Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun (ing. muscle hijackers) dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar. Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər. Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi.
11 sentyabr terror aktı
11 sentyabr hücumları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. == Hücumun hədəfləri == Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir.
1977-ci ildə Moskvada törədilən terror aktları
1977-ci ildə Moskvada törədilən terror aktları 8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilmişdi: 17:33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdür. 18:05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir. 18:10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdür. Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. == İstintaq == Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, daxili işlər nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdir. Partlayıcı qurğunun qalıqlarını yığaraq müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu bu Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyinin versiyası yarandı.
2015 Ankara terror aktı
2015 Ankara partlayışları (türk. 2015 Ankara saldırısı) - 2015-ci ilin 10 oktyabr tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Ulus səmtində yerli vaxtla saat 10:04-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 80 nəfərin həlak olduğu və 126 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Acacia terminalis sensu
Acacia elata (lat. Acacia elata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Acer pseudoplatanus var. ternatum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Achillea teretifolia
Achillea teretifolia (lat. Achillea teretifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Aerodramus terraereginae
Aerodramus terraereginae (lat. Aerodramus terraereginae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Aeroport terminalı
Aerovağzal və ya aeroport terminalı (q.yun. ἀέριος – "hava" + ing. vauxhall – "vağzal") — hava limanında sərnişinlərə xidmət göstərmək üçün bina. == Xüsusiyyətlər == Sərnişin kompleksinin hava limanı zonası mərkəzində yerləşən əsas tikilisidir. Kompleksə, əsasən, bunlar daxil olur: şəhər nəqliyyatı üçün dayanacağı olan vağzalyanı meydança, təyyarə dayanacağı olan perron, perronun texniki xidmət binası, təyyarədəki sərnişinlər üçün yemək hazırlayan sex, mehmanxana, komanda-dispetçer məntəqəsi və s. Aerovağzal daxili və beynəlxalq xətlərə xidmət edə bilər. Aerovağzalda sərnişinlərə göstərilən xidmətlərə bilet satışı və qeydiyyatı, baqaj qəbulu, komplektləşdirilməsi və təhvili, təyyarələrin hərəkəti haqqında məlumat verilməsi, poçt xidməti, məişət xidməti, tibb xidməti və s. daxildir. Beynəlxalq hava xətlərinin aeroportlarında bu proseslərə sərhəd pasport nəzarəti və baqajların gömrük qaydaları ilə yoxlanması da daxildir. Böyük şəhərlərdə əhaliyə xidməti yaxşılaşdırmaq və aeroportların işini yüngülləşdirmək məqsədi ilə şəhər aerovağzalları tikilir.
Akkumlyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Alenuş Teryan
Alenuş Teryan (ing. Alenush Terian, erm. Ալենուշ Տէրեան; 1920—2011) — erməni əsilli iranlı alim, astronom və fizik; onu müasir İran astronomiyasının anası adlandırırlar. == Bioqrafiya == O, 1920-ci il noyabrın 9-da Tehranda erməni ailəsində anadan olmuşdur. Onun atası Arto, Arizad kriptonimi ilə rejissor, şair və tərcüməçi idi; anası Vartui teatr aktrisası və rejissoru idi. 1947-ci ildə Tehran Universitetinin Elmlər fakültəsini bitirib, burada əmək fəaliyyətinə fizika laboratoriyasında başlayıb və tezliklə laboratoriyanın müdiri olub. Teryan Fransada təhsil almaq məqsədi ilə təqaüd üçün müraciət etmiş, lakin Tehran Universitetinin professoru Mahmud Hesabi iranlı qadının təhsilinin kifayət qədər olduğunu düşünərək buna razılıq vermir. Lakin atasının maddi dəstəyi ilə Alenuş yenə də Fransaya təhsil almağa gedir və burada 1956-cı ildə Sorbonna Universitetində (indiki Paris Universiteti) atmosfer fizikası üzrə doktorluq dərəcəsi alır. İrana qayıdaraq Tehran Universitetində termodinamika üzrə dosent olur. Daha sonra Almaniya hökuməti tərəfindən Tehran Universitetinə verilən təqaüdlə Qərbi Almaniyada günəş fizikası sahəsində dörd ay işləyir.
