İFLİC

is. [ ər. ]
1. Orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən qoyan xəstəlik. İflic olmaq. İflic vurmaq. İflic tutmaq. Beyin iflici.
// Bu xəstəliyə tutulmuş (adam). Neçə illərdir iflicdir.
2. məc. Fəaliyyətsizlik, durğunluq, hərəkətsizlik.
[Məhərrəm əmi:] İnan ki, o mələk sandığınız zəhərli ilanlar bir gün sizi iflic, yaramaz və eybəcər qoyacaq. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İFLİC İFLİC (tib.), FALİC (köhn.) Evlənmək dursun kənarda, bu azardan [Mahmud] divanə olub çöllərə düşə bilər, falic olar
İFLAS
İFLİM-İFLİM
OBASTAN VİKİ
İflic
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur.
Bell iflici
Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Yuxu iflici
Yuxu iflici — insanın adətən yuxuya getmə və ya oyanma prosesində iflic yaşadığı müvəqqəti vəziyyət. Yuxu iflici zamanı fərd şüurlu olur və ətrafdakılardan xəbərdar olur, lakin öz iradəsi ilə bədənlərini hərəkət etdirə bilmir. Bu, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və tez-tez sinə üzərində təzyiq hissi, nəfəs almaqda çətinlik, çarəsizlik, qorxu hissi ilə müşayiət olunur. Yuxu iflici yaşayan insanlar tez-tez eşitmə, vizual və toxunma duyğuları da daxil olmaqla müxtəlif duyğu üsullarını əhatə edə bilən parlaq və sıx halüsinasiyalar yaşayırlar. Fərdlər qəribə səslər, pıçıltılar, ayaq səsləri və ya reallıqda olmayan digər səsləri eşidə bilər. Bəzi insanlar "başqa dünyaya aid" və ya narahatedici hiss edən səslər və ya söhbətlər eşitdiklərini bildirir, ətraflarında müxtəlif varlıqları, fiqurları və ya obyektləri gördüyünü xəbər verirlər. Bu, vizual halüsinasiyalar çox vaxt kölgəli, təhdidedici və ya sürreal olaraq təsvir edilir. Bəzi fərdlər isə çarpayısının üstündə üzmək, uçmaq və ya havaya qalxmaq hisslərini yaşayır, görünməyən bir qüvvə tərəfindən toxunulduğunu, tutulduğunu və ya sıxıldığını hiss edirlər. Bəzi hallarda fərdlər qoxu və ya dadla bağlı halüsinasiyalar bildirə bilər, baxmayaraq ki, bu hal çox nadir baş verir. Yuxu iflicinin şizofreniya ilə birbaşa əlaqəsi yoxdur və müstəqil bir xəstəlik deyil, normal yuxu fenomeni hesab olunur.

Digər lüğətlərdə