Azərbaycan dilinin izahlı lüğəti

  • QƏRƏZLİLİK

    is. Qərəzi olma, biri haqqında pis fikir və niyyət bəsləmə; bədxahlıq. Qərəzliliklə (z.) iş görmək

    Tam oxu »
  • QƏRƏZSİZ

    sif. Qərəzi, gizli məqsədi, pis niyyəti olmayan; səmimi. Qərəzsiz adam. Qərəzsiz yardım

    Tam oxu »
  • QƏRƏZSİZLİK

    is. Heç bir qərəzi, pis fikir və niyyəti olmama

    Tam oxu »
  • QƏRİB

    sif. [ər.] 1. Yad yerdə olan, qürbətdə yaşayan, özgə yerli, gəlmə. Dünən görürdüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta ç

    Tam oxu »
  • QƏRİB-QƏRİB

    zərf Yazıq-yazıq, məzlumməzlum, həzin-həzin, yanıqlı-yanıqlı. Qəribqərib durduq biganələr tək; Soyuq-soyuq baxdıq divanələr tək

    Tam oxu »
  • QƏRİB-QÜRƏBA

    top. [ər.] Qərib adamlar, özgə yerdən gəlmiş adamlar. …Axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür, ələlxüsus qəribqürəbanı

    Tam oxu »
  • QƏRİBANƏ

    zərf [ər. qərib və fars. …anə] Qərib kimi; itaətlə, həqiranə. Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə, Allah kərimdir, get! N

    Tam oxu »
  • QƏRİBÇİLİK

    qəribçiliyini çəkmək – çox darıxmaq, həsrətini çəkmək. Səttarxan Əli dayını düşünür, onun və başqa dostlarının qəribçiliyini çəkirdi

    Tam oxu »
  • QƏRİBƏ

    sif. [ər.] 1. Eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı. Qəribə söz. Qəribə əhvalat

    Tam oxu »
  • QƏRİBƏLƏŞMƏ

    “Qəribələşmək”dən f.is

    Tam oxu »
  • QƏRİBƏLƏŞMƏK

    f. Başqalaşmaq, getdikcə ayrı cür olmaq, dəyişmək. Sən də get-gedə qəribələşirsən, ay Qəhrəman! S.Rəhimov

    Tam oxu »
  • QƏRİBƏLİK

    is. Qəribə şeyin halı; təəccüblülük

    Tam oxu »
  • QƏRİBLƏMƏ

    “Qəribləmək”dən f.is

    Tam oxu »
  • QƏRİBLƏMƏK

    f. Qəribliyə düşmək, özünü qərib hiss etmək; yurdunu, vətənini arzulamaq, qəribsəmək

    Tam oxu »
  • QƏRİBLƏŞMƏ

    “Qəribləşmək”dən f.is

    Tam oxu »
  • QƏRİBLƏŞMƏK

    f. Qərib olmaq, getdikcə yad olmaq, uzaqlaşmaq

    Tam oxu »
  • QƏRİBLİK

    is. 1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. – Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa

    Tam oxu »
  • QƏRİBNƏVAZ

    [ər. qərib və fars. …nəvaz] Qəribləri himayə edən, onlara kömək edən, hörmət edən

    Tam oxu »
  • QƏRİBNƏVAZLIQ

    is. Qəribləri himayə və onlara kömək etmə, hörmət etmə. Sən bizi tamam yaddan çıxardın, axı qəribnəvazlığın qaydası belə olmaz

    Tam oxu »
  • QƏRİBSƏMƏ

    “Qəribsəmək”dən f.is. Bəhram özünə bəlli olmayan bir qəribsəmə duydu. Ə.Vəliyev

    Tam oxu »
  • QƏRİBSƏMƏK

    f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq. Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəs

    Tam oxu »
  • QƏRİNƏ

    is. [ər.] Əslində 33 illik bir dövr olub, əsr mənasında işlənir. Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qazandıq? C

    Tam oxu »
  • QƏRQ

    [ər.] Adətən “etmək”, “olmaq” köməkçi feilləri ilə birgə işlənir. □ Qərq etmək – 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərin

    Tam oxu »
  • QƏRYƏ

    is. [ər.] köhn. Kənd. Yollar xarab, qəryələr viran, … qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais

    Tam oxu »
  • QƏRZ

    is. [ər.] köhn. Borc. [Rüstəm] axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü

    Tam oxu »
  • QƏRZƏK

    is. məh. Təzə qoz, fındıq kimi meyvələrin dəydikcə yarılıb tökülən yumşaq üst qabığı. Yetişmiş qozaların qərzəkləri saralır və ağzı açılaraq içərisind

