RƏŞADƏT – QORXAQLIQ ...Bu qəhrəman bir daha ayağa qalxmaq, qılınc vurmaq üçün özündə bir mətanət və qüdrət, ruh və rəşadət tapacaqdımı? (M
RƏŞADƏTLİ – QORXAQ Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qorxaq nə zərər edər, nə mənfəət (Ata. sözü)
RƏZALƏT – FƏZİLƏT Bu fəzilət deyil, rəzalətdir (H.Cavid)
RƏZİL – LƏYAQƏTLİ Anri lənət yağdırır: Rəzil mütləqiyyətə! (B.Vahabzadə); Moskvada ləyaqətli bir işə keçdi (M
RİCA – ƏMR Onu göndər mənə, budur bir ricam; Qoy səndən uzaqda duyum iyini (R.Rza); Əmrinizin dalını buyurunuz (S
RİYAKAR – HƏYALI Ancaq ki, riyakar gözlərdən uzaq; Aparın, bir çayda basdırın məni! (R.Rza); Özünü həyalı bir gəlin kimi aparırdı (İ
RİYAKARLIQ – HƏYALILIQ Nicat yolunuzu, mahiyyətinizi hiylə və riyakarlıqda görürsünüz (M.Talıbov); Onda qız həyalılığı vardır (S
RÜTUBƏTLİ – QURU Sizin zirzəmi bizimkindən rütubətlidir (S.Vəliyev); Oturmağa quru yer axtarırdı (Ə.Vəliyev)
SABAH – BU GÜN Sabah tamaşa günüdür, ciddi hazırlaş (S.Vəliyev); Qapının ağzında Qızyetər qarı; Əlləri qoynunda oturub bu gün (S
SABAHKI – BUGÜNKÜ Sabahkı təntənənin sorağını aldılar (S.Rüstəm); Bugünkü plovun xərci də mənlədir (S
SABİQ – GƏLƏCƏK Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı (Ə.Haqverdiyev); Gələcək günlərə aparmalıyam, mürəkkəb əsrimi (R
SABİT – DƏYİŞKƏN Əsil aşiq olur sevgidə sabit (H.Cavid); Hibrid orqanizmlər daha dəyişkən olur (M.Axundov)
SABİTLƏŞMƏK – SƏRBƏSTLƏŞMƏK Sabit birləşmələr dilin tarixi və inkişafı prosesində yaranır və sabitləşir (Y
SABİTLİK – DƏYİŞKƏNLİK Komponentlərin mənaca qovuşuq və ayrılmaz olması frazeologizmlərin sabitliyini göstərir (H
SAÇLI – KEÇƏL Keçəl qızı qoy evdə; saçlı qızı götür qaç (A.Şaiq)
SADƏ – ÇƏTİN Mən insanam; sadə insan əlinin; Yaratdığı nemətlərə öyünməsəm ölərəm (R.Rza); Əzizim, bu çox çətin addır (C
SADƏDİL – İNADCIL Sən ki bir sadədil uşaq idin? (Ə.Haqverdiyev); İnadcıl bir uşaq kimi özünü aparırdı (“Ulduz”)
SADƏDİLLİK – İNADCILLIQ – Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək nə qədər sadədillik (S
SADƏLİK – ÇƏTİNLİK Jandarm rəisi özünü sadəliyə vurub ehtiramla ayağa qalxdı (M.Hüseyn); Cavab verməyə də çətinlik çəkirdi (Ə
SADƏLÖVH – İNADKAR Soyuq-soyuq ağıldan sadəlövh yaxşıdır (C.Novruz); İnadkar uşaq kimi gücü çatdıqca cır-cır çığırırdı (Mir Cəlal)
SADƏLÖVHLÜK – İNADKARLIQ Bir də fikirləşirdim; bəlkə bu ananın sadəlövhlüyündəndir (Mir Cəlal); Əvvəldən başladığı inadkarlıq, qürur hissi onu sözündə
SADİQ – XƏYANƏTKAR Sadiq adamdır, ona bel bağlamaq olar. Onun təbiəti elədir, xəyanətkardır (H.Nadir)
SADİQLİK – SATQINLIQ Ana öz övladına sadiqlik, mehribanlıq kimi hissləri aşılayırdı. Qoca bu satqınlığı bağışlayan deyil (M
SAF – ÇİRKLİ Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zövq-səfa verirdi (S
SAFLAŞMAQ – ÇÜRÜMƏK Neçə vaxtdı ki, orada canım çürüyürdü (S.Vəliyev); Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırır (S
SAĞ – XƏSTƏ Bəli, sağları sağaldıram (S.S.Axundov); Xəstə gözlərini açdı (S.Qədirzadə). SAĞ – SOL Allah sağ əli sol ələ möhtac eləməsin (Ata