Alisma graminifolium f. terrestre
Alisma gramineum (lat. Alisma gramineum) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. == Arealı == Alisma gramineum növü Şimal yarımkürəsi üçün endemik növdür. == Sinonim == Alisma arcuatum Michalet Alisma arcuatum var. angustissimum (DC.) Lunell Alisma arcuatum var. graminifolium (Wahlenb.) Casp. Alisma arcuatum var. lanceolatum (Buchenau) Lunell Alisma arcuatum var. pumilum Prahl Alisma geyeri Torr. Alisma geyeri var.
Alisma plantago-aquatica var. terrestre
Alisma gramineum (lat. Alisma gramineum) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. == Arealı == Alisma gramineum növü Şimal yarımkürəsi üçün endemik növdür. == Sinonim == Alisma arcuatum Michalet Alisma arcuatum var. angustissimum (DC.) Lunell Alisma arcuatum var. graminifolium (Wahlenb.) Casp. Alisma arcuatum var. lanceolatum (Buchenau) Lunell Alisma arcuatum var. pumilum Prahl Alisma geyeri Torr. Alisma geyeri var.
Aliyə Terequlova
Aliyə Ramazan qızı Terequlova (13 may 1913, Tiflis – 13 mart 1968, Moskva) — azərbaycanlı aktrisa. Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Aliyə Ramazan qızı Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub. Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır. Aliyə Ramazan qızı Terequlova 1913-cü ildə Bakıda doğulub. On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb.
Allüvial terras
Alpaqut (termin)
Alpaqut — Alpaqut cəsur döyüşçü, igid deməkdir. Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabında "alpaqut" sözü 3 dəfə çəkilib. == Tarixçə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Mahmud Qaşqarlı bu kəlməni Divai Luğatit Türk əsərində, "Düşmənə tək başına hücum edən və heç bir tərəfən tələyə düşməyən igid (Türkiyə türkcəsində: Tek başına düşmana saldıran, hiç bir yandan yakalanmayan yigit – I, 144; III 422)" anlamında izah edir. Orxun kitabələrində də alpaqutalpaqut adı keçir. Orta əsr türk tayfaları arasında alpagut adlı boy vardı. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır.
Ankara şəhərlərarası avtobus terminalı
Ankara şəhərlərarası avtobus terminalı (türk. Ankara Şehirlerarası Otobüs Terminali) — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən avtobus terminalı. Davamlı dəyişikliklər və təmirə məruz qalan Türkiyənin ən böyük avtobus terminalı, 1995-ci ildən bəri minlərlə avtobus şirkətinə xidmət etmişdir. Terminaldan günlük avtobus səfərləri baş tutur. Ankarayın avtobus terminalı stansiyası da mövcuddur. == Tarixçə == 1 yanvar 1997-ci ilədək Ankara Böyükşəhər Bələdiyyəsi İş və Tərəfdaşlıqlar Baş Müdirliyinə bağlı qalmış, daha sonradan Bugsaş Müdirliyinə bağlanmışdır. Hal-hazırda da Bugsaş Müdirliyinin baş direktoru bu terminaldan məsuliyyət daşıyır. Utarit İzgi, Asım Mutlu, Əsat Suher, Yılmaz Zəngər, Ünal Dəmiraslan və Zühtü Müridoğlu ilə birlikdə memarlıq layihəsi hazırlanmışdır. == Mübahisəli tətbiqlər == Ankara Böyükşəhər Bələdiyyə Başçısı Terminalda özəl avtobusların istifadəsini qadağan etmiş, böyük mübahisəyə səbəb olmuşdur. Lakin, sonradan bu qanunun icrası dayandırılmışdır.
Anna-Tereza Timineçka
Anna-Tereza Timineçka (ing. Anna-Teresa Tymieniecka) — Polşa əsilli amerika filosofu, müasir dövrün ən məşhur və daim fəaliyyətdə olan fenomenoloqlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, Springer nəşriyyatı tərəfindən nəşr edilən Analecta Husserliana adlı (100-dən artıq cildi çapdan çıxmış) kitab silsiləsinin redaktoru . == Həyatı == === Təhsil və müəllimlik fəaliyyəti === Anna-Tereza Timineçka 28 fevral 1923-cü ildə Polşanın Marianovo şəhərində Polyak-Fransız aristokrat ailəsində anadan olmuşdur. Onun fəlsəfə ilə tanışlığı erkən illərdən başlanmışdır. Belə ki, bu dövrdə o, Lvov-Varşava Fəlsəfi məktəbinin yaradıcısı olan Kazimir Tvardovskinin (Kazimierz Twardowski) Zur Lehre vom Inhalt und Gegenstand des Vorstellungen (Təsəvvürlərin məzmunu və predmetinə dair) adlı fundamental əsəri və həmçinin Platonun və Berqsonun bir çox əsərləri ilə tanış olur. Sonuncu müəllifin fəlsəfəsinə maraq onun anası Mariya-Ludvika de Lanval Timineçka (Maria-Ludwika de Lanval Tymieniecka) tərəfindən yaradılmışdı. İkinci dünya müharibəsindən sonra Anna-Tereza Timineçka fəlsəfə ilə Krakovda Jagiellon universitetində (Jagellonian University) sistematik məşğul olmağa başlayır. Burada o, Kazimir Tvardovski və Edmund Hüsserl kimi məşhur müəllimlərin tələbəsi olmuş Roman İngqarden rəhbərliyi altında çalışır. Eyni vaxtda o, Krakov İncəsənət Akademiyasında təhsil alır. İki ilə universitet proqramını tam başa vuran Anna-Tereza Timineçka öz təhsilini davam etdirmək üçün İsveçrəyə gedir.
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) == Antropogen çirklənmə == İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. == Antropogen eroziya == İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. == Antropogen relyef == Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) == Antropogen torpaqlar == İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. == Antropogen səhralar == Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. == Antropogen mühit == Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Aromatiklik termini
Aromatiklik - əvvəllər bu termin kimyəvi cəhətdən benzola oxşar birləşmələrə deyilirdi. Nəzəri üzvi kimyaya görə müvafiq xətti quruluşlu birləşmələrə nisbətən qoşulmuş rabitəli tsiklik birləşmələrin davamlılığını göstərmək üçün istifadə edilir. Aromatikliyin nəzəri əsasına və Hükkelin molekulyar orbitalların hesablanması qaydasına görə, monotsiklik quruluşu sp2 - hibridləşmiş karbon atomu və (4n+2)π-elektronu olan birləşmələr aromatikdir. == Aromatik karbohidrogenlər == Aromatik karbohidrogenlərə əsasən benzol və onun törəmələri aiddir. Bu birləşmələr xassə və quruluşlarına görə xüsusi seçildiyindən, onları üzvi kimya kursunun ayrıca bölmələrində öyrənirlər. == Strukturunun spesifikası. Hükkel qaydası == İlk dəfə benzolu Faradey almış (1825-ci il) və onun brutto formulunu C6H6 müəyyənləşdirmişdir. Sonralar benzolun xassə və quruluşuna, molekulyar formulu C6H6-ya uyğun olan bir sıra strukturlar təklif olunmuşdur. Onlardan bir neçəsini nəzərdən keçirək: dipropargi, divinilasetilen, duüar, ladenburq, klaus, tile və s. 1930-cu ldə Hükkel birinci dəfə kvant mexanikası üzrə aromatik birləşmələrin quruluşunu izah etmişdir.
Artemisia terrae-albae
Artemisia terrae-albae (lat. Artemisia terrae-albae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Atriplex rosea subsp. terraconensis
Atriplex rosea (lat. Atriplex rosea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex alba Scop. Atriplex albicans Besser Atriplex arenicola Hauman Atriplex arenicola var. albescens Hauman Atriplex argentea Schrad. ex Moq. Atriplex axillaris Ten. Atriplex besseriana Schult. Atriplex foliolosa Link Atriplex foliosa Guss. Ex Nyman Atriplex graeci Tineo Atriplex monoica Weigel Atriplex monoica Moench Atriplex polysperma Ten.

Digər lüğətlərdə