Ağşam kimi yazılışı da olub. Şam günün qaranlıq, ağşam isə hələ bir qədər işıqlı (yəni ağ) dövrüdür, gecədən də bununla fərqlənir
Fars dilində də işlədilir və məsdər formasında (axtən) var. Ona görə də onu alınma hesab etmək ilk baxışda təbii görünür
1. Pendir növüdür, hərfi mənası “alt-üst etmək”, “qarışdırmaq”, “yoğurmaq” deməkdir, mənbələrdə ruscaya “перевалить” kimi tərcümə olunur
Akın sözünün dəyişilmiş formasıdır. Akının ilkin mənası “savadlı”, “bacarıqlı”, “çox bilən” demək olub
Axır kimi də işlədilir, farsca “tövlə” deməkdir, bizdə mənası dəyişib.
Ərəbcə mənası “yaşayan” (Dursun) deməkdir.
Yunan sözüdür. Afinada yer adı ilə bağlıdır. Həmin yerdə e.ə 385-ci ildən eranın 579-cu ilinə qədər Platonun təsis etdiyi akademiya fəaliyyət göstərib
Qazaxlarda müğənniyə “akın” deyirlər, “atlı gəzən” anlamını verir. Aşıq, ozan kimi bu da gəzərgi olub
ing. account – hesab, qeydiyyat yazısı
lat. a – sözönü + yun. klima – iqlim
lat. accumulatio – toplanma
Bu, yunan sözüdür, kəndirbaz anlamını əks etdirib, indi məna bir qədər dəyişib.
yun. akros – uca + yun. onyma – ad
Fransız sözüdür, ilk mənası gəlir “vergisi” demək olub. İndi də “vergi” anlamı ilə bağlı işlədilir. (Bəşir Əhmədov
yun. aktis – şüa + yun. grapho – yazıram, təsvir edirəm
yun. aktis – şüa + yun. lithos – daş
yun. aktis – şüa + yun. metron – ölçü
lat. aktualis – müasir
lat. agua – su + lat. cultura – tərbiyəetmə, yetişdirmə
lat. aqua marina – dəniz suyu
lat. agua – su + lat. territorium – ərazi
lat. agglomero – birləşmə, toplanma
lat. agros – tarla, əkin yeri
lat. aggregatus – birləşdirilmiş
lat. agros – tarla, əkin yeri + lat. melioratio – yaxşılaşdırma
yun. agros – tarla, əkin yeri + yun. meteora – atmosfer hadisələri + yun. logos – elm
lat. agros – tarla, əkin yeri + yun. nomos – qanun
lat. agros – tarla, əkin yeri + lat. koinos – ümumi
lat. agros – tarla, əkin yeri + yun. teknikos – bacarıq, ustalıq
Sarışın qəlibi üzrə ağ sifətindən əmələ gəlib, sonra isimləşib (ada çevrilib).
Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “narıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir
Al “qırmızı”dır, “əlvan”, “parlaq”, “bəzəkli” anlamını əks etdirir.
Dilimizdə alaca, ala-bula, ala (пегий) sözləri var. Al sözü tarixən ağ sözü ilə eyni olub. Ala kəlməsinin mənasinda həmişə “ağ”anlamı da mövcuddur: a
Sinonimlər birləşməsidir, hər iki sözün mənası “yarımçıq” deməkdir.
“Açıq-kürən” (светло-рыжий) deməkdir. “Koroğlu”da “Bir atı var alaca...” sözləri mövcuddur, öz sözümüzdür
Sözün al hissəsi alın sözü ilə qohumdur. Mənası “qabaq”, “ön tərəf” deməkdir. Açıq isə elə indi də işlətdiyimiz kəlmədir, “bağlı olmayan” deməkdir
Ərəbcə əsli ələfdir, “yem” deməkdir. Əllaf sözü ilə qohumdur.
“İri və cazibəli göz” deməkdir. Qarasından ağı artıq olan gözə “ağ göz” deyirlər. Ala sözünün “ağ” mənası mənbələrdə qeydə alınıb
Azca xörək yeməklə mədəni sakitləşdirməyə respublikanın bəzi rayonlarında “alağızlanmaq” deyirlər. Güman edirəm ki, söz al (aldatmaq) və ağız kəlmələr
Sözün birinci hissəsi bizimkidir, alaq kəlməsi ilə bağlıdır, keş farsca “çəkən” deməkdir. Toxanın bir növünə “alakeş” deyirlər
Tovuzda kənd adıdır. İki yozumu var: 1. Kolluq sahə. 2. Geniş düzənlik. Ala (al) feili “geniş olmaq” mənasında işlənib
Ala sözünün bir mənası “yarımçıq” deməkdir. Alaqarın “doyunca yeməmək”, “yarımçıq, az yemək” deməkdir
Sinəbənd (bu, farscadır) sözünün türkcə qarşılığıdır. Al (ala) “qabaq tərəf” deməkdir. (Bəşir Əhmədov
Mənbələrdə al (ala) sözünün bir mənası belə açıqlanıb: “talançı atlı dəstə”. Talamaq, talan, talançı sözləri ilə alamançı (soyğunçu) kəlməsi arasında
yakut. alaas – biçənək
Al “hündür, yüksək”, asiman isə “səma” deməkdir. Alasiman “yüksək səma” deməkdir (al “hündür mənasında çox işlənir”)
Ala-bəzək sözündəki ala hissəsi ilə qohumdur, “qarışıq” (dönmə) deməkdir. Alaşa cins (seçmə) ayğırla adi madyandan törəyən (qarışıq) ata deyiblər
Ala “bir qədər” (yarımçıq) deməkdir, toran farsca tar (qaranlıq) sözü ilə bağlıdır, sinonimi ala-qaranlıq kəlməsidir
“Alayı cür ola bilməz” deyirik. Zənn edirəm ki, alayı sözü an (o əvəzliyi) və layu (kimi, cür, sayaq) kəlmələrindən törəyib, anlayu (o cür, başqa cür)