Abdulcəlil Xuluqvi
Abdulcəlil Xuluqvi (ləzg. Абдулджелил Хулухви; 1880-1937) və ya doğum adı ilə Abdulcəlil Sadiq oğlu Ramazanov — Ləzgi əsilli Azərbaycan şairi. O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır.
== Həyatı və fəaliyyəti ==
Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Rusiya imperiyasının, Bakı quberniyasına daxil, Xuluq kəndində (hazırda Qusar rayonu ərazisində) anadan olub.
O, Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən Əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şeirlərinin yaradıcılığını öyrənmişdir. Abdulcəlil Azərbaycan, fars, türk, ərəb dillərinidə bilirdi. Onun həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdi. Abdulcəlil Əhməd Cavad və Mircəfər Bağırovla dostluq etmişdir.