is. [
ər. ]
1. Niyyət, məqsəd, məram.
Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna … sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə.
Buraya gəlməkdən qəsdim səndən kömək istəməkdir. Ə.Haqverdiyev.
Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi. M.Seyidzadə.
// ilə qoşması, yaxud -lə şəkilçisi ilə –
1) …məqsədi ilə,
…niyyəti ilə, …üçün.
Ayrım qızı … Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq;
2) qəsdən, müəyyən məqsədlə.
Qəsd ilə nihan edib kitabın; Həddən aşırırdı iztirabın. Füzuli.
Burada Araz və Culfa sözlərini mən qəsdlə yazıram. C.Məmmədquluzadə.
□ Qəsd etmək –
1) niyyətində tutmaq, fikrində tutmaq, nəzərində tutmaq;
2) niyyətində olduğu şeyi həyata keçirməyə təşəbbüs etmək.
O ki öz varını insana vermiş; Ona qəsd eləmək cinayət olar. B.Vahabzadə.
2. bax
qərəz1 2-ci mənada. Bu işdə heç bir qəsd olmamışdır.
3. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd.
□ Qəsdinə durmaq (girmək) – birinin ölümünə, məhvinə, yaxud bədbəxtliyinə çalışmaq.
Heç bilməzəm nədir günahım mənim; Durubdur qəsdimə cəlladın sənin. M.P.Vaqif.
Zalım cəllad nə giribdi qəsdimə; Xəbər verin övladıma, dostuma. Aşıq Ələsgər.
Canına (həyatına) qəsd etmək – birini öldürməyə təşəbbüs etmək;
// məc. mənada.
Gözünü düzüb süzürsən, dilü canə qəsd edirsən. Nəsimi.
Qəsd eləmişdin nə üçün canına; Olmuş idin təşnə onun qanına? A.Səhhət.
4. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən.
Hər kəsin qəsdindən aşıqlıq keçər; Qarşı gəlsin, edək cəngi qıjhaqıj. Aşıq Ələsgər.
◊ Şirin cana qəsd eləmək zar. – özünə əziyyət, əzab vermək (çox işləməklə, çalışmaqla və s. ilə). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz.
Nə tikirsiniz? Ə.Vəliyev.