Azərbaycan dilinin izahlı lüğəti

  • CAVAHİRFÜRUŞ

    [ər. cəvahir və fars. füruş.] köhn. Bax cavahirsatan. [Osman] diksinib başını döndərdikdə cavahirfüruşun xanımı Lidanı gördü

    Tam oxu »
  • CAVAHİRLİ

    sif. Cavahirlə, qiymətli daşqaşla bəzədilmiş. Cavahirli kəmər. – Odur “ədalət zəncirini” boynundan asaraq, bəzəkli və cavahirli qılınca söykənmiş vəli

    Tam oxu »
  • CAVAHİRSATAN

    is. Qiymətli daş-qaş satan tacir, daş-qaş alverçisi

    Tam oxu »
  • CAVAN

    [fars.] 1. bax gənc 1-ci mənada. Cavan müğənni. Cavan oğlan. Cavan müəllim. – Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi

    Tam oxu »
  • CAVANCA

    sif. Cavan, lap cavan. Cavanca bir oğlan içəri girdi

    Tam oxu »
  • CAVANCASINA

    zərf Cavan (gənc) kimi, cavana (gəncə) yaraşan tərzdə. Cavancasına hərəkət etmək

    Tam oxu »
  • CAVANƏZƏN

    is. [fars.] Cavan qadın. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir. N.Vəzirov. [Telli:] Bütün kənddə heç bir cavanəzənin elə zəri

    Tam oxu »
  • CAVANLANMA

    “Cavanlanmaq”dan f.is

    Tam oxu »
  • CAVANLANMAQ

    bax cavanlaşmaq

    Tam oxu »
  • CAVANLAŞDIRMA

    “Cavanlaşdırmaq”dan f.is

    Tam oxu »
  • CAVANLAŞDIRMAQ

    f. 1. Daha cavan göstərmək. Bu paltar onu lap cavanlaşdırır. 2. məc. Gümrahlaşdırmaq, güc, qüvvət, enerji vermək

    Tam oxu »
  • CAVANLAŞMA

    “Cavanlaşmaq”dan f.is

    Tam oxu »
  • CAVANLAŞMAQ

    f. 1. Gündən-günə yaxşılaşmaq, cavan görünmək; özünü cavan kimi qıvraq hiss etmək; gəncləşmək. “Ay ellər!” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər

    Tam oxu »
  • CAVANLI-QOCALI

    sif. Həm cavanlar, həm qocalar, hamılıqla. Cavanlı-qocalı tökülüşüb gəldilər. Cavanlı-qocalı hamı da bunlara qoşulmuşdu

    Tam oxu »
  • CAVANLIQ

    is. Cavan yaşlar, gənclik dövrü, gənclik (qocalıq ziddi). Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq! M

    Tam oxu »
  • CAVANMƏRD

    [fars.] bax comərd

    Tam oxu »
  • CAVANMƏRDLİK

    bax comərdlik

    Tam oxu »
  • CAVANYANA

    sif. Cavana yaraşan, cavana münasib olan. Cavanyana geyinmək

    Tam oxu »
  • CAVİD

    sif. və zərf [fars.] klas. Əbədi, daimi, həmişəyaşar, ölməz. Meydir ləbi, əmma bu meyin nəşəsi cavid; Güldür üzü, amma bu gülün var bəqası

    Tam oxu »
  • CAVİDAN

    [fars.] klas. Bax cavid

    Tam oxu »
  • CAVİDANİ

    bax cavid. Şairim! Qəm yemə, alami-cəhan, fanidir; Cavidani yaşayış ləzzəti-rühanidir. M.Hadi

    Tam oxu »
  • CAYDAQ

    sif. dan. Uzun, arıq, uzundraz. Caydaq adam. Caydaq oğlan. – [Tahir] hələlik – deyə, gülə-gülə uzun, caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı

    Tam oxu »
  • CAYNAQ

    is. 1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı. – [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçma

    Tam oxu »
  • CAYNAQLAMA

    “Caynaqlamaq”dan f.is

    Tam oxu »
  • CAYNAQLAMAQ

    f. Caynağı ilə tutmaq, caynağı ilə tutub götürmək

    Tam oxu »
  • CAYNAQLAŞMA

    “Caynaqlaşmaq”dan f.is

    Tam oxu »
  • CAYNAQLAŞMAQ

    qarş. Bir-birini caynaqla didmək, caynaqlarını işə salaraq birbirilə döyüşmək

    Tam oxu »
  • CAYNAQLI

    sif. Caynağı olan. Bu meşədə caynaqlı bir şir şahlıq eləyirdi. S.Rəhimov. [Xan:] Gördüm ki, qapqaranlıq göylərdən qara qanadlı, qara caynaqlı əjdahala

