Alptəkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi.
== Həyatı ==
Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi.
== Ailəsi ==
Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi.
Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.