“Riqqətləndirmək” dən f.is
f. Riqqətə gətirmək, mütəəssir etmək, təsirləndirmək, ürəyini nazikləşdirmək
“Riqqətlənmək”dən f.is
f. Riqqətə gəlmək, mütəəssir olmaq, təsirlənmək, ürəyi nazikləşmək. …İnsan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb özündə bir ülviyyət, bir əzəmət
sif. Rəhm və şəfqət ifadə edən; rəhmi, şəfqəti olan; canıyanan, ürəyiyuxa. Riqqətli ürəyi var. Riqqətli ana qəlbi
is. [ər.] klas. Vaxtını eyş-işrətlə keçirən laqeyd, laübalı adam; xərabati. Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz
idm. [ing.] Ətrafı kanatla tutulmuş boks yarışı meydançası
is. [ər.] 1. Məktub, namə, kağız. Ey əziz, yaxşı can, min dərdə dərman; Yazdığın risalə nə yaxşı-yaxşı
[fr.] Təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. // Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarət etmə, təvəkkülü iş (görmə)
is. [fars.] klas. Saqqal. Vəqta ki, qocaldın; Rişi döşə saldın; Pis günlərə qaldın; Onda biləcəksən! M
is. Uzunsov iri gilələri olan üzüm növü. Rişbaba, həzarı, qaraşirə üzümü bütün Qarabağda məşhurdur. Ə
is. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər
sif. Köksüz
is. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən
sif. Rişxənd etməyi adət etmiş rişxənd etməyi sevən, adamı lağa qoyan. Rişxəndcil adam
is. Hər şeyə rişxənd edən, adamı ələ salan; adamoynadan, masqaraçı, istehzaçı
bax rişxəndli. [Ev sahibi] rişxəndedici bir sima ilə: – Rüstəm bəy, şəkil barəsində mənim zövcəmlə danışmayın
bax rişxənd 2-ci mənada. Şahin birdən qəhqəhə çəkdi, rişxəndlə əlini tovladı… V.Şıxlı. Həmzə gözlərini dolandırıb, Şahmara tərs-tərs baxdı, rişxəndlə
sif. Rişxənd bildirən, rişxənd ifadə edən; istehzalı. Rişxəndli gülüş. – Səməd həmişə Rüstəmin ibadətinə rişxəndli bir təbəssümlə tamaşa edərdi
bax rişxəndli. Rişxəndyana gülmək. – Burada Maralın solğun çöhrəsindən rişxəndyana bir təbəssüm keçdi
is. [fars.] klas. 1. Əriştə. İki batman riştə kəssə on nəfər övrət yığar; Zəhrimar olsun həmi riştən, həmi yarman, bacı
zərf Nazik-nazik, əriştə kimi. [Murad:] Doğrayın məni riştə-riştə. H.Cavid
[yun.] 1. Bir şeyin (hərəkətin) bu və ya başqa şəkildə növbələnməsi; müntəzəmlik. 2. Səs, nitq və s. ünsürlərinin təkrarlanmasında müəyyən ardıcıllıq;
sif. [yun.] Ritmə tabe olan, müəyyən ritmlə ifa edilən; ahəngli, vəznli, müntəzəm. Ritmik hərəkət. Ritmik muğam
[yun.] 1. Ritmin sistem və xüsusiyyəti. Musiqinin ritmikası. 2. Ritm haqqında elm. 3. Ritm duyğusu aşılamaq məqsədilə edilən bədən hərəkətləri sistemi
sif. [yun.] Ritorika qaydalarına əsaslanan. // məc. Təmtəraqlı, dəbdəbəli. Ritorik təsvir. – C.Cabbarlının əsərlərindəki ictimai fikir daha da dərinlə
[yun.] Natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm; bəlağət elmi, bəyan. // məc. Qəliz, ibarəli, təmtəraqlı üslub
is. [lat.] Antimikrob təsirli dərman preparatı
is. [ər.] İkiüzlülük. Məsciddə həsiri eləmə aləti-təzvir; Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. S
sif. [ər. riya və fars. …kar] İkiüzlü. Lakin vətən və xalq düşməni olan riyakar xanlar xəyanət yolu ilə Nadirə mane olurlar
zərf Riyakarlıqla, ikiüzlülüklə. Riyakarcasına hərəkət etmək. – Fərman riyakarcasına güldü. M.İbrahimov
is. İkiüzlülük. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq. □ Riyakarlıq etmək (eləmək) – ikiüzlülük etmək
sif. Təmiz qəlblə edilən (olan, görülən), içində heç bir riya olmayan; təmiz, saf. // Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı
is. [ər.] din. Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma. Adətim hər zaman riyazətdir; Bütün insanlara məhə
sif. [ər.] Riyaziyyata aid olan, riyaziyyatla bağlı olan. Riyazi düstur. – Lalə son vaxtlarda qızının dərslərini yoxlamağa, çətin riyazi məsələlərin h
is. [ər.] Kəmiyyət münasibətlərini və obyektiv aləmin mücərrəd formalarını öyrənən elmlərin məcmusu. Ali riyaziyyat
is. Riyaziyyat mütəxəssisi. [Həsən] ən güclü riyaziyyatçı idi. İ.Əfəndiyev
[ər. riyaziyyat və fars. …şünas] bax riyaziyyatçı
is. [fars.] dan. Cığır, iz. Böyük gəmiləri, dəmir yolları; Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı
is. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, tə
[ər. riza və fars. …mənd] klas. Razı qalan, razı
is. klas. Razılıq. [Mollabaşı:] Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var… M.F.Axundzadə
sif. Razılığı olmadan edilən, görülən, alınan və s. Rizasız tikənin ləzzəti olmaz! (Ata. sözü)
is. [fars.] Tikə, kiçik parça, qırıntı
sif. və zərf Parça-parça, tikətikə. Rizə-rizə etmək. – [Şah:] Səni rizə-rizə elətdirərəm. C.Cabbarlı
is. [ər.] Azuqə, yeyəcək, ruzi. Rizq artmaz, möhnət artar. (Ata. sözü). Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə t
is. [ər.] klas. 1. İslam əsatirində: cənnətin gözətçisi və qapıçısı olan mələkin adı. Rizvanlar təzim edib ustanın pak qədə mlərini təbrik etdilər
is. [çex.] İnsana məxsus işləri icra edə bilən avtomat maşın
is. [ing.] 1. Səs-küylü müasir musiqi növü. 2. Yırğalanma, yellənmə
[fr.] XVIII əsrdə Fransada meydana gəlib formalarının zərifliyi və mürəkkəbliyi, naxışlarının qəribəliyi ilə fərqlənən memarlıq və bəzək üslubu