    Tam oxu »
  • CAZ

    is. [ing.] 1. Əsas hissəsi nəfəsli və zərbli alətlərdən ibarət olan orkestr. Meri səhnədədir, Meri oxuyur; Qulaqlar tutulur cazın səsindən

    Tam oxu »
  • CAZİBƏ

    is. [ər.] 1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. Eynşteynin cazibə nəzəriyyəsi

    Tam oxu »
  • CAZİBƏDAR

    [fars.] bax cazibəli. Cazibədar gözəllik. Cazibədar mənzərə. – On doqquz-iyirmi yaşlarında olan [Südabə] cazibədar bir gözəlliyə malik idi

    Tam oxu »
  • CAZİBƏDARLIQ

    is. Cazibəlilik, cəzbedicilik, cazibə qüvvəsinə malik olma; lətafət. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Səmədin] qarşısında dayanıb, sehirlə

    Tam oxu »
  • CAZİBƏLİLİK

    is. Cazibə qüvvəsi; insanın könlünü cəzb etmə xassəsi; cazibə, lətafət

    Tam oxu »
  • CE

    “C” hərfinin və bu hərflə işarə olunan samitin adı

    Tam oxu »
  • CECƏ

    is. 1. Bəzi yağlı bitkilərin yağını sıxıb çıxardıqdan sonra qalan toxumu, qalıqları. Çiyid cecəsi. Qarğıdalı cecəsi

    Tam oxu »
  • CECƏDOĞRAYAN

    is. xüs. Cecə doğrayan alət, maşın. // Sif. mənasında. Cecədoğrayan maşın. Cecələri cecədoğrayan maşın xırdalayır

    Tam oxu »
  • CECİM

    is. Arasına yorğan-döşək və s. yığmaq, döşəməyə salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtəlif rəngli iplərdən toxunan zolaqlı, yaxud naxışlı d

    Tam oxu »
  • CEHİZ

    is. Ərə gedərkən ata evindən qıza verilən əşyalardan ibarət hədiyyə. [Telli:] Məni yandıran cəhət burasıdır ki, İslam ikinci arvadını mənim cehizimlə

    Tam oxu »
  • CEHİZLİ

    sif. Cehizi olan, özü ilə cehiz aparan (gətirən). Cehizli gəlin

    Tam oxu »
  • CEHİZLİK

    is. Cehiz kimi ayrılmış, cehiz olaraq verilmiş. Cehizlik xalı. Cehizlik qablar. – Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır

    Tam oxu »
  • CEHİZSİZ

    sif. Cehizi olmayan. Cehizsiz gəlin. Toy cehizsiz, gəlin yengəsiz olmaz. (Ata. sözü). – Göydə ulduzlar; Şaxtalı buzlar: Cehizsiz qızlar; Bu balama qur

    Tam oxu »
  • CEM

    is. [ing. jam – mürəbbə] Meyvə və giləmeyvədən hazırlanan qatı mürəbbə. Alma cemi. Qaysı cemi. Pasterizə edilmiş cem

    Tam oxu »
  • CEMPER

    is. [ing.] Yaxalıqsız toxunma kofta, fufayka. Qırmızı cemper

    Tam oxu »
  • CENTLMEN

    is. [ing.] 1. Aristokrat cəmiyyətinin qayda-qanunlarına və əxlaq normalarına ciddi riayət edən adam. 2

    Tam oxu »
  • CEYRAN

    is. Antilop cinsindən irigözlü, incəayaqlı, sürətlə qaçan zərif heyvan. Ceyranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi

    Tam oxu »
  • CEYRANBAXIŞLI

    bax ceyrangöz(lü). Ceyranbaxışlı dilbər, durnagözlü nazənin; Ömründə görməmişdir nə göz yaşı, nə ənin

    Tam oxu »
  • CEYRANBASAN

    sif. İti qaçan. Ceyranbasan at. – Bu ayqır Beyrəkin ceyranbasan boz atı idi. M.Rzaquluzadə

    Tam oxu »
  • CEYRANGÖZ

    sif. İri, qəşəng gözləri olan. Göllərində ördəkləri üzərlər; Çöllərində maralları gəzərlər; Güllərindən gəlinlər tac bəzərlər; Ceyrangözlü qızları var

    Tam oxu »
  • CEYRANGÖZLÜ

    sif. İri, qəşəng gözləri olan. Göllərində ördəkləri üzərlər; Çöllərində maralları gəzərlər; Güllərindən gəlinlər tac bəzərlər; Ceyrangözlü qızları var

    Tam oxu »
  • CEYRANI

    is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. “Ceyranı” rəqsini adətən qadınlar ifa edir. – [Gülyaz] …ordlarını şişirdib zurnada “Ceyranı” h

    Tam oxu »