ABAQA

aba və ağa sözlərindən yaranmış, əmi ağa, hörmətli dost deməkdir. «Kətan lifi» mənası da vardır. Elxani hökmdarı Hülakinin oğlu da Abaqa xan (1234-1282) adlanırdı.
ABAKƏR
ABAS
OBASTAN VİKİ
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234, Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Həmədan) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir. Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi.
Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. == Həyatı == XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. == Dul həyatı == Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.