Zaxari Amaşukeli
Zaxari Vasiliyeviç Amaşukeli (30 iyun (12 iyul) 1862, Rusiya imperiyası – 3 aprel 1942) — Rusiya imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, onun süvari diviziyasının komandanı, AXC Hərb nazirliyi yanındakı Hərbi Şuranın üzvü, general-mayor (1917). Birinci Dünya müharibəsinin qəhrəmanlarından biri.
== Həyatı ==
Təhsilini Voronej kadet korpusunda almışdır. 1881-ci ildə Nikolayevskaya Kavaler Məktəbində siravı yunker rütbəsi ilə həm ali təhsil almış, həm də xidmət etmişdir. 12 sentyabr 1883-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmiş və kornet rütbəsi ilə 16-cı Tver draqun polkunun Qafqaz kavaler diviziyasında xidmət etməyə başlamışdır. 1885-ci ildə poruçik, 1891-ci ildə ştabs-rotmistr, 1899-cu ildə rotmistr, 1907-ci ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsinin başlanma ərəfəsində (1914) polkovnik rütbəsinə yüksəlmişdir.
Birinci Dünya müharibəsində 16-cı Tver polkunun qərərgah zabiti kimi iştirak etməyə başlamışdır. 15 oktyabr 1916-cı ildə IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə tltif edilmişdir:
[Medal verilir] ona görə ki, 11 iyul 1915-ci ildə Xanoğlu kəndi yaxınlığında düşmənin ağır tüfəng və pulemyot atışi altında alayın squadron bölməsinə komandanlıq edərək o, süvari hücumu təşkil etmiş, 3 xətti keçməyi bacarmış, düşmənin piyada hücumunun qarşısını almış və geri çəkilənləri təqib etmişdir.
1917-ci ildə II Revelskovo süvari sərhəd polkunun komandanı təyin edilmişdir.