VÜQAR

is. [ ər. ] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq.
Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun.
[Qəhrəman:] Onlar nə qədər həyəcanlı olsalar da, özlərini yaxşı saxlayır və vüqar göstərirdilər. H.Nəzərli.

// məc. Əzəmət, böyüklük.
Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm.
Bir vüqar duyaraq onun səsində; Yer-göy alqışladı bu qəhrəmanı. M.Rahim.
Bu heykəlin vüqarı bölüyə aşkar olduqca, qəribə təsir edirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VÜQAR 1. VÜQAR Deyir Məşədi bəy alnında vüqar; Onun ipək kimi təbiəti var (S.Vurğun); AĞIRLIQ [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müva
  • VÜQAR təmkin — ağırlıq — ciddiyyət — başıucalıq
VÜKƏLA
VÜQARLA

Digər lüğətlərdə