1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. – Bal tutan barmaq yalar. ( Ata. sözü ).
□ Bal arısı – bal hasil edən arı.
Ana balı – qoca arıların hasil etdikləri bal (beçə balına nisbətən rəngi tutqun olur).
Beçə balı – cavan arıların hasil etdiyi bal.
Qoca balı – bax ana balı.
Şəhd balı – şandan çıxarılan mumsuz bal.
2. məc. Çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin).
◊ Ağzından bal tökülmək – çox şirin sözlər danışan adam haqqında.