    Tam oxu »
  • QƏRZƏKLƏMƏK

    f. Qərzəyini soymaq (bax qərzək)

    Tam oxu »
  • QƏRZƏKLƏNMƏK

    f. Qərzəyi soyulmaq (bax qərzək). Qərzəklənmiş qozu qaxsımamaq üçün günün qabağına sərirlər

    Tam oxu »
  • QƏRZƏKLİ

    sif. Qərzəyi olan, üstündə yaşıl qabıq olan (təzə qoz, fındıq və s.). Badam qərzəkli meyvə bitkiləri qrupuna daxildir

    Tam oxu »
  • QƏRZƏN

    zərf [ər.] köhn. Borc olaraq

    Tam oxu »
  • QƏSABƏ

    is. Köhnə zamanlarda qadın paltarının yuxarısından aşağıya doğru uzanan bəzəkli yaxalıq. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqat qəddə bərabər

    Tam oxu »
  • QƏSB

    is. [ər.] Zorla alma, qapma, zəbt etmə, tutma, zorla mənimsəmə. □ Qəsb etmək – zorla almaq, tutmaq, tapmaq, mənimsəmək, zəbt etmək

    Tam oxu »
  • QƏSBKAR

    is. [ər. qəsb və fars. …kar] Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutan, əlinə keçirən, qəsb edən adam

    Tam oxu »
  • QƏSBKARLIQ

    is. Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutma, əlinə keçirmə, qəsb etmə. Ərəb hakimi Haşimin dövründə Dərbənd əhalisi naçar qalıb alver

    Tam oxu »
  • QƏSD

    is. [ər.] 1. Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna … sahib olub, Zeynəbi çölə ötürmək idi

    Tam oxu »
  • QƏSD-QƏRƏZ

    is. [ər.] Düşmənçilik, ədavət, qərəz. [Odabaşı:] …Xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama

    Tam oxu »
  • QƏSDÇİ

    is. Qəsd hazırlayan, qəsddə iştirak edən, terrorçu

    Tam oxu »
  • QƏSDÇİLİK

    is. Terrorçuluq, sui-qəsd düzəltmə

    Tam oxu »
  • QƏSDƏN

    zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. – Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey v

    Tam oxu »
  • QƏSDSİZ

    zərf Heç bir qəsdi-qərəzi, pis niyyəti olmadan. O, bu sözü qəsdsiz söylədi

    Tam oxu »
  • QƏSƏBƏ

    is. [ər.] Şəhər tipli yaşayış məntəqəsi. Fəhlə qəsəbəsi. – Heç bilirsinizmi ki, dünyada Ağdam qəsəbəsi də var? C

    Tam oxu »
  • QƏSƏBƏCİK

    is. Kiçik qəsəbə

    Tam oxu »
  • QƏSƏBƏLİ

    is. Qəsəbə əhli, qəsəbədə yaşayan adam, qəsəbə əhalisindən olan adam

    Tam oxu »
  • QƏSƏBƏVARİ

    sif. Qəsəbə kimi, qəsəbəyə oxşayan. Şose yolunun kənarında qəsəbəvari bir yer vardır

    Tam oxu »
  • QƏSƏM

    is. [ər.] And. İmanına qəsəmlə çapırsan cəmaəti; Quldurçuluq tüfəngimidir dinin, ey əmu? M.Ə.Sabir. □ Qəsəm etmək – and içmək

    Tam oxu »
  • QƏSƏMNAMƏ

    is. [ər. qəsəm və fars. …namə] din. And vərəqəsi, and içmək haqqında kağız. Əgər həmin qəsəmnamə olmasaydı, hər ayinə tərəkəmənin … atı sənin üçün böy

    Tam oxu »
  • QƏSİDƏ

    is. [ər.] Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir

    Tam oxu »
  • QƏSİDƏÇİ

    is. köhn. Qəsidə söyləyən, qəsidə yazan. Qəsidəçi şairlər. – Ravilər, rəmmallar, qəsidəçilər; Axışıb gəldilər hey birər-birər

    Tam oxu »
  • QƏSİDƏÇİLİK

    is. köhn. Qəsidə söyləmək peşəsi, qəsidə yazmaq sənəti; qəsidə yazmaqla məşğul olma. Qədim Şərq şairlərinin bir çoxu qəsidəçiliklə məşğul olmuşdur

    Tam oxu »
  • QƏSİDƏXAN

    is. [ər. qəsidə və fars. …xan] köhn. Qəsidə oxuyan

    Tam oxu »