SAĞA – SOLA Platformanın hər tərəfi sağa doğru tərpənərək sürüşür, o biri tərəfi də sola doğru (Çəmənzəminli)
SAĞALMAQ – NAXOŞLAMAQ Sağalarsa həkiməm, sağalmazsa, mən kiməm? (Ata. sözü); Qanadlarını sallayıb naxoşlamısan (M
SAĞDAKI – SOLDAKI Milis nəfərinə sağdakı və soldakı qonşu qapıların zənglərini çalmağı tapşırdı (H.Nadir)
SAĞDIŞ – SOLDIŞ Sevincim üzünü tutanda dağa; Sağdışım, soldışım ələmim olsun? (H.Hüseynzadə)
SAĞLAM – AZARLI Sənin kimi sağlam, vidli-fasonlu oğlan da pul haqqında danışarmı? (C.Əmirov); Azarlının yanında turşu yeməzlər (Ata
SAĞLAMLIQ – ƏLİLLİK İnsanın yaşaması üçün sağlamlıq əsas şərtdir. Əlillik pensiyası alan Səfər kənddə bir müddət tüfeyli həyat keçirmiş, sonra el-oban
SAĞLIQ – XƏSTƏLİK Sağlıq böyük dövlətdir, qədrini bilmək gərək (Ata. sözü); Bu və ya başqa xəstəlik qana öz təsirini göstərə bilər (C
SAXTA – ƏSİL Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır (Ə.Haqverdiyev); Döyüşçü, əsil döyüşçü olmaq lazımdır (S
SAXTAKAR – SƏMİMİ Bir sözlə, çox saxtakar adam idi (M.İbrahimov); Səmimi dostlar kimi bir-birindən ayrıldılar (“Ulduz”)
SAXTAKARLIQ – ƏSİLLİK – Kişilik saxtakarlıq deyil, Əliqəmbərli (İ.Fərzəliyev); Əsillik, nəcabətlilik ailə ilə, köklə bağlıdır (“Azərbaycan”)
SAKİT – QORXULU Sakit, ağıllı adama oxşayır (S.Qədirzadə); O bizim üçün çox qorxulu adamdır (S.Vəliyev)
SAKİTLƏŞMƏK – ACIQLANMAQ Onun belə arxayın danışması Əşrəfi həm sakitləşdirdi, həm də təşvişə saldı (İ
SAKİTLİK – ÇAXNAŞIQLIQ İstirahət günü olduğundan şəhər milis idarəsində adi günlərə nisbətən sakitlikdir (C
SALMAQ – ÇIXARMAQ Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar (Ə.Haqverdiyev); Quyudan xeyli daş çıxartdılar (“Azərbaycan”)
SAMİT – SAİT Ağız boşluğunda maneəyə rast gələrək tələffüz edilən səslər samit, əksinə, maneəsiz tələffüz olunan səslər isə sait adlanır
SARALMAQ – AĞARMAQ Rəngi günü-gündən saralır (Ə.Haqverdiyev); Məhtabanın rəngi ağarmışdı (S.Rəhimov)
SARIQLI – AÇIQ Üçüncü həftə idi ki, o, gözləri sarıqlı gəzirdi (S.Qədirzadə); Qolları açıq gəzir (A.Məmmədrza)
SARIMAQ – AÇMAQ Bu saat gətirim, tənziflə sarıyım (M.İbrahimov); İndicə açacağam, sən ağlama, yaxşımı? (M
SARIŞIN – QARAŞIN Bir də qapı açıldı və içəriyə ortaboylu, sarışın, dedikcə zərif bir xanım girdi (Çəmənzəminli); Saqqallı kişi qaraşın oğlandan beş m
SARSAQ – AĞILLI Bu sarsaq fikirlərin; Cəlal bir əsiridir (S.Vurğun); Hər şeydən əvvəl kəndimizə müxtəlif peşə sahibi olan ağıllı adamlar lazımdır (Ə
SARSAQLAMAQ – AĞILLANMAQ Sənsə sarsaqladın (Mir Cəlal); Əgər ağıllanmısansa, mənə yenə yoldaş Mərdanov deyə bilərsən (S
SARSILMAQ – MÖHKƏMLƏNMƏK Sarsılır cümlə əqrəbası onun; Daima yaslı, daima məhzun (H.Cavid); O, çəkişmələrdə, vuruşmalarda möhkəmlənmişdi (“Ulduz”)
SARSIMAQ – MÖHKƏMLƏNMƏK Gözlərin mənliyimi sarsıdır (C.Cabbarlı); Sənin sözlərin ona təsəllidir, onu möhkəmlədir
SATİRA – KOMEDİYA Satira nöqsanlara və zəif cəhətlərə